08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Kəpəz” futbol klubu ilk yoxlama oyununa çıxıb

Yeni mövsümün hazırlığını Bakıda davam etdirən “Kəpəz” futbol klubu ilk yoxlama oyununa çıxıb.Azərtac xəbər verir ki, “sarı-göylər” həvəskarlar liqasının təmsilçisi olan “Bakı” ilə qarşılaşıblar. Rəqib meydanında baş tutan görüş Gəncə klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnib.“Kəpəz”dən qolları yeni transferlər İlyas Səfərzadə və Kamran Abdullazadə vurublar.Xatırladaq ki, gəncəlilər növbəti yoxlama oyununu iyulun 11-də “Neftçi”yə qarşı keçirəcəklər.xeber100.com

İyul 10, 2017 11:55

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində…

Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “İnter” (Bakı)–“Fola” (Lüksemburq) matçının hakimləri müəyyənləşib.Azərtac xəbər verir ki, UEFA ilk qarşılaşmanı israilli hakimlər briqadasına həvalə edib.İyulun 12-də keçiriləcək görüşün baş hakimi Eytan Şmuelevits olacaq. Ona həmyerliləri Nissan Davidu və Saqi Mazamber kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Bar Natan yerinə yetirəcək.Qeyd edək ki, “İnter”–“Fola” görüşü “Dalğa Arena”da saat 20:00-da start götürəcək.xeber100.com

İyul 10, 2017 11:52

Formula-1 üzrə dünya çempionatının doqquzuncu yarışında

Formula-1 üzrə dünya çempionatının doqquzuncu yarışı – Avstriya Qran-Prisində “Mercedes” komandasının pilotu Valtteri Bottas qalib gəlib.Azərtac xəbər verir ki, doqquzuncu yarışda pilotlar Şpilberqdəki “Redd Bull Ring”də 4326 metrlik trasda 71 dövrə vurublar.Valtteri Bottas 1 saat 21 dəqiqə 48,523 saniyəlik nəticə ilə aktivinə 25 xal yazdırıb. Liderdən 0,658 saniyə geri qalan Sebastian Fettel (“Ferrari”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 6,012 saniyə sonra finişə çatan Daniel Rikkardo (“Red Bull Racing”, 15 xal) tamamlayıb.Pilotların yarış cədvəlinə 171 xalla Sebastian Fettel başçılıq edir. Luis Hamilton (“Mercedes”) 151 xalla ikinci, V.Bottas isə 136 xalla üçüncü pillədə qərarlaşıb.Konstruktorlar kubokunda isə “Mercedes” 287 xalla birinci, “Ferrari” 254 xalla ikinci, “Red Bull Racing” isə 152 xalla üçüncü pillədə yer alıb.Çempionatın növbəti – onuncu yarışı olan Böyük Britaniya Qran-Prisi iyulun 14-16-da keçiriləcək.xeber100.com

İyul 10, 2017 11:44

İkinci Avropa Oyunlarının loqotipinin təqdimatı keçiriləcək

İyulun 8-də belarusluların Kupalye xalq bayramı çərçivəsində ikinci Avropa Oyunlarının loqotipinin təqdimatı keçiriləcək və turnirin talismanı üçün müsabiqənin başlandığı elan ediləcək.Azrtac Belarus Milli Olimpiya Komitəsinə istinadla xəbər verir ki, tədbirdə adlı-sanlı belaruslu idmançılar – Olimpiya çempionu və mükafatçısı, kanoyedə avarçəkmə üzrə birinci Avropa Oyunlarının qalibi Aleksandr Boqdanoviç, birinci Avropa Oyunlarının çempionu, sambo üzrə dünya və qitə birinciliklərinin dəfələrlə qalibi Stepan Popov, yuniorlar arasında dünya və Avropa çempionu, gənclər arasında Olimpiya Oyunlarının gümüş mükafatçısı, Belarus Prezidentinin “Belarusun Olimpiya Olimpi” xüsusi mükafatının sahibi Elvira German iştirak edəcəklər.Bundan əlavə, tədbirdə Belarus Milli Olimpiya Komitəsinin çadırı işləyəcək.İkinci Avropa Oyunlarının rəsmi devizi “Bright Year, Bright You” (“Parlaq il, parlaq sən”) sözləri olacaq.Belarus ikinci Avropa Oyunlarını keçirmək hüququnu Avropa Olimpiya Komitələri Baş Assambleyasının 2016-cı ilin oktyabrında Minskdə keçirilən 45-ci iclasında alıb. Birinci Avropa Oyunları 2015-ci ilin iyununda Azərbaycanın paytaxtı Bakıda keçirilib. Belaruslu atletlər bu yarışlarda 43 mükafat qazanıblar.xeber100.com

İyul 9, 2017 11:45

UEFA Çempionlar Liqasının ilk oyunları çərçivəsində…

Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam)-“Samtredia” (Gürcüstan) qarşılaşmasının biletləri iyulun 7-dən satışa çıxarılıb.Azərtac xəbər verir ki, azarkeşlər biletləri hər gün saat 10:00-dan 19:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.Biletlərin qiyməti sektorlara görə 1-5 manatdır. VİP sektoruna isə biletlər 30 manat təşkil edir.Qeyd edək ki, “Qarabağ”–“Samtredia” matçı iyulun 11-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.xeber100.com

İyul 8, 2017 7:42

2017/2018-ci il mövsümünün hazırlıq işləri davam edir

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu 2017/2018-ci il mövsümünün hazırlığını davam etdirir.Azərtac xəbər verir ki, “qırmızı-qaralar” gündə iki dəfə məşq keçirlər. Komandanın yeni transferi Deyv Bultuis də məşq prosesində iştirak edib. Bu gün baş tutan məşqə yalnız zədəli futbolçular Baqali Dabo və Tellur Mütəllimov qatılmayıblar. Ruslan Qurbanov və Dion Malone isə fərdi məşqlə kifayətləniblər.“Qəbələ” bu gün təlim-məşq toplanışında sonuncu yoxlama oyununa çıxacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmada komandamız Hollandiyanın “Utrext” klubu ilə üz-üzə gələcək.xeber100.com

İyul 8, 2017 7:36

“Yuventus” Netonun satışından 7 milyon avro əldə edəcək

“Yuventus” klubu qapıçısı Neto ilə yollarını ayırır.Az'rtac xəbər verir ki, braziliyalı qolkiper karyerasını “Valensiya”da davam etdirəcək. “Yuventus” Netonun satışından 7 milyon avro əldə edəcək.Qeyd edək ki, 27 yaşlı futbolçu son mövsüm “A” seriyasında 8 oyunda meydana çıxıb və qapısında 2 qol görüb.xeber100.com

İyul 8, 2017 6:26

Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin püşkatması keçirilib

İyulun 6-da İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun əsas mərhələsinin püşkatması keçirilib.Azərtac xəbər verir ki, püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz “Araz” “Deva” (Rumıniya), “E” və “F” qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq. Bu qrupun oyunları oktyabrın 10-dan 15-dək Rumıniyada keçiriləcək.Qeyd edək ki, “E” qrupunda “Flamurtari” (Albaniya), “Mostar” (Bosniya və Herseqovina), “Arnavutköy Bələdiyyəspor” (Türkiyə) və “Narva Yunayted” (Estoniya), “F” qrupunda “Anorthosis” (Kipr), “Klassik” (Moldova), “Leo” (Ermənistan), “Vrexham” (Uels) komandaları qüvvəsini sınayacaq. Əgər “Leo” “F” qrupunun qalibi olarsa, bu komanda mübarizəni 5-ci qrupda davam etdirəcək.xeber100.com

İyul 7, 2017 12:05

Tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub

Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub.Azərtac xəbər verir ki, dörd gün davam edən və şəxsi xarakter daşıyan birincilikdə Bakı, Sumqayıt, Qaradağ, Şəki, Şabran, Gədəbəy və digər şəhər və rayonlardan 100-ə yaxın idmançı iştirak edib.Qalib gəlmiş idmançılara diplom və medallar təqdim olunub.xeber100.com

İyul 7, 2017 11:53

“Qarabağ” klubu ikiillik müqavilə imzalayıb

2017/2018-ci illər mövsümü üçün nəzərdə tutulan transfer pəncərəsi zamanı Ağdamın “Qarabağ” klubu növbəti transferi reallaşdırıb.Azərtac kluba istinadla xəbər verir ki, yarımmüdafiəçi mövqeyinə transfer etməyi planlaşdıran “Qarabağ” uzun müddətdir davam edən prosesi uğurla tamamlayıb. Komanda Haiti millisinin üzvü və ötən mövsüm Türkiyə Superliqasında “Alanyaspor”da forma geyinən Vild-Donald Guerrierin keçidini rəsmiləşdirib. Yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalanıb.Futbolçu peşəkar karyerasına ölkəsinin “Amerika De Ke” klubunda başlayıb və 2013-cü ilin yayında Polşanın “Visla” klubuna transfer olunub. 2013-2016-cı illərdə “Visla”da 75 oyuna çıxan Guerrier 20 qolla yadda qalıb. Geridə qalan mövsümdə isə futbolçu “Alanyaspor” forması ilə 20 oyunda 4 qol vurub.2010-cu ildən Haiti millisinə dəvət alan 28 yaşlı futbolçu yığma komandada 37 oyunda 8 dəfə fərqlənib.xeber100.com

İyul 7, 2017 11:51
    Page 673 of 831« First«...102030...671672673674675...680690700...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az