04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Yerli yarışlar mövsümünə start verilib

Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verib.Azərtac xəbər verir ki, iyunun 9-da kişi və qadın idman gimnastikası üzrə iyirmi dördüncü Bakı çempionatı və Azərbaycan birinciliyi, o cümlədən akrobatika üzrə 24-cü ölkə birinciliyi başlayıb.İki gün davam edəcək yarışda 134 gimnast Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, “Ocaq Sport” Klubu, Neftçi İdman Klubu, Nizami rayonu İdman Məktəbi, Balakən, Şabran və Sumqayıtı təmsil edəcəklər.Yarışların ilk günü balacalar, gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasında yer almış qadın idman gimnastlarının çıxışları ilə başlayıb.Daha sonra mübarizəyə akrobatlar qoşulacaqlar. Gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasına bölünmüş qadın qrupları, qadın cütlükləri, qarışıq cütlüklər və kişi cütlükləri yarış meydançasında öz məharətlərini nümayiş etdirəcəklər.Turnirin ikinci günü də akrobatların çıxışları ilə davam edəcək.Son olaraq medallar uğrunda öz güclərini kişi idman gimnastları sınayacaqlar. Gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda yer almış idmançılarımızın əzmkar nümayişləri ilə yarışlara yekun vurulacaq.xeber100.com

İyun 9, 2017 1:19

“Səbail” futbol klubu transfer çalışmalarını davam etdirir

“Səbail” futbol klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.Azərtac kluba istinadla xəbər verir ki, komanda Yamin Ağakərimzadə və Aqşin Muxtaroğlu ilə birillik, Raul Yaqubzadə ilə isə ikiillik müqavilə imzalayıb.Son olaraq “Zirə”nin formasını geyən 25 yaşlı yarımmüdafiəçi Yamin Ağakərimzadə bundan əvvəl “Rəvan” ilə də Premyer Liqa həyəcanı yaşayıb.İyirmi beş yaşlı yarımmüdafiəçi Aqşin Muxtaroğlunun son klubu “Turan Tovuz” olub. U-17 millimizin şərəfini qorumuş A.Muxtaroğlu “Sumqayıt”ın heyətində də çıxış edib.Ötən mövsüm “Zaqatala”da çıxış edən 23 yaşlı hücumçu Raul Yaqubzadə “Bakı”nın yetirməsidir.xeber100.com

İyun 9, 2017 1:16

TASS agentliyinin məlumatına görə…

2022-ci ildə dünya çempionatına ev sahibliyi etməli olan 7 dövlət eyni vaxtda Qətər ilə diplomatik əlaqələri kəsib. Beynəlxalq Futbol Federasiyası (FIFA) bununla əlaqədar Qətərin ətrafında yaranmış vəziyyəti diqqətlə izləyir.TASS agentliyi bildirir ki, FIFA-nın mətbuat xidmətindən bu haqda verilən məlumatda deyilir: “FIFA “Qətər-2022”nin təşkilat komitəsi ilə, habelə 2022-ci il dünya çempionatının təchizatı üzrə ali komitə ilə daim əlaqə saxlayır. Bu mövzuda əlavə şərh verməyəcəyik”.Blokada ilə əlaqədar yayılmış şayiələrə görə, 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərin 7 şəhərində - Doha, Lusail, Al Vakr, Al Xore, Al Rayan, Ümm-əs-Salal və Mədinət-əş-Şamal şəhərlərində keçirilməsi nəzərdə tutulan dünya çempionatı ləğv edilə bilər.xeber100.com  

İyun 8, 2017 12:06

“Borussiya” futbol klubu yeni baş məşqçinin adını açıqlayıb

“Borussiya” futbol klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.Azərtac xəbər verir ki, Dortmund klubunun yaydığı xəbərə görə, bu vəzifəyə Peter Bos təyin edilib. Onunla 2 illik müqavilə imzalanıb.Peter Bos ötən mövsüm “Ayaks”ı çalışdırıb və komandanı Avropa liqasının finalına qədər daşıyıb. “Borussiya” “Ayaks”a 3 milyon avro təzminat ödəyəcək. Bosun özü isə 4 milyon avro məvacib alacaq.Xatırladaq ki, Tuxelin gedişindən sonra komandaya Lüsyen Favrın gəlişi söylənilsə də “Nitsa” onu buraxmayıb.xeber100.com

İyun 8, 2017 12:04

“Latvijas Avīze” qəzeti yazır…

Dünyanın ən yaxşı futbolçusu Kriştianu Ronaldu Riqadadır. Bu barədə xəbəri futbol üzrə Latviya yığmasının nümayəndələrinə istinadla “Latvijas Avīze” qəzeti yazıb.Portuqaliya yığması Riqaya iyunun 7-də axşam saatlarında gələcək.Latviya və Portuqaliya yığmaları iyunun 9-da Riqanın “Skonto “ stadionunda 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində qarşılaşacaqlar.xeber100.com

İyun 8, 2017 12:00

Dünyanın ən bahalı 20 futbol klubunun adı açıqlanıb

Dünyanın məşhur nəşrlərindən olan “Forbes” jurnalı ən bahalı 20 klubun siyahısını açıqlayıb. Qeyd olunur ki, siyahıya İngiltərənin “Mançester Yunayted” klubu başçılıq edir. Klub 3 milyard 689 milyon dollar dəyərində qiymətləndirilir. 2015-2016-cı il mövsümündə klubun gəlirləri 765 milyon dollar təşkil edib.İkinci yerdə “Barselona” (3,635 milyard dollar), üçüncü sırada isə “Real Madrid” (3,58 milyard dollar) klubları qərarlaşıblar. Hər iki klubun göstərilən dövrdə illik gəliri 688 milyon dollar olub.“Bavariya” (2,713 milyard dollar) siyahıda dördüncü, “Mançester Siti” (2,083 milyard dollar) isə beşincidir. Almaniya təmsilçisi 2015-2016-cı il mövsümündə büdcəsinə 657 milyon, İngiltərə klubu isə 583 milyon dollar gəlir əlavə edib.Ümumilikdə 20 klubun 8-i İngiltərəyə məxsusdur. Hesabat dövründə - 2015-2016-cı il mövsümündə çempion olan “Lester Siti” 19-cu sırada qərarlaşıb. Bu klubun ümumi dəyəri 413 milyon dollardır.Klublardan üçü İspaniyanı, üçü Almaniyanı, beşi İtaliyanı, biri isə Fransanı təmsil edir.xeber100.com

İyun 8, 2017 11:55

UEFA Çempionlar liqasının namizədliyi təsdiqlənib

UEFA 2019-cu ildə keçiriləcək futbol üzrə klub turnirlərinin final qarşılaşması və Superkubok uğrunda oyun üçün namizədliyini irəli sürmüş və tələb olunan vaxta – iyunun 6-dək sifariş kitabını təqdim etmiş milli assosiasiyaların siyahısını açıqlayıb.Azərtac UEFA-nın saytına istinadla xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2019-cu ildə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyunlarının keçirilməsi üçün Bakı Olimpiya Stadionunun namizədliyini irəli sürüb.UEFA Çempionlar Liqasının final qarşılaşmasına ev sahibliyi etmək üçün İspaniyanın “Atletiko Madrid” klubunun “Metropolitano” stadionu da namizəddir.Avropa Liqasının final görüşünə isə Bakı Olimpiya Stadionu ilə yanaşı, “Sevilya” klubunun “Ramon Sançes-Pisxuan” və İstanbulun “Beşiktaş Arena” stadionlarının sifariş kitabları təqdim olunub.UEFA İcraiyyə Komitəsinin bu məsələ ilə bağlı qərarı sentyabrın 21-də açıqlanacaq.Qeyd edək ki, Superkubok uğrunda qarşılaşmaya ev sahibliyi ilə bağlı yeddi, qadınlar arasında futbol üzrə Çempionlar Liqasının final matçını qəbul etmək üçün isə iki ölkə UEFA-ya müraciət ünvanlayıb.xeber100.com

İyun 8, 2017 11:51

Boksçular arasında beynəlxalq turnirə start veriləcək

İyunun 11-də Naxçıvanda yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinə start veriləcək.Azərtac xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Qırğızıstan, İran, Qazaxıstan, Macarıstan, Ukrayna və Özbəkistan yığmaları iştirak edəcəklər.İyunun 14-də başa çatacaq turnirdə 100-ə yaxın boksçu 13 dəst medal uğrunda mübarizə aparacaq. Avropa birinciliyinə hazırlaşan Azərbaycan millisi yarışa baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 2 komanda ilə qatılacaq.Qeyd edək ki, 2001-2002-ci il təvəllüdlü boksçulardan təşkil olunacaq yığmalar Naxçıvana iyunun 10-da yollanacaqlar.xeber100.com

İyun 8, 2017 11:47

“Neftçi” futbol klubunda yeni təyinat…

“Neftçi” futbol klubunda iki təyinat gerçəkləşib.Azərtac kluba istinadla xəbər verir ki, Kamal Quliyev “Neftçi” Futbol Akademiyasının baş seleksiyaçısı, Eldəniz Yusifov isə əsas komandanın baş meneceri vəzifəsinə təyin olunub.Kamal Quliyev 1997-2002-ci illər ərzində “Neftçi”də çıxış edib və 135 oyunda 24 qol vurub. 1999-cu ildə Azərbaycan kubokunun qalibi olmuş K.Quliyev 2011-2014-cü illərdə əsas komandada məşqçi vəzifəsini yerinə yetirib.Eldəniz Yusifov isə 2005-2017-ci illərdə AZAL futbol klubunda müxtəlif vəzifələrdə çalışıb.xeber100.com

İyun 8, 2017 11:43

Güləş üzrə beynəlxalq turnir keçirilir

Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə güləş üzrə beynəlxalq turnir keçirilir. Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamız turnirdə iştirak edir.Azərtac xəbər verir ki, böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında turnirdə iştirak edən güləşçilərimiz ilk yarış günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.Turnirdə 42 kiloqram çəkidə mübarizə aparan Qurban Qurbanov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. Həlledici görüşdə komanda yoldaşına uduzan Ariz Hüseynov isə gümüş medalla kifayətlənib.Əsgər Əlizadə (50 kq) də bütün rəqiblərini məğlub edərək turnirin qızıl medalına yiyələnib. Əsgər Əlizadə, həmçinin günün “Ən texnikalı güləşçi” mükafatına da layiq görülüb və xüsusi kubokla təltif olunub.Bürünc medalı isə yığmamıza Zaur Əliyev (50 kq) qazandırıb.Turnirin ikinci günündə 46, 54, 63, 76 və 100 kiloqram çəkidə qaliblər müəyyənləşəcək.Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edir.Qeyd edək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı iyulun 24-30-da Bosniya və Herseqovinada, dünya çempionatı isə sentyabrın 4-10-da Yunanıstanda baş tutacaq.xeber100.com

İyun 7, 2017 11:29
    Page 688 of 830« First«...102030...686687688689690...700710720...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az