05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

2017-2018-ci il lisenziyalaşdırma mövsümündə…

Mayın 26-da AFFA-nın inzibati binasında 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqada iştirak etmək üçün lisenziya əldə etmiş futbol klublarının nümayəndələri ilə görüş keçirilib.Azərtac xəbər verir ki, Lisenziyalaşdırma Qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümünün yekunları ilə bağlı statistik göstəricilər və növbəti mövsümün lisenziyalaşdırma prosesini əhatə edəcək yeniliklərlə bağlı məlumat verilib.Tədbirin sonunda növbəti mövsümdə Premyer Liqada iştirak edəcək klublara müvafiq lisenziyalar təqdim olunub. Həmçinin Zöhrab Hacıyev (“Neftçi”) ötən mövsümün ən yaxşı lisenziyalaşdırma üzrə meneceri, Mənsurə Məmmədova (“Kəpəz”) isə ən yaxşı maliyyə meneceri üzrə xüsusi sertifikatlarla təltif olunublar.xeber100.com

May 26, 2017 12:01

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyun keçirilib

Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Fransanın Lion şəhərində dünya çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.Azərtac xəbər verir ki, voleybolçularımız ikinci oyunda Almaniya yığması ilə üz-üzə gəliblər.Xorvatiyalı baş hakim Milan Raykoviçin idarə etdiyi oyunda Almaniya millisi 3:0 hesablı qələbə qazanıb.Millimiz ilk oyununda Türkiyə yığması ilə qarşılaşıb və rəqibə 0:3 hesabı ilə məğlub olub.Reqlamentə əsasən yalnız qrup qalibləri mərhələ adlayacaqlar. İkinci yerin sahibləri isə pley-off-da üz-üzə gələcəklər.Qeyd edək ki, 2018-ci ildə kişi voleybol komandaları arasında dünya çempionatına İtaliya və Bolqarıstan birgə ev sahibliyi edəcək.xeber100.com

May 26, 2017 11:53

Nodar Axalkatsinin xatirəsinə turnir təşkil edilib

“Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə çıxış edəcək.Azərtac xəbər verir ki, “qırmızı-qaralar” Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə turnirdə qüvvələrini sınayacaqlar. Mayın 26-dan iyunun 2-dək keçiriləcək yarış Tbilisi “Dinamo”sunun akademiyasının meydançasında baş tutacaq.Namiq Əliyevin baş məşqçisi olduğu komandamız qrup mərhələsində Gürcüstan təmsilçiləri ilə görüşəcək. Mayın 27-də “Dinamo” ilə üz-üzə gələcək “qırmızı-qaralar” ertəsi gün “Saburtalo”, mayın 29-da isə “Telavi” ilə qarşılaşacaqlar.“Qəbələ” Gürcüstandakı turnirə 16 futbolçu ilə yollanıb. Heyətdə İslam Əbduləzizov, Əli Tahirov, Ceyhun Bağırzadə, Həsən Nəzərli, Samid Əhmədov, Ziya Şəkərxanov, Əhməd Məmmədov, Asim Əlicanov, Nurlan Ağabəyov, Mahir Mehdiyev, İlkin Budaqov, Murad Abdullayev, Cümə Hüseynov, Elnur Mustafayev, Sənan Məsimov və Samir Musayev yer alıblar.xeber100.com

May 26, 2017 11:49

UEFA Avropa Liqasının 2016-2017-ci il mövsümünün final qarşılaşması keçirilib

Mayın 24-də UEFA Avropa Liqasının 2016-2017-ci il mövsümünün final qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, Stokholmdakı "Friends Arena"da keçirilən oyunda "Ayaks" komandasına 2:0 hesabı ilə qalib gələn "Mançester Yunayted" klubu UEFA Avropa Liqasının çempionu olub.Matçın ilk hissəsində nisbətən üstün oyun nümayiş etdirən "qırmızı şeytanlar" 18-ci dəqiqədə hesabı açıblar. Mata, Raşford və Fellaninin gözəl kombinasiyasını mançesterlilərin dünyanın ən bahalı transfer müqaviləsi ilə heyətinə qatdıqları Pol Poqba dəqiq zərbə ilə tamamlayaraq adını tabloya yazdırıb - 1:0. İlk hissə bu hesabla başa çatıb.İkinci hissənin əvvəlində - 47-ci dəqiqədə "Mançester Yunayted" hesab arasındakı fərqi iki topa çatdırıb.Komandaların cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb. Beləliklə, "Ayaks" komandasını 2:0 hesabı ilə məğlub edən Joze Mourinyonun yetirmələri UEFA Avropa Liqasının kubokunu başları üzərinə qaldırıblar.Qeyd edək ki, UEFA Çempionlar Liqasının final görüşü iyunun 3-də Uelsin paytaxtı Kardifdə oynanılacaq.xeber100.com

May 25, 2017 1:40

Sambo üzrə Avropa çempionatına yekun vurulub

Minskdə sambo üzrə Avropa çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, çempionatda ölkəmizi 7 idmançı təmsil edib.Sambo Federasiyasının prezidenti C.Məmmədovun rəhbərliyi altında çempionatda iştirak edən millimiz Vətənə iki medalla qayıdıb.Finaladək inamla irəliləyən samboçularımız Ağasif Səmədov (52 kq) və Emil Həsənov (68 kq) qızıl medal uğrunda görüşdə uduzaraq ikinci yerlə kifayətləniblər.Yarışda ölkəmizi hakim kimi Cabir İsmayılov təmsil edib.xeber100.com

May 25, 2017 1:38

Dohada Dünya Stadionlar Konqresi keçirilib

Qətərin paytaxtı Dohada Dünya Stadionlar Konqresi keçirilib.Azərtac xəbər verir ki, tədbirin sonunda müxtəlif nominasiyalar üzrə dünyanın ən yaxşı stadionları adına layiq görülən arenalar mükafatlara layiq görülüb.Bakı Olimpiya Stadionu (BOS) “Dünyanın ən yaxşı yeni stadionu” nominasiyasında mükafatla təltif edilib. BOS-un tikintisində iştirak edən “TEKFEN İnşaat” şirkəti də mükafata layiq görülüb.Müxtəlif kateqoriyalar üzrə Moskvadakı “VTB Arena”, Barselonadakı “Kamp Nou”, Aşqabad Olimpiya Stadionu və Birləşmiş Ərəb Əmirliklərindəki “Həzza Bin Zayed” stadionu da qalib elan edilib.Müsabiqənin münsiflər heyəti məşhur tikinti mütəxəssisləri Filip Herpel, Mark Fenvik və Kris Daytdan ibarət olub.xeber100.com

May 25, 2017 12:27

“Atletiko Madrid” 2024-cü ilədək müqavilənin müddətini artırıb

İspaniyanın “Atletiko Madrid” futbol komandasında çıxış edən yarımmüdafiəçi Koke daha 7 il klubun uğurları üçün çalışacaq.Azərtac xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı ispaniyalı oyunçu ilə 2024-cü ilədək müqavilənin müddətini artırıb.Futbol üzrə İspaniya millisində də forma geyinən oyunçu 2009-cu ildən bəri “Atletiko Madrid”in şərəfini qoruyur və oynadığı 323 matçda 28 qol vurub.xeber100.com

May 25, 2017 12:22

“Monako” futbol klubu ilk transferini edib

“Monako” futbol klubu yeni mövsüm üçün ilk transferini edib.Azərtac xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.Fransa klubu “Anderlext”in yarımmüdafiəçisi Yuri Tilemansı heyətinə cəlb edib. Belçikalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.Qeyd edək ki, 20 yaşlı Tilemans ötən mövsüm 37 oyuna 13 qol vurub, 12 məhsuldar ötürmə edib.xeber100.com

May 25, 2017 12:20

Kempo döyüş növləri üzrə turnir keçirilib

28 May – Respublika Günü münasibətilə kempo döyüş növləri üzrə turnir keçirilib.Azərtac xəbər verir ki, Abşeron Rayon Gənclər və İdman İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı, “Toğrul” Şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında kempo full və kempo submişn gi üzrə turnirdə 16 klubdan 190-na yaxın idmançı gücünü sınayıb.Qalib idmançılar diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.xeber100.com

May 25, 2017 12:16

“Ayaks” klubu ilə “Mançester Yunayted” komandası üz-üzə gələcəklər

Bu gün İsveçin paytaxtı Stokholmda futbol üzrə UEFA Avropa Liqasının final qarşılaşmasında Hollandiyanın “Ayaks” klubu ilə İngiltərənin “Mançester Yunayted” komandası üz-üzə gələcəklər.Azərtac xəbər verir ki, komandalar bu günədək 4 dəfə qarşılaşıblar. Bunlarında heç birində bərabərlik qeydə alınmayıb. İki dəfə İngiltərə, iki dəfə isə Hollandiya təmsilçisi qalib gəlib.Joze Mourinyonun yetirmələri cari mövsüm İngiltərə çempionatında uğursuz çıxış etdiyindən Çempionlar Liqası yarışlarında iştirak etmək hüququnu qazana bilməyiblər. Lakin “qırmızı –şeytanlar” Avropa Liqasını qazanaraq buna nail ola bilərlər.“Ayaks” isə məğlub olacağı təqdirdə mübarizəyə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindən başlamalı olacaq.Hər iki klubun heyətində ciddi itkilər var. Belə ki, “Ayaks”dan Deyli Sinkqraven zədəli, Nik Virqever cəzalı, mançesterlilərdən isə Markos Roxo, Lük Şou, Eşli Yanq, Timoti Fosu-Mensa və Zlatan İbrahimoviç zədəli olduqlarından oyunu buraxmalı olacaqlar.Hollandiya klubu sonuncu dəfə 1992-ci ildə Avropa Liqasının qalibi olub. “Mançester Yunayted” isə bu titula indiyənədək yiyələnməyib.Qeyd edək ki, final görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək.xeber100.com

May 24, 2017 12:40
    Page 695 of 830« First«...102030...693694695696697...700710720...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az