06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Şahmat üzrə “FIDE dünya kuboku 2017”

Şahmat bəstələrinin tərtibi üzrə “FIDE dünya kuboku 2017” Azərbaycanın tanınmış şahmat bəstəçisi Kənan Vəlixanovun qələbəsi ilə başa çatıb.Azərtac xəbər verir ki, o, 23 ölkədən 65 şahmatçının iştirak etdiyi yardım mat bölməsində qalib gələrək ikinci dəfə dünya kubokunun qalibi olub.Şahmat bəstəçiliyi üzrə idman ustası və beynəlxalq dərəcəli hakim K.Vəlixanov 2013-cü ildə dünya kubokunun, 2016-cı ildə isə ümumdünya şahmat bəstəçiliyi olimpiadasının qızıl medallarını qazanıb.xeber100.com

Aprel 1, 2017 7:38

“NTD” və “80-lər” basketbol klubları qarşılaşacaq

Kişi basketbolçular arasında Azərbaycan çempionatının final mərhələsinin oyunlarının vaxtı məlum olub.Azərtac xəbər verir ki, həlledici görüşlər aprelin 1-də başlayacaq.Əvvəlcə bürünc medallar uğrunda mübarizə aparan “Marşallar” və “Dərviş” komandaları qarşılaşacaq. Görüş saat 14:00-da başlayacaq. Saat 15:30-da isə final görüşündə “NTD” və “80-lər” basketbol klubları qarşılaşacaq.Oyunlar “The Club Port Baku”nun basketbol arenasında keçiriləcək.Qeyd edək ki, aprelin 2-də isə uşaq-yeniyetmə basketbol liqasının növbəti turunun oyunları təşkil olunacaq.xeber100.com

Aprel 1, 2017 7:35

“E” qrupunun matçlarının başlama günü və yeri müəyyənləşib

Qadın voleybolçular arasında dünya çempionatının ikinci təsnifat mərhələsinin təqvimi, eləcə də Bakıda keçiriləcək “E” qrupunun matçlarının başlama günü və yeri müəyyənləşib.Azərtac xəbər verir ki, matçlar may və iyun aylarında Bakı İdman Sarayında təşkil olunacaq. Qrupun ilk oyununda mayın 30-da Danimarka və Hollandiya yığmaları qarşılaşacaq. Azərbaycan yığması birinci turu eyni gündə Norveçə qarşı keçirəcək. Komandamız mayın 31-də Ukrayna, iyunun 1-də Danimarka, 2-də İsrail və 3-də Niderlandla görüşəcək. Millimizin bütün oyunları saat 17:30-da başlayacaq.Qeyd edək ki, ikinci təsnifat mərhələsində 36 yığma komanda altı qrupda mübarizə aparacaq. Qrup qalibləri birbaşa dünya çempionatına vəsiqə qazanacaqlar. İkinci yerlərin sahibləri üçüncü təsnifat mərhələsində pley-off mərhələsində oynayacaqlar. Bu mərhələ altı komandanın iştirakı ilə dairəvi sistem üzrə birinci dövrədən ibarət olacaq. İlk iki yeri tutacaq millilər mübarizəni final mərhələsində davam etdirəcəklər.xeber100.com

Aprel 1, 2017 7:31

Güləş üzrə U-23 Avropa çempionatı davam edir

Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, çempionatın beşinci günündə Azərbaycanın yunan-Roma güləşçiləri dörd 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar.İdmançılarımızdan xalça üzərinə Murad Məmmədov (59 kq), İslambek Dadov (71 kq), Eltun Vəzirzadə (80 kq), Orxan Nuriyev (98 kq) çıxacaqlar.xeber100.com

Aprel 1, 2017 7:28

Şahmat üzrə dördüncü turnir keçiriləcək

Aprelin 20-dən 30-dək Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilən dördüncü turnir keçiriləcək. Turnir “Synergy Group” və Azərbaycan Şahmat Federasiyası tərəfindən təşkil ediləcək.Azərtac xəbər verir ki, doqquz qrossmeyster bir dövrədə mübarizə aparacaq. Memorial turnirdə azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, amerikalı Uesli So, rusiyalı Vladimir Kramnik və Sergey Karyakin, ingilis Maykl Adams, hindistanlı Pentala Harikrişna, ukraynalı Pavel Elyanov, polyak Radoslav Voytaşek və bolqar Veselin Topalov iştirak edəcəklər.xeber100.com

Mart 31, 2017 11:21

Milli futbol assosiasiyaların inkişafı üçün seminar işə başlayıb

Martın 30-da FIFA-nın təşkilatçılığı ilə Minskdə milli futbol assosiasiyaların baş katibləri və inkişaf menecerləri üçün seminar işə başlayıb.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, seminarda Assosiasiyanın baş katibi Elxan Məmmədov iştirak edir.Seminara Belarus, Bolqarıstan, Estoniya, Ermənistan, Finlandiya, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Polşa, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna futbol federasiyalarının nümayəndələri qatılıblar.xeber100.com

Mart 31, 2017 11:17

Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə…

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə 1999-2001-ci, 2002-ci il təvəllüdlü və daha aşağı yaşlı idmançılar arasında keçirilən Azərbaycan birinciliyinə martın 30-da yekun vurulub.ASTF-dən Azərtac-a bildiriblər ki, üç gün ərzində keçirilən turnirdə Bakı, Sumqayıt, Şəki, Şabran, Şirvan və Salyan şəhərlərindən 100-dək idmançı iştirak edib. İdmançılar komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarında mübarizə aparıblar.Turnirdə 1999-2001-ci il və daha kiçik yaşlı həm oğlanların, həm də qızların yarışlarında Bakı komandası birinci Sumqayıt idmançıları isə ikinci yeri tutublar. Şabran və Şirvan tennisçiləri bürün medallara layiq görülüblər.Sonda qaliblərə Federasiyanın diplom və hədiyyələri təqdim olunub.xeber100.com

Mart 31, 2017 11:12

“Qarabağ” klubu “Neftçi”nin qonağı olub

Martın 30-da futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın yarımfinal mərhələsinin digər oyununda “Qarabağ” klubu “Neftçi”nin qonağı olub. Oyunda 2:0 hesabı ilə qalib gələn “Qarabağ” komandası cavab qarşılaşması üçün sərfəli nəticəni təmin edib.Azərtac xəbər verir ki, “Baksell Arena”da baş hakim Əliyar Ağayevin idarə etdiyi matçın 13-cü dəqiqəsində Muarem Muarem “Qarabağ”ı hesabda irəli çıxarıb. Hücumlarının sayını artıran “Qarabağ” matçın 28-ci dəqiqəsində Dino Ndlovunun vurduğu qolla hesab arasındakı fərqi daha da artırıb – 2:0. Komandalar fasiləyə bu hesabla yollanıblar.Görüşün ikinci hissəsində futbolçuların cəhdlərinə baxmayaraq, oyunda əlavə qol olmayıb və matç “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.Yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Qəbələ” 3:1 hesabı ilə “İnter”i məğlub edib.Azərbaycan kuboku yarışının yarımfinal mərhələsinin cavab qarşılaşmaları aprelin 5-də oynanılacaq.xeber100.com

Mart 31, 2017 11:07

Gimnastika Federasiyasının növbəti dünya kuboku mərhələsində

Bakı aprelin 28-30-da Beynəlxalq Gimnastika Federasiyasının (FIG) növbəti dünya kuboku mərhələsinə ev sahibliyi edəcək. Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə beynəlxalq turnirdə 19 ölkədən 92 gimnastın iştirakı gözlənilir.Azərtac xəbər verir ki, idmançılardan 34-ü fərdi proqramda, 58-i isə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.Ölkəmizi bu turnirdə Olimpiya Oyunlarının finalçısı, ilk Avropa Oyunlarının gümüş, Avropa çempionatının çoxnövçülük üzrə bürünc medalçısı Marina Durunda, yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc mükafatçısı Jalə Piriyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçılar Siyana Vasilyeva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.Yarışların ilk iki günündə keçiriləcək təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək.xeber100.com

Mart 31, 2017 11:01

Futzal üzrə növbəti yoldaşlıq oyunu keçirilib

Martın 30-da Bakıda futzal üzrə Azərbaycan və Moldova milli komandaları arasında növbəti yoldaşlıq oyunu keçirilib.Azərtac xəbər verir ki, Bakı İdman Sarayında keçirilən görüşdə millimiz rəqibini 3:2 hesabı ilə məğlub edib. Faiq Əliyevin dubl etdiyi oyunda yığmamızın digər qolunu Kardosa Everton vurub.Oyunu FIFA referiləri Elçin Səmədli və Ramil Namazov idarə ediblər.Xatırladaq ki, bu komandalar arasında martın 29-da keçirilmiş ilk yoldaşlıq oyunu yığmamızın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.xeber100.com

Mart 31, 2017 10:56
    Page 726 of 830« First«...102030...724725726727728...740750760...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az