Dünya Çempionatının seçim mərhələsindən…

2018-ci ildə futbol üzrə Dünya Çempionatında (DÇ-2018) iştirak etmək üçün seçim turnirindən uğurla çıxmış ilk komanda Braziliya yığması olub.Bu, Peru komandası ilə Uruqvay yığmasının seçim matçında uruqvaylıların 1:2 hesablı məğlubiyyətindən sonra məlum olub.2018-ci ildə keçiriləcək Dünya Çempionatının seçim mərhələsinin KONMEBOL (Cənubi Amerika) zonasında 14-cü turundan sonra aktivində 33 xal olan Braziliya yığması öz qrupunda inamla liderlik edir və dördüncü sətirdən aşağı düşə bilməz. Beləliklə, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının final turnirinə vəsiqə almış ilk komanda Braziliya yığmasıdır.Siyahıda 2-ci yeri Kolumbiya yığması (24 xal), üçüncü yeri Uruqvay (23) 4-cü yeri Çili (23), sonrakı yerləri Argentina (22), Ekvador (20) Peru (18), Paraqvay (18), Boliviya (10) və Venesuela (6 xal) tutur. Boliviya və Venesuela yığmaları Rusiyada keçiriləcək Dünya Çempionatında çıxış etmək şansını itiriblər. Aktivində 7 xal olan Azərbaycan yığması öz qrupunda 4-cü yeri tutur.Avqustun 31-də keçiriləcək növbəti turda Çili-Paraqvay, Braziliya-Ekvador, Venesuela-Kolumbiya, Peru-Boliviya və Uruqvay-Argentina matçları nəzərdə tutulur.KONMEBOL zonasında 10 yığma komanda arasında iki dövrədən ibarət olacaq seçim turniri 2017-ci ilin oktyabr ayında başa çatacaq. Bu turnirdə ən yaxşı nəticələr göstərən dörd komanda birbaşa DÇ-2018-in final mərhələsinə vəsiqə alacaq, beşinci komanda isə Okeaniya Futbol Konfederasiyasının nümayəndəsi ilə matç keçirməli olacaq.xeber100.com

Mart 29, 2017 11:52

Güləş üzrə U-23 Avropa çempionatı start götürəcək

Martın 28-də Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürəcək.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, çempionatda 19-23 yaş arası idmançılar mübarizə aparacaqlar.Çempionatda xalça üzərinə əvvəlcə sərbəst güləşçilər çıxacaqlar. Yığma komandanın böyük məşqçisi Zəlimxan Hüseynovun və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq), İsmayıl Abdullayev (74 kq), Kənan Əliyev (86 kq), Pərviz Axundov (97 kq) və Umar İsrailov (125 kq) ölkəmizi təmsil edəcəklər.Böyük məşqçi Aslan Ağayevin və məşqçi Rövşən Umudovun rəhbərliyi altında turnirdə 7 qadın güləşçimiz iştirak edəcək. Qadınlardan Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) mübarizə aparacaqlar.Avropa çempionatının sonuncu iki günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Şaban Donatın və məşqçi Zöhrab Abbasovun rəhbərliyi ilə Murad Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), İslambek Dadov (71 kq), Ruhin Mikayılov (75 kq), Elton Vəzirzadə (80 kq), Arif Niftullayev (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (125 kq) xalça üzərinə çıxacaqlar.Aprelin 2-dək keçiriləcək çempionatda görüşlərin idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.xeber100.com

Mart 28, 2017 6:46