04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Milli komandalar arasında keçiriləcək oyunda…

Zədəsi sağalan Portuqaliyanın “Boavişta” klubunun qapıçısı Kamran Ağayev futbol üzrə Azərbaycan milli komandası ilə birgə məşqlərdə iştirak edib.Azərtac AFFA-nın rəsmi "facebook" səhifəsinə istinadla xəbər verir ki, 31 yaşlı qolkiper hazırda özünü yaxşı hiss edir. K.Ağayev bir neçə gün əvvəl məşq zamanı aldığı kiçik zədə səbəbindən hazırlıq prosesindən kənarda qalmışdı. Artıq zədəsi sağalan K.Ağayev 2018-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Almaniya milli komandaları arasında keçiriləcək oyunda iştirak edə biləcək.Xatırladaq ki, baş məşqçi Robert Prosineçki Almaniya ilə matça 26 futbolçu dəvət etsə də, Ruslan Abışov və Namiq Ələsgərov zədəli olduqları üçün hazırlıq prosesinə qatıla bilməyiblər.Martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan-Almaniya qarşılaşması saat 20:00-da başlayacaq.Görüşü italiyalı baş hakim Daniele Orsato idarə edəcək.xeber100.com

Mart 24, 2017 9:07

“Novruz-2017” beynəlxalq turniri başa çatıb

Qırğızıstanda basketbol üzrə “Novruz-2017” beynəlxalq turniri başa çatıb.Azərtac xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən 20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi finalda “Qırğızıstan-1” komandası ilə qarşılaşıb.Gərgin idman mübarizəsi şəraitində keçən oyunda millimiz 67:75 hesabı ilə məğlub olaraq “Novruz-2017” beynəlxalq turnirinin gümüş medalı ilə kifayətlənib.xeber100.com

Mart 24, 2017 9:00

Dünya Güləş Birliyinin toplantısı keçirilib

Tehranda Beynəlxalq Olimpiya Komitəsinin məşqçilər üçün texniki kursu və Dünya Güləş Birliyinin yunan-Roma güləşi üzrə məşqçilərinin toplantısı keçirilib.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, hər iki tədbirdə ölkəmizi yunan-Roma güləşi üzrə yığma komandamızın məşqçisi Nurəddin Rəcəbov təmsil edib.Kurs zamanı Dünya Güləş Birliyinin güləş qaydalarında edəcəyi dəyişikliklər barədə məlumat verilib, taktiki və texniki hazırlıqla bağlı fikir mübadiləsi aparılıb, qaydalar müzakirə edilib, praktik məşğələlər keçirilib.Sonda iştirakçılara sertifikatlar təqdim olunub.xeber100.com

Mart 23, 2017 6:27

Cüdo üzrə təlim-məşq toplanışı davam edir

Cüdo üzrə Azərbaycan milli komandası Qazaxıstanda təlim-məşq toplanışını davam etdirir.Azərtac xəbər verir ki, cüdoçularımız baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi ilə gündə 2 dəfə məşq edərək beynəlxalq yarışlara hazırlaşırlar.Təlim-məşq toplanışında milli komandamızın aparıcı üzvləri Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Elmar Qasımov, Elxan Məmmədov, Hidayət Heydərov və digərləri iştirak edirlər.Millimizin qarşısına gələn ay Polşada keçiriləcək Avropa çempionatı və mayda Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə qazanmaq vəzifəsi qoyulub.xeber100.com

Mart 23, 2017 6:23

“Kuban baharı” turnirində növbəti oyun keçirilib

Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rusiyanın Soçi şəhərində təşkil olunan “Kuban baharı” turnirində növbəti oyununu keçirib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, Belarus komandası ilə keçirilən oyun heç-heçə yekunlaşıb - 1:1.Yığmamızın heyətində Kristina Bakarandze fərqlənib.xeber100.com

Mart 23, 2017 6:17

“Grassroots” proqramı çərçivəsində…

Martın 23-də Dənizkənarı Milli Parkda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 50 gün qalması münasibətilə tədbir təşkil edilib.Azərtac xəbər verir ki, “Grassroots” proqramı çərçivəsində keçirilən tədbirdə “Bakı-2017”nin rəsmi tərəfdaş və dəstəkçiləri xüsusi stendlərlə təmsil olunublar. Paytaxt sakinləri və şəhərimizin qonaqları həmin stendlərə yaxınlaşaraq IV İslam Həmrəyliyi Oyunları barədə məlumat əldə edib, həmçinin xüsusi viktorinalara qatılaraq hədiyyələr qazanıblar.“Bakı-2017”nin idmançı səfirləri güləşçi Rəsul Çunayev, boksçular Kamran Şahsuvarlı, Leyla Cavadova, Aynur Rzayeva, yarışın ulduz səfirləri Hacı Nuran Hüseynov, aktyorlar Rəfael Ağayev və Coşqun Rəhimov hamını yarışlara dəvət edib, idmançılarımıza azarkeşlik etməyə səsləyiblər.IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov yarışa hazırlığın plana uyğun olaraq getdiyini bildirib. Vurğulayıb ki, bir neçə gündür “Bakı-2017”nin biletləri satışa çıxarılıb. Açılış və bağlanış mərasimləri də daxil olmaqla idman sessiyaları üçün 500 min bilet satışdadır.xeber100.com

Mart 23, 2017 6:12

İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri ustad dərsləri keçiblər

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri “Domestic Grassroots” proqramı çərçivəsində üç idman növü üzrə ustad dərsləri keçiblər.Azərtac “Bakı-2017”yə istinadla xəbər verir ki, azarkeşlər ustad dərslərində iştirak etmək üçün IV İslam Həmrəyliyi Oyunlarının rəsmi “Facebook” səhifəsində verilən suallara düzgün cavab taparaq tədbirə qatılmaq imkanı qazanıblar. Həmçinin ustad dərslərinə hər bir idman növü üzrə yeniyetmə atletlər də qatılıblar.İdmançı səfirlər tərəfindən ilk ustad dərsi cüdoçularımız Rüstəm Orucov və Elmar Qasımovun iştirakı ilə təşkil olunub. Növbəti görüş güləşçi Hacı Əliyev tərəfindən Olimpiya Güləş Mərkəzində keçirilib. Futbolçu Ruslan Abışov tərəfindən isə ustad dərsi “Bayıl Arena”da baş tutub.Ustad dərslərinin sonunda bütün iştirakçılar sertifikat alıblar.İdmançılar Elmar Qasımov və Rüstam Orucov “Grassroots” proqramı çərçivəsində bu tipli layihələrin davamlı olacağını qeyd ediblər.Ustad dərslərinin məqsədi “Bakı-2017”-nin idmançı səfirlərini azarkeşləri ilə görüşdürmək, bununla da yeniyetmə və gənc idmançılara karyeralarında dəstək verməkdir.xeber100.com

Mart 22, 2017 11:35

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində…

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan və Almaniya milli komandaları arasında keçiriləcək oyununun hakimləri məlum olub.Azərtac xəbər verir ki, qarşılaşmanı italiyalı referi Daniele Orsato idarə edəcək. Ona həmyerliləri Mauro Tonolini və Rikkardo Di Fiore kömək edəcəklər. Matçın dördüncü hakimi isə Marko Quida olacaq.2010-cu ildən beynəlxalq dərəcəli FİFA hakimi statusu alan D.Orsato 2015-ci ildən UEFA-nın elit hakimlər kateqoriyasına daxil olub. O, indiyədək 50 beynəlxalq görüş idarə edib. Bundan əvvəl Almaniya komandasının oynadığı iki matçı idarə etmiş italiyalı referi Azərbaycan yığmasının iştirakı ilə keçirilən qarşılaşmada ilk dəfə baş hakim funksiyasını yerinə yetirəcək.xeber100.com

Mart 22, 2017 11:23

“İlin ən yaxşı futbolçusu-2016” mükafatının təqdimatında

Madrid “Real”ının və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo “İlin ən yaxşı futbolçusu-2016” mükafatına layiq görülüb.apa-nın xəbərinə görə, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat verib.Bu il K.Ronaldo 4-cü dəfə “Qızıl top” mükafatını qazanıb, həmçinin 27 xəbər agentliyinin nümayəndələri arasında aparılan sorğunun nəticələrinə görə Avropanın ən yaxşı idmançısı seçilib. Ötən il K.Ronaldo Madrid “Real”ı ilə İspaniya, Portuqaliya yığması ilə isə Avropa çempionatının qalibi olub.Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş “İlin ən yaxşı məşqçisi” mükafatı ilə təltif olunub. Qaliblərinin mükafatlandırılma mərasimi Eştoril şəhərində keçirilib.xeber100.com

Mart 21, 2017 11:58

Karate Federasiyasının məlumatı

Qadınlardan ibarət milli komandanın favoriti İrina Zaretska (-68 kq) Hollandiyanın Rotterdam şəhərində keçirilən Karate 1 Premyer Liqa turnirinin qalibi olub.Azərbaycan Karate Federasiyasından Azərtac-a bildirilib ki, İrina Zaretska Dünya Karate Federasiyasının bu rəsmi mötəbər turnirinin qızıl medalınadək altı görüşdə son illərin üç dünya çempionuna qalib gəlib.Milli komandamızı martın son günləri, aprelin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində mövsümün növbəti Karate 1 Premyer Liqa turniri gözləyir. Göygöl Olimpiya İdman Kompleksində təlim-məşqləri başa vuran karateçilərimiz üçün qarşıdakı nüfuzlu turnir Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına son hazırlıq yarışı olacaq.İslam Oyunlarında iştirak edəcək tam heyət Dubay Premyer Liqasından sonra dəqiqləşəcək. İslam ölkələrinin milli komandaları itirak etdiyindən bu yarış karateçilərimiz üçün İslam Oyunları ərəfəsində mühüm sınaq sayılır.xeber100.com

Mart 21, 2017 11:30
    Page 730 of 830« First«...102030...728729730731732...740750760...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az