U-21 və U-23 yığma komandalarının toplanışı keçiriləcək

Martın 20-dən 25-dək Bakıda futbol üzrə U-21 və U-23 yığma komandalarımızın təlim-məşq toplanışı keçiriləcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, U-21-in toplanışına Fəhmin Muradbəyli, Sənan Əlizadə (hər ikisi “Neftçi”), Eltun Turabov, İlyas Səfərzadə, Mahir Mədətov (hər üçü “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Fərid Kərimzadə, Yusif Nəbiyev (hamısı “Sumqayıt”), Qismət Alıyev (“Qəbələ”), Oleq Hüseynov,Taşkın Sertan, Vüqar Həsənov, Əlibəy Məmmədli (hamısı “İnter”), Səbuhi Əliyev, Fərid Abbaslı, Renat Aşurov (hamısı AZAL), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Serkan Baloğlu (“Ştutqart”, Almaniya), Ozan Can Kokcu (“Feyenord”, Hollandiya) və Mustafa Özhitay (“SSV Ulm 1846”, Almaniya) dəvət olunublar.U-23 yığmasına Azər Salahlı, Kamran Abdullazadə, Nicat Muxtarov, Mirabdulla Abbasov (hamısı “Sumqayıt”), Məqsəd İsayev, Maksim Vaylo, Rahil Məmmədov (hamısı “Neftçi”), Sadiq Quliyev, Vüqar Mustafayev, Adil Nağıyev, Vüsal İsgəndərli (hamısı “Zirə”), Tural Hümbətov, Kamal Mirzəyev (hər ikisi AZAL), Şahrudin Maqomedaliyev, Elşən Abdullayev (hər ikisi “Qarabağ”), Azad Kərimov, Orxan Əliyev (hər ikisi “Kəpəz”), Tellur Mütəllimov (“Qəbələ”), Abbas Hüseynov (“İnter”) və Emil Balayev (“Səbail”) çağırılıblar.xeber100.com

Mart 18, 2017 8:59

“Qəbələ” idman klubu 3 illik müqavilə imzalayıb

“Qəbələ” idman klubu ilə braziliyalı futbol əfsanəsi Ronaldinyonun adını daşıyan akademiya arasında müqavilə imzalanıb.Azərtac “Qəbələ”yə istinadla xəbər verir ki, mərasim Dubayda təşkil olunub.Əvvəlcə “Qəbələ”nin kommersiya direktoru Mustafa Aztopal təqdimatında tədbir iştirakçılarına Azərbaycan futbolu, o cümlədən ölkəmizdəki idman hərəkatı haqqında məlumat verib.Sonra 2016-cı ilin oktyabrında Bakıda memorandum imzalayan tərəflər bu dəfə 3 illik anlaşmanı rəsmiləşdiriblər. Müqaviləyə “Qəbələ” tərəfdən klubun vitse-prezidenti Fariz Nəcəfov, “Ronaldinho Soccer Academy” tərəfdən isə Ronaldinyo imza atıb.Tədbirdə çıxış edən Fariz Nəcəfov layihənin ölkəmizdə futbolun inkişafına və kütləviləşməsinə verəcəyi təkandan bəhs edib. Lisenziya xarakteri daşıyan bu müqavilə ilə “Qəbələ” əfsanəvi futbolçunun adını daşıyan akademiyanın Azərbaycandakı eksklüziv hüquqlarına yiyələnib. Müqaviləyə əsasən klubumuzun üzərinə məktəbin fəaliyyəti üçün baza, təsislər təqdim etmək, şirkətin marka dəyərini qorumaq vəzifələri düşür. “Ronaldinho Soccer Academy” isə eksklüziv ad hüququnu verəcək və lazım olan dəstəyi göstərəcək.“Qəbələ” və “Ronaldinho Soccer Academy” arasında müqavilənin sentyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub. Qarşıdakı 1 il ərzində yeni akademiyanın bazasının hazır vəziyyətə gətirilməsi planlaşdırılır.xeber100.com

Mart 16, 2017 12:04