05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Dutch Open” beynəlxalq turnirinə yekun vurulub

Hollandiyanın Eyndhoven şəhərində keçirilən taekvando üzrə ənənəvi “Dutch Open” beynəlxalq turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, G1 kateqoriyalı yarışın son günü ölkəmizi təmsil edən gənc və böyüklərdən ibarət yığma komandamızın daha 5 üzvü uğura imza atıb. 45 kq çəki dərəcəsində mübarizə aparan gənc taekvandoçumuz Xanoğlan Kərimov, böyüklərdən isə Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq) və Radik İsaev (+87 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olublar.Qadın taekvandoçumuz Darya Şkurko (62 kq) finala yüksəlsə də, həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub.Xatırladaq ki, yarışın ilk günü böyüklər arasında mübarizədə Ramin Əzizov (87 kq) və Fəridə Əzizova (67 kq) qızıl, Ayxan Tağızadə (68 kq) bürünc, gənclərdən isə Ayaz Qənbərli (51 kq) gümüş, Cavad Ağayev (63 kq) isə bürünc medala sahib olmuşdular.Beləliklə, milli komandamız iki gün davam edən beynəlxalq turniri 6 qızıl, 2 gümüş və 2 bürünclə, ümumilikdə, 10 medalla başa vurub.xeber100.com  

Mart 13, 2017 11:42

Ağır Atletika Federasiyasının məlumatı

Ağır atletika üzrə Azərbaycan yığma komandası İranın Əhvaz şəhərində keçirilən ikinci beynəlxalq “Fəcr kubok”u yarışında 7 medal qazanıb.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, turnirdə Sənan Mirzəyev (85 kq) birdən qaldırma hərəkətində 141 kiloqramı ram edib. O, bu nəticə ilə üçüncü olub. Təkanla qaldırmada isə 167 kiloqramı başı üzərinə qaldıran S.Mirzəyev dördüncü yeri tutub.Ruslan Rzazadə (56 kq) birdən qaldırma hərəkətində 98 kiloqramı ram edərək gümüş medala sahib olub.Allahyar Abışov (62 kq) birdən qaldırmada 120 kiloqramı ram edib. O, bu göstərici ilə bütün rəqiblərini üstələyib. A.Abışov təkanla qaldırmada 142 kiloqramı başı üzərinə qaldıraraq üçüncü yeri tutub.Beləliklə, Azərbaycan yığması “Fəcr kuboku” turnirini üç bürünc, həmçinin ayrı-ayrı hərəkətlərdə - birdən qaldırmada bir qızıl, bir gümüş və bir bürünc, təkanla qaldırmada isə bir bürünc medalla başa vurub.Millimiz topladığı 465 xal və qazandığı 7 medal sayəsində komanda hesabında dördüncü yeri tutub.xeber100.com

Mart 13, 2017 11:39

Azərbaycan çempionatına yekun vurulub

Martın 12-də həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub.Azərbaycan Həndbol Federasiyasından (AHF) Azərtac-a bildiriblər ki, ikinci dövrədə qadınlar arasında baş tutan sonuncu qarşılaşmalarında “Gənclər Birliyi” komandası “Qarabağ”ı 32:30, Respublika İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Mərkəzinin (RİOEUGİM) 2 saylı klubu “Nəsimi”ni (12 saylı İOEUGİM) 33:28 hesabı ilə məğlub edib. Kişilər arasında yarışda isə “Məhsul” kollektivi “Təhsil”ə 42:29, “Nur” komandası isə “Azəryol”a 27:21 hesabı ilə qalib gəlib.Sonra XXIV ölkə çempionatının bağlanış mərasimi olub.xeber100.com

Mart 13, 2017 11:33

“İnternational Champions Cup” turnirində qarşılaşma…

“Barselona” və “Real Madrid” futbol komandaları yoxlama oyununda üz-üzə gələcəklər.Azərtac xəbər verir ki, komandalar yayda keçiriləcək “İnternational Champions Cup” turnirində qarşılaşacaqlar. Matç iyulun 29-da Mayamidəki “Hard Rok Stadium”da keçiriləcək.Qeyd edək ki, “Barselona” və “Real Madrid” 1982-ci ildən sonra ilk dəfə İspaniya xaricində görüşəcəklər.xeber100.com

Mart 12, 2017 12:05

Şahmat üzrə Azərbaycan birinciliyi davam edir

Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan birinciliyi davam edir. Yarışda 24 nəfər, o cümlədən 4 qrossmeyster, habelə FİDE-nin beynəlxalq dərəcələrinin sahibləri olan 17 şahmatçı iştirak edir.Azərtac xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.4 turdan sonra hər birinin aktivində 5 xal olan qrossmeysterlər Nicat Abbasov və Vüqar Rəsulov, beynəlxalq dərəcəli usta Misrəddin İsgəndərov və FİDE ustası Əhməd Əhmədzadə liderdir. Altı iştirakçı liderlərdən yarım xal geri qalır, 4 iştirakçının hərəsi liderlərdən bir xal az toplayıb.Püşkatmanın nəticələrinə görə beşinci turda ilk iki masa arxasında Nicat Abbasov Misrəddin İsgəndərovla, Əhməd Əhmədzadə isə Vüqar Rəsulovla qarşılaşacaq.xeber100.com

Mart 12, 2017 12:02

Ağır atletika üzrə beynəlxalq “Fəcr kubok”u davam edir

İranın Əhvaz şəhərində ağır atletika üzrə ikinci beynəlxalq “Fəcr kubok”u davam edir.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, turnirdə yığma komandamızın üzvlərindən daha biri bürünc medal qazanıb.Allahyar Abışov 62 kiloqram çəki dərəcəsində birdən qaldırmada 120 kiloqramı ram edib. Bu hərəkətdə o, bütün rəqiblərini üstələməyi bacarıb. A.Abışov təkanla qaldırmada 142 kiloqramı başı üzərinə qaldırıb. Toplam 262 kiloqram (120+142) nəticə göstərən A.Abışov turnirin bürünc medalına sahib olub.xeber100.com

Mart 12, 2017 11:50

“Baku open” turnirinin açılış mərasimi olub

Bakı İdman Sarayında keçirilən karate üzrə VIII beynəlxalq “Baku open” turnirinin martın 11-də açılış mərasimi olub.Azərtac xəbər verir ki, turnirin açılış mərasimində Azərbaycanın dövlət himni səsləndirilib.Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Yaşar Bəşirov turnirdə iştirak edən müxtəlif ölkələrdən olan idmançıları salamlayıb və onlara uğurlar arzulayıb. Y.Bəşirov bildirib ki, AKF artıq 20 ildir Dünya Karate Federasiyasının üzvüdür. Federasiya bu illər ərzində bir çox mühüm uğurlara imza atıb, karateçilərimiz mötəbər beynəlxalq turnirlərdə qələbələr qazanıblar.Y.Bəşirov karateçilərimizin qarşıdan gələn yarışlarda - “Dubay open” turnirində, IV İslam Həmrəyliyi Oyunlarında və 2020-ci il XXXI Tokio Yay Olimpiya Oyunlarında da Azərbaycanı layiqincə təmsil edərək ölkəmizə medalla qayıdacaqlarına əminliyini bildirib.Sonra yarışda təmsil olunan xarici ölkələrin müvafiq federasiyalarının təmsilçilərinə diplom və medalları təqdim edilib.Açılış mərasimindən sonra turnirin final oyunlarına start verilib.xeber100.com

Mart 12, 2017 11:46

“Kortchnoi Open 2017 Zurich” şahmat festivalı keçiriləcək

Aprelin 12-17-də Sürixdə isveçrəli qrossmeyster Viktor Korçnoyun xatirəsinə həsr olunmuş “Kortchnoi Open 2017 Zurich” şahmat festivalı keçiriləcək.Azərtac xəbər verir ki, festival çərçivəsində “Master” və “Main” (Open) turnirləri keçiriləcək.“Master” turnirində yeddi ölkədən 30-dan çox şahmatçı iştirak edəcək.Turnirdə vaxta yeni nəzarət tətbiq ediləcək: 45 dəqiqə, üstəgəl hər gediş üçün 30 saniyə.Festivalın sonuncu günü iştirakçılar blits-turnirdə güclərini sınayacaqlar. Vaxta nəzarət 10 dəqiqə, üstəgəl hər gediş üçün 5 saniyə olacaq.xeber100.com

Mart 11, 2017 12:56

“Domestic Grassroots” proqramı çərçivəsində…

Martın 13-15-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo, güləş və futbol üzrə idmançı səfirlərinin “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar üçün ustad dərsləri təşkil olunacaq.Azərtac xəbər verir ki, layihə çərçivəsində “Bakı-2017”nin idmançı səfirləri tərəfindən üç fərqli ustad dərsi veriləcək. Məqsəd idmançı səfirlərin bilik və bacarıqlarını bölüşmək, eləcə də tərəfdarlarla görüşünü təşkil etməkdir.Üç gün davam edəcək tədbirlərdə iştirakçılar “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi “Facebook” səhifəsindəki müsabiqələrdə qalib olan şəxslər, gənc idmançılar və azarkeşlər iştirak edəcəklər.xeber100.com

Mart 11, 2017 12:51

Beynəlxalq turnirin birinci gününə yekun vurulub

Bakıda cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin birinci gününə yekun vurulub.Azərtac xəbər verir ki, Azərbaycan millisi yarışını ilk günündə aktivinə bir medal yazdırıb. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov mötəbər turnirin bürünc medalını qazanıb.Mükafatlandırma mərasimində cüdoçumuza medalı Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev təqdim edib.Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışın ilkin mərhələsi saat 13:00-dan etibarən başlayır. Final görüşləri isə saat 17:00-da keçirilir.Turnirdə 31 ölkədən 183 idmançı (110 kişi, 73 qadın) qalib adı uğrunda mübarizə aparır.xeber100.com

Mart 11, 2017 12:45
    Page 735 of 830« First«...102030...733734735736737...740750760...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az