“Şərqi Avropa ölkələrində kütləvi futbolun inkişafı” mövzusunda sammit işə başlayıb

Martın 1-də Tbilisidə “UEFA GROW” əməkdaşlıq proqramı çərçivəsində “Şərqi Avropa ölkələrində kütləvi futbolun inkişafı” mövzusunda sammit işə başlayıb. Tədbirdə kütləvi futbolun inkişaf perspektivləri müzakirə olunub.Sammitdə Azərbaycanı AFFA-nın birinci vitse-prezidenti R.Əliyev, baş katib E.Məmmədov, marketinq və sponsorluq şöbəsinin müdiri T.Piriyev və “Grassroots” proqramının əlaqələndiricisi C.Həsənzadədən ibarət nümayəndə heyəti təmsil edir. Tədbirdə, həmçinin idman mütəxəssisləri, UEFA-nın nümayəndələri ilə yanaşı, Şərqi Avropa ölkələrinin dövlət və hökumət rəsmiləri də iştirak edirlər.UEFA-nın marketinq üzrə meneceri Noel Muni tədbiri açaraq, dünyada və Avropada idmanın inkişafı, kütləvi futbolun, eləcə də UEFA-nın inkişaf proqramının əhəmiyyəti barədə məlumat verib.Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze çıxışında ölkəsində idmanın inkişafı sahəsində görülən işlərdən danışıb.Sammitdə bildirilib ki, Avropanın ali futbol qurumu üç il əvvəl “UEFA GROW 2020” pilot layihəsinin icrasına başlayıb. Avropanın 55 ölkəsinin qoşulduğu bu layihəyə əsasən, futbolun inkişafı ilə bağlı dörd istiqamət - kütləvi futbolun inkişafı, futbol əlaqələrinin idarə olunması, rəqəmsal idarəetmə, iştirak və kommersiya müəyyən edilib.xeber100.com

Mart 1, 2017 11:13

Cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri keçiriləcək

Martın 10-12-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan millisinin yarış üçün heyəti açıqlanıb. Yarışda ölkəmizi 51 cüdoçu təmsil edəcək.Məşqçilər heyəti kişilərin yarışında Orxan Səfərov, Oruc Vəlizadə, Mehman Sadiqov, Natiq Qurbanlı (hamısı 60 kq), Nicat Şıxəlizadə, İlqar Müşkiyev, Vüqar Şirinli, Emil Həsənov (hamısı 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov, Elvin Mustafayev, Telman Vəliyev (hamısı 73 kq), Afiq Səfərli, Rüfət İsmayılov, Tural Hüseynov, Vüqar Bayramov (hamısı 81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Əbdulhaqq Rəsullu, Aslan Mirzəyev (hamısı 90 kq), Elmar Qasımov, Elxan Məmmədov, Zelim Kotsoyev, Sənan Əhmədov (hamısı 100 kq), Uşanqi Kokauri, İsa Hüseynov, Ayxan Cəfərov və Kənan Abdullaxanlıya (hamısı 100 kq-dan yuxarı) şans verəcəklər.Qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva, Şəfəq Məmmədova, Şəfəq Həmidova (hamısı 48 kq), Nəzakət Əzizova, Gülşən Nəzərova, Gültac Məmmədəliyeva (hər üçü 52 kq), Səkinə Zairova, Leyla Şahin, Günel Bəkirzadə, Şəhanə Əlməmmədova (hamısı 57 kq), Xanım Hüseynova, Nuriyə Axundova, Gülsədəf Kərimova, Diana Şoranova (hamısı 63 kq), Validə Mirzəzadə, Nərgiz İbrahimova, Rəfiqə Mənsimova, Nərgiz Hacıyeva (hamısı 70 kq), Günel Həsənli, Fəridə Səfərova (hər ikisi 78 kq), Şəms Hacıyeva və Bəsti Səfərova (78 kq-dan yuxarı) tatami üzərinə çıxacaqlar.xeber100.com

Fevral 27, 2017 11:29