28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Avrokubokların final oyunu üçün iclas keçirilib

Martın 1-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında 2019-cu ildə təşkil olunacaq Çempionlar Liqasının, Avropa Liqasının, qadınlar arasında Çempionlar Liqasının final oyununa və UEFA Super Kuboku qarşılaşmasına ev sahibliyi etmək istəyən milli futbol assosiasiyalarının nümayəndələri üçün sifariş kitabının hazırlanması ilə bağlı iclas keçirilib.Azərtac xəbər verir ki, iclasda Azərbaycan UEFA Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarına ev sahibliyi üçün namizədliyini irəli sürüb. Həmçinin İspaniya Çempionlar Liqasının, Gürcüstan, Almaniya, Şotlandiya, İspaniya, Türkiyə Avropa Liqasının, Çexiya, Macarıstan, Qazaxıstan, Litva, Şotlandiya, İspaniya qadınlararası Çempionlar Liqasının, Albaniya, Fransa, Macarıstan, İsrail, Qazaxıstan, Şimali İrlandiya, Polşa, Şotlandiya və Türkiyə isə Super Kubokun finalına ev sahibliyi üçün namizədliklərini irəli sürüblər.xeber100.com

Mart 2, 2017 11:30

Karate Federasiyasının məlumatı

Karate üzrə VIII “Baku Open” beynəlxalq karate turnirinə hazırlıq prosesi başa çatmaq üzrədir.Azərbaycan Karate Federasiyasından Azərtac-a bildiriblər ki, ənənəvi yarış martın 11-12-də Bakı İdman Sarayında keçiriləcək.Beynəlxalq turnirdə bir neçə ölkədən idmançıların iştirakı gözlənilir. Yarışda yeniyetmə və gənclərdən ibarət seçmə komandaların heyəti bir daha sınaqdan keçiriləcək. Nəticələr əsasında formalaşdırılacaq yeni heyət qarşıdakı yarışlarda gücünü sınayacaq.xeber100.com

Mart 2, 2017 11:24

İspaniya çempionatının 25-ci turu çərçivəsində…

Martın 2-də futbol üzrə İspaniya çempionatının 25-ci turu çərçivəsində bir neçə oyun keçirilib.Azərtac xəbər verir ki, turun ən maraqlı hadisəsi “Barselona”nın liderliyi ələ keçirməsi olub. “Barselona” “Nou Kamp”da qəbul etdiyi “Sportinq Xixon”u 6:1 hesabı ilə darmadağın edərək xallarının sayını 57-yə çatdırıb.“Real Madrid” isə “Santyaqo Bernabeu”da “Las Palmas” klubunu qəbul edib. “Real”ın asan qələbə qazanacağı gözlənilsə də, ilk hissə 1:1 hesabı ilə başa çatıb. İkinci hissənin əvvəlində madridlilərin heyətində Qaret Beylin qırmızı vərəqə alaraq meydanı tərk etməsindən sonra ev sahibləri qapılarında daha iki qol görüblər. “Real Madrid” yalnız qarşılaşmanın sonuna yaxın vurduğu iki qolla hesabı bərabərləşdirib – 3:3.“Real”ın doğma meydanda xal itirməsindən sonra “Barselona” liderliyi ələ keçirib. “Real” 56 xalla ikinci sırada olsa da, “Barselona”dan bir oyun az keçirib.Tur çərçivəsində günün digər oyunlarında isə aşağıdakı hesablar qeydə alınıb: “Malaqa” 1-2 “Real Betis” “Valensiya” 1-0 “Leqanes” “Osasuna” 1-4” “Vilyarreal” “Selta de Viqo” 2-2 “Espanyol” “Qranada” 2-1 “Deportivo Alaves”.xeber100.com

Mart 2, 2017 11:15

II Beynəlxalq Fəcr Kuboku keçiriləcək

Martın 9-da İranın Əhvaz şəhərində ağır atletika üzrə II Beynəlxalq Fəcr Kuboku keçiriləcək.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, nüfuzlu yarışda ölkəmizin ağır atletika yığmasının üzvləri də iştirak edəcəklər. Komandamızın heyəti artıq müəyyənləşib. Heyətə Ruslan Rzazadə (56 kq), Allahyar Abışov (62 kq), Sabit Bayramov (69 kq), Orxan Zeynalov və Kənan Əliquliyev (hər ikisi – 77 kq), Sənan Mirzəyev (85 kq), Xəlil Gəraylı (105 kq) və Asxab Kolayev (+105 kq) daxil ediliblər.xeber100.com

Mart 2, 2017 11:11

IV İslam Həmrəyliyi Oyunlarının hazırlıq prosesi davam edir

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən martın 2-də IV İslam Həmrəyliyi Oyunlarının rəsmi geyim formaları ictimaiyyətə təqdim edilib.Azərtac xəbər verir ki, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin brend şöbəsi tərəfindən hazırlanmış formaların dizaynı peşəkar dizaynerlər komandası tərəfindən təqdim olunub. Fərqli görünüşlərə malik formalar işçi heyəti və podratçılar daxil olmaqla müxtəlif işçi qruplar üçün nəzərdə tutulub. Rəsmi forma dizaynlarının hazırlanması prosesində Bakı 2017 Oyunlarının loqosundan, brendin rəsmi rənglərindən və elementlərindən istifadə edilib.Brendin əsas naxış elementi olan xalça simvolik Azərbaycan və İslam xalça ikonoqrafiyasını, eləcə də petroqlifləri özündə əks etdirərək ənənəvi Azərbaycan xalçasının müasir təsvirini yaradır.İslamı özündə təcəssüm etdirən, eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının da rəngi olan yaşıl rəng əsas işçi heyətinin və könüllülərin formalarında xüsusi olaraq xalça motivləri üzərində özünəməxsus ahəngdarlığı ilə yer alıb.Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının forma dəstinə köynək, papaq, kiçik bel çantası və şalvar daxildir.xeber100.com

Mart 2, 2017 11:07

Qran-pri turnirinin növbəti mərhələsi Moskvada keçiriləcək

Şarcada FIDE-nin Qran-pri turnirinin birinci mərhələsi başa çatıb.Azərtac xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov doqquzuncu turda dünya çempionu Hou İfana qalib gəlib. Çinli şahmatçı 32-ci gedişdə məğlub olduğunu etiraf edib.Mümkün doqquz xaldan 5,5 xal toplamış Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqrav (Fransa) və Aleksandr Qrişşukla (Rusiya) birlikdə ilk pillədə qərarlaşıb. Əlavə göstəricilərinə görə rusiyalı qrossmeyster turnirin qalibi olub, ikinci yerdə fransız şahmatçı, üçüncü yerdə azərbaycanlı qrossmeyster olub.Onların ardınca Din Lijen, Maykl Adams, Dmitri Yakovenko, Hikaru Nakamura, Yan Nepomnyaşşi (hər biri 5 xal), Rixard Rapport, Pavel Elyanov, Li Çao, Fransisko Valyexo (hər biri 4,5 xal), Levon Aronyan, Hou İfan (hər biri 4 xal), Saleh Salim, Yon-Lüdviq Hammer, Yevgeni Tomaşevski (hər biri 3,5 xal), Aleksandr Ryazantsev (3 xal) gəlir.FIDE-nın Qran-pri turnirinin növbəti mərhələsi mayın 11-dən 22-dək Moskvada keçiriləcək.xeber100.com

Mart 1, 2017 11:36

Topaz Premyer Liqasının XX turunun sonuncu oyununda…

Fevralın 28-də Topaz Premyer Liqasının XX turunun sonuncu oyununda “Qarabağ” komandası “İnter”ə məğlub olaraq çempionatda liderliyi əldən verib.Azərtac xəbər verir ki, “Azərsun Arena”da oynanılan görüş qarşılıqlı hücumlar şəraitində keçib. Komandaların cəhdlərinə baxmayaraq, oyunun ilk hissəsində hesab açılmayıb.Matçın taleyini müəyyən edən yeganə qol matçın 72-ci dəqiqəsində qeydə alınıb. “İnter”in futbolçusu Zurab Xizanişvili ağdamlıların qapısına yol tapıb. Qalan dəqiqələrdə “Qarabağ”ın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib və görüş “İnter”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.XX turdan sonra çempionatdakı ikihakimiyyətliliyə son qoyulub. Bu gün Gəncədə “Kəpəz” ilə oyunda heç-heçədən (1:1) sonra aktivində 43 xal olan “Qəbələ” turnir cədvəlinə başçılıq edir. “Qarabağ” 42 xalla ikinci, “İnter” isə 36 xalla üçüncü sıradadır. Digər yerlərdə isə müvafiq olaraq, “Zirə” (26 xal), “Sumqayıt” (25), “Neftçi” (20), “Kəpəz” (17) və “AZAL” (18) komandaları qərarlaşıblar.xeber100.com

Mart 1, 2017 11:32

Ağır Atletika Federasiyasının məlumatı

Martın 1-də Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı keçiriləcək.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, martın 4-dək davam edəcək yarışda ölkəmizin bütün bölgələrindən 150-dək atlet qüvvəsini sınayacaq.Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi və beynəlxalq yarışlara hazırlanmasıdır.xeber100.com

Mart 1, 2017 11:29

“Azərreyl” komandası sonuncu oyununu keçirib

Bakının “Azərreyl” komandası qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Polşada “Sentrum Arena”da yerli “Dabrova Qornitsa” komandasının qonağı olub.Rusiyalı baş hakim Nadejda Kozlovanın idarə etdiyi oyunda “Azərreyl” komandası 3:2 hesablı qələbə qazanıb. Bu qələbə ən yaxşı qrup ikincisi kimi play-off-a vəsiqə qazanmaq üçün yetərli olmayıb və komandamız Çempionlar Liqası yarışlarındakı çıxışını yekunlaşdırıb.xeber100.com

Mart 1, 2017 11:26

Sərbəst güləş üzrə 5-ci beynəlxalq turnir start götürəcək

Martın 4-də Saxa Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə 5-ci beynəlxalq turnir start götürəcək.Bu barədə Azərtac-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.İki gün davam edəcək turnirdə gənclərdən ibarət sərbəst güləş yığmamızın 5 üzvü qüvvəsini sınayacaq. Yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında turnirə Şahin Muxtarov (50 kq), İntiqam Vəlizadə (55 kq), Rəşad Yusifli, Abubakr Abakarov (hər ikisi 74 kq) və Asxab Həmzətov (96 kq) yollanacaq.Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Tural Əliyev təmsil edəcək.Turnirin proqramına əsasən, martın 4-də 50, 60, 74, 96, martın 5-də isə 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində güləşçilər mübarizə aparacaqlar.xeber100.com

Mart 1, 2017 11:17
    Page 741 of 831« First«...102030...739740741742743...750760770...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az