Avropa İttifaqı İcraiyyə Komitəsinin toplantısı keçirilib

Maltada İdman Mətbuatı üzrə Avropa İttifaqının (AIPS EUROPE/UEPS) İcraiyyə Komitəsinin toplantısı keçirilib.Azərtac xəbər verir ki, tədbirin birinci günündə UEPS-in və Malta İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı ilə seminar baş tutub. Yerli media nümayəndələrinin də qatıldıqları seminarda Belarus Milli Olimpiya Komitəsinin nümayəndəsi, UEPS İcraiyyə Komitəsinin üzvü Nastasiya Marinina 2018-ci ildə Minskdə keçiriləcək ikinci Avropa Oyunlarına hazırlıq barədə məlumat verib və videoçarx nümayiş olunub. N.Marinina vurğulayıb ki, Azərbaycandan sonra bu missiyanı üzərimizə götürmək olduqca çətin və məsuliyyətlidir. Biz Oyunları mümkün qədər maraqlı keçirməyə çalışacağıq. Lakin hər dəfə Bakıda gördüklərimizi göz önünə gətirəndə hansı məsuliyyətin altına girdiyimizin fərqinə varmaya bilmirik. İndidən deyim ki, biz Bakını təkrarlaya bilməyəcəyik.Serbiya Milli Televiziyasının idman şərhçisi Predraq Milinkoviz iştirakçısı olduğu və şərh etdiyi Dakar rallisində kadrarxası riskli məqamlardan, idman telejurnalistikasının ekstremal vəziyyətlərdə iş həyatından danışıb və bu barədə nadir kadrları nümayiş etdirib.Malta İdman Jurnalistləri Assosiasiyasının prezidenti, UEPS-in baş katibi Çarles Kamenzulinin və milli təşkilatın baş katibi Sandro Micallefin rəhbərliyi ilə seminar iştirakçıları və İcraiyyə Komitəsinin üzvləri arasında səmərəli fikir mübadiləsi olub.xeber100.com

Fevral 24, 2017 11:43

Futbol üzrə final mərhələsinin ilk oyunlarına yekun vurulub

Fevralın 22-də futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub.Azərtac xəbər verir ki, Portuqaliyanın “Porto” komandası öz meydanında İtaliyanın “Yuventus” klubuna 0:2 hesabı ilə uduzub. Matçın 27-ci dəqiqəsində “Portu”nun müdafiəçisi Aleks Telles qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Bundan istifadə edən turinlilər matçın 72-ci dəqiqəsində Pyaka ilə hesabı açıblar. Bu qoldan 2 dəqiqə sonra isə meydana yenicə daxil olan Dani Alveş komandasının ikinci qolunu vurub.Günün digər qarşılaşması isə İspaniyada keçirilib. “Sevilya” doğma meydanda “Lester” (İngiltərə) ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.Bununla da səkkizdəbir final mərhələsinin ilk oyunları başa çatıb. Bu mərhələnin digər matçları aşağıdakı kimi nəticələnib: “Benfika” (Portuqaliya) - “Borussiya Dortmund” (Almaniya) - 1:0 “PSJ” (Fransa) -“Barselona” (İspaniya) - 4:0 “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə) - 5:1 “Real Madrid” (İspaniya) - “Napoli” (İtaliya) - 3:1 “Bayer Leverkuzen” (Almaniya) - “Atletiko Madrid” (İspaniya) – 2:4 “Mançester Siti” (İngiltərə) - “Monako” (Fransa) - 5:3. Qeyd edək ki, səkkizdəbir final mərhələsinin cavab qarşılaşmaları martın 7-8-i və 14-15-də keçiriləcək.xeber100.com

Fevral 23, 2017 11:33