06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb

Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb.Azərtac xəbər verir ki, yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar iştirak edirlər.İlk yarış günündə sərbəst güləş üzrə 205 pəhləvan mübarizə aparır.Yarışların təntənəli açılış mərasimi saat 17:00-da baş tutacaq, ardınca isə günün final görüşləri keçiriləcək.Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaqlar.xeber100.com

Fevral 23, 2017 11:15

“Qəbələ” futbol klubu “Ateitis Cup” turnirində…

“Qəbələ” futbol klubunun yeniyetmələrdən ibarət komandası Vilnüsdə keçiriləcək “Ateitis Cup” turnirində iştirak edəcək.Azərtac xəbər verir ki, turnir hər birində 5 komanda olmaqla 2 qrupdan ibarətdir. “Qəbələ” “B” qrupunda qərarlaşıb və “Minsk” (Belarus), “Legion” (Estoniya), “Jalgiris” (Litva) və “Riqa” (Latviya) komandaları ilə qarşılaşacaq. Digər qrupda yerli “Baltay”, BATE, “Dinamo” (hər ikisi Belarus), “RFSH Riqa” (Latviya) və məşhur İtaliya “Torino”su çıxış edəcəklər.Fevralın 24-də Latviya və Estoniya klubları ilə qarşılaşacaq Rakif Əliyevin komandası ertəsi gün digər iki rəqiblə münasibətləri aydınlaşdıracaq. Fevralın 26-da final oyunları ilə yekunlaşacaq turnirdə matçlar 25 dəqiqədən ibarət 2 hissədə oynanılacaq. “Qəbələ”nin keçirəcəyi sonuncu oyundan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla anılacaq. Bu barədə turnir təşkilatçıları ilə razılıq əldə edilib.xeber100.com

Fevral 23, 2017 11:12

Voleybolçular arasında növbəti oyun keçiriləcək

Bu gün Bakının “Azərreyl” komandası qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində İstanbulun “Fənərbağça” komandasını qəbul edəcək.Görüşün baş hakimi rusiyalı Aleksandr Pavlov olacaq. Ona yunanıstanlı həmkarı Epaminondas Qerothoduros kömək edəcək.“Azərreyl” komandası növbəti mərhələyə vəsiqəni təmin etmək üçün oyunda ən azı 2 seti öz xeyrinə başa vurmalıdır. Xal qazanmadan məğlubiyyət isə komandamızın işini çətinləşdirə bilər.Hesabında 12 xal olan “Fənərbağça” qrup lideridir və növbəti mərhələyə vəsiqəni təmin edib. “Azərreyl” 9 xalla ikinci, Polşanın “Dabrova Qornitsa” klubu 6 xalla üçüncü pillədə yer alır. Fransanın “Sen-Rafael” komandasının isə xalı yoxdur.xeber100.com

Fevral 23, 2017 11:09

İsveçrə Tennis Federasiyasının açıqlamasında…

Dünyanın ən məşhur tennisçilərindən olan Roje Federer karyerasını ən azı daha üç mövsüm davam etdirəcəyini açıqlayıb.Azərtac xəbər verir ki, İsveçrə Tennis Federasiyasının açıqlamasında 35 yaşlı R.Federer ilə onun doğulduğu Bazel şəhərində keçirilən ənənəvi turnirə 2019-cu ilə qədər qatılması barədə razılığa gəlindiyi bildirilir.Karyerasında daha əvvəl 7 dəfə qalib gəldiyi “Basel Indoors” turnirində mübarizə aparmaqdan məmnun olduğunu deyən tennisçi bu barədə bildirib: “Bazeldəki turnirdə iştirak etmək mənim üçün ən mühüm hadisədir”.Cari mövsümdə Avstraliya açıq turnirinin finalında ispaniyalı Rafael Nadalı məğlub edərək çempion olan R.Federer bununla da 2012-ci ildəki “Wimbledon” turnirindən bəri ilk dəfə idi ki, “Grand slam” turnirində qalib gəlib.Tennisçi üçün kifayət qədər yaşlı sayılmasına baxmayaraq, son mövsüm inamlı təsir bağışlayan R.Federer ümumilikdə 18 dəfə çempion olmaqla böyük dəbilqə turnirlərində ən çox qalib gələn kişi tennisçidir.xeber100.com

Fevral 22, 2017 11:25

Həndbol üzrə beynəlxalq turnir keçiriləcək

Fevralın 25-dən martın 5-dək Rusiyanın Həştərxan şəhərində kişilər arasında həndbol üzrə beynəlxalq turnir keçiriləcək.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, turnirdə milli komandamız da iştirak edəcək.Beynəlxalq turnirdə iştirakın əsas məqsədi yığma komandamızın IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə hazırlaşmasıdır.xeber100.com

Fevral 22, 2017 11:17

Taekvando üzrə beynəlxalq seminar keçirilib

Birləşmiş Ərəb Əmirliyinin Fucayrah şəhərində taekvando üzrə beynəlxalq hakimlərin növbəti seminarı keçirilib.Azərbaycan Taekvando Federasiyasından Azərtac-a bildiriblər ki, seminarda ölkəmizi baş hakim Elşən Quliyev təmsil edib.Seminarda Dünya Taekvando Federasiyası tərəfindən tətbiq edilən yeni qaydalar və digər yeniliklər haqqında məlumat verilib.xeber100.com

Fevral 22, 2017 10:54

UEFA Çempionlar Liqasının daha iki oyunu keçirilib

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçirilib.Azərtac xəbər verir ki, “Bayer Leverkuzen” (Almaniya) “Atletiko Madrid”i (İspaniya), “Mançester Siti” (İngiltərə) isə “Monako”nu (Fransa) qəbul edib.Maraqlı keçən qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:“Bayer Leverkuzen” - “Atletiko Madrid” 2:4;“Mançester Siti” - “Monako” 5:3.Bu komandalar arasında cavab qarşılaşmaları martın 14-də oynanılacaq.Xatırladaq ki, ötən həftə keçirilmiş qarşılaşmalarda “Benfika” komandası “Borussiya Dordmund”u 1:0, “Pari-Sen-Jermen” isə “Barselona”nı 4:0, “Bavariya” “Arsenal”ı 5:1, “Real Madrid” isə “Napoli”ni 3:1 məğlubiyyətə uğradıb.Səkkizdəbir final mərhələsinin fevralın 22-də keçiriləcək son iki oyununda “Portu” “Yuventus”la, “Sevilya” isə “Lester”lə qarşılaşacaq.xeber100.com

Fevral 22, 2017 10:51

Güləş Federasiyasının məlumatına görə…

Güləş yığmalarımız 2017-ci ilin təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirirlər. Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri fevralın 11-dən İstanbulda bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışındadır.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yığma komandanın baş məşqçisi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbov və Şaban Donatın rəhbərliyi altında yığma komandanın 20 üzvü İstanbulda hazırlıq keçir. Təlim-məşq toplanışında Azərbaycan və Türkiyə güləşçiləri ilə yanaşı, Qırğızıstan, Bolqarıstan, Gürcüstan və İsveç yığma komandasının üzvləri də iştirak edirlər.Birgə təlim-məşq toplanışı martın 3-dək davam edəcək. Ardınca yığma komandamızın üzvləri Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.xeber100.com

Fevral 22, 2017 10:44

FIDE-nin Qran-pri seriyasından birinci mərhələsinin görüşləri başlayıb

Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində FIDE-nin Qran-pri seriyasından birinci mərhələsinin görüşləri başlayıb. Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir.Azərtac xəbər verir ki, 9 turdan ibarət yarışlar İsveçrə sistemi üzrə keçirilir. Qələbə uğrunda 12 ölkədən 18 şahmatçı mübarizə aparır.Azərbaycan nümayəndəsi iki turdan sonra 1,5 xal toplayıb. Birinci turda qara fiqurlarla oynayan Şəhriyar İspaniya təmsilçisi Fransisko Valyexo ilə heç-heçə oynayıb. Üçüncü turda şahmatçımız Fransa nümayəndəsi Maksim Vaşye-Laqrav ilə görüşür.İki turdan sonra turnir cədvəli belədir: Maksim Vaşye-Laqrav – 2 xal, Şəhriyar Məmmədyarov, Maykl Adams – hərəyə 1,5 xal, Levon Aronyan, Fransisko Valyexo, Aleksandr Qrişşuk, Din Lijen, Hikaru Nakamura, Yan Nepomnyaşşi, Riçard Rapport, Aleksandr Ryazantsev, Lüdviq Hammer, Xou İfan, Pavel Elyanov, Dmitri Yakovenko – hərəyə 1 xal, Li Çao, Yevgeni Tomaşevski – hərəyə 0,5 xal, Saleh Salem – 0.xeber100.com

Fevral 21, 2017 12:35

Para-cüdo yarışları mayın 13-15-də keçiriləcək

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında cüdo və para-cüdo yarışları mayın 13-15-də Heydər Əliyev adına Arenada keçiriləcək.Azərtac xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının meneceri Tural Piriyev deyib.O bildirib ki, cüdo yarışlarında qadınlar və kişilər 7, paralimpiyaçılar isə 3-4 çəki dərəcəsində yarışacaqlar. Cüdo üzrə yarışlara 32 ölkədən 255 idmançının qatılacağı gözlənilir. Martda Bakıda təşkil olunacaq “Böyük dəbilqə” beynəlxalq turnirində yerli və xarici idmançılar qüvvələrini sınayacaqlar.“Bakı-2017”də iştirak edəcək cüdoçuların mayın 10-dan ölkəmizə gələcəyini bildirən federasiya nümayəndəsi idmançılarımızın IV İslam Həmrəyliyi Oyunlarında böyük uğurlara imza atacağına əminliyini diqqətə çatdırıb.xeber100.com

Fevral 21, 2017 12:29
    Page 744 of 830« First«...102030...742743744745746...750760770...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az