05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Güləş Federasiyasının məlumatına görə…

Güləş yığmalarımız 2017-ci ilin təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirirlər. Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri fevralın 11-dən İstanbulda bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışındadır.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yığma komandanın baş məşqçisi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbov və Şaban Donatın rəhbərliyi altında yığma komandanın 20 üzvü İstanbulda hazırlıq keçir. Təlim-məşq toplanışında Azərbaycan və Türkiyə güləşçiləri ilə yanaşı, Qırğızıstan, Bolqarıstan, Gürcüstan və İsveç yığma komandasının üzvləri də iştirak edirlər.Birgə təlim-məşq toplanışı martın 3-dək davam edəcək. Ardınca yığma komandamızın üzvləri Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.xeber100.com

Fevral 22, 2017 10:44

FIDE-nin Qran-pri seriyasından birinci mərhələsinin görüşləri başlayıb

Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində FIDE-nin Qran-pri seriyasından birinci mərhələsinin görüşləri başlayıb. Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir.Azərtac xəbər verir ki, 9 turdan ibarət yarışlar İsveçrə sistemi üzrə keçirilir. Qələbə uğrunda 12 ölkədən 18 şahmatçı mübarizə aparır.Azərbaycan nümayəndəsi iki turdan sonra 1,5 xal toplayıb. Birinci turda qara fiqurlarla oynayan Şəhriyar İspaniya təmsilçisi Fransisko Valyexo ilə heç-heçə oynayıb. Üçüncü turda şahmatçımız Fransa nümayəndəsi Maksim Vaşye-Laqrav ilə görüşür.İki turdan sonra turnir cədvəli belədir: Maksim Vaşye-Laqrav – 2 xal, Şəhriyar Məmmədyarov, Maykl Adams – hərəyə 1,5 xal, Levon Aronyan, Fransisko Valyexo, Aleksandr Qrişşuk, Din Lijen, Hikaru Nakamura, Yan Nepomnyaşşi, Riçard Rapport, Aleksandr Ryazantsev, Lüdviq Hammer, Xou İfan, Pavel Elyanov, Dmitri Yakovenko – hərəyə 1 xal, Li Çao, Yevgeni Tomaşevski – hərəyə 0,5 xal, Saleh Salem – 0.xeber100.com

Fevral 21, 2017 12:35

Para-cüdo yarışları mayın 13-15-də keçiriləcək

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında cüdo və para-cüdo yarışları mayın 13-15-də Heydər Əliyev adına Arenada keçiriləcək.Azərtac xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının meneceri Tural Piriyev deyib.O bildirib ki, cüdo yarışlarında qadınlar və kişilər 7, paralimpiyaçılar isə 3-4 çəki dərəcəsində yarışacaqlar. Cüdo üzrə yarışlara 32 ölkədən 255 idmançının qatılacağı gözlənilir. Martda Bakıda təşkil olunacaq “Böyük dəbilqə” beynəlxalq turnirində yerli və xarici idmançılar qüvvələrini sınayacaqlar.“Bakı-2017”də iştirak edəcək cüdoçuların mayın 10-dan ölkəmizə gələcəyini bildirən federasiya nümayəndəsi idmançılarımızın IV İslam Həmrəyliyi Oyunlarında böyük uğurlara imza atacağına əminliyini diqqətə çatdırıb.xeber100.com

Fevral 21, 2017 12:29

Cüdo Federasiyasına seçkilər keçirilib

Fevralın 20-də Rumıniya Olimpiya Komitəsində bu ölkənin Cüdo Federasiyasına seçkilər keçirilib. Seçkilərdə federasiyanın sədri və beş vitse-prezident seçilib, strukturu müəyyənləşdirilib. Ölkə üzrə 143 cüdo klubunun təmsilçilərinin iştirak etdiyi tədbirdə Rumıniya Cüdo Federasiyasının sədri vəzifəsinə siyasi fəal Kozmin Quşa seçilib. SOCAR-ın Rumıniya törəmə şirkəti “Socar Petroleum SA”nın direktoru Həmzə Kərimov isə 143 mümkün səsdən 130-nu toplayaraq beş vitse-prezidentdən biri olub.xeber100.com

Fevral 21, 2017 12:25

UEFA final mərhələsi çərçivəsində iki oyun keçirəcək

Fevralın 21-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində iki oyun keçiriləcək.Azərtac xəbər verir ki, Almaniyanın “Bayer Leverkuzen” komandası “Atletiko Madrid” klubunu qəbul edəcək. Digər qarşılaşma isə İngiltərədə keçiriləcək. “Mançester Siti” doğma meydanda “Monako” ilə üz-üzə gələcək.Xatırladaq ki, UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində artıq dörd oyun keçirilib. Fevralın 14-də “Benfika” komandası “Borussiya Dordmund”u 1:0, “Pari-Sen-Jermen” klubu isə “Barselona”nı 4:0 hesabı ilə məğlub edib. Fevralın 15-də oynanılan daha iki görüşdə də ev sahibləri qalib gəliblər. “Bavariya” komandası “Arsenal”ı (5:1), “Real Madrid” isə “Napoli”ni (3:1) məğlubiyyətə uğradıb.Səkkizdəbir final mərhələsi çərçivəsində fevralın 22-də “Portu”-“Yuventus” və “Sevilya”-“Lester” görüşləri oynanılacaq.xeber100.com

Fevral 21, 2017 12:15

Çempionlar Liqasında V turun qarşılaşmalarına start veriləcək

Fevralın 21-də qadın voleybolçular arasında Çempionlar Liqasında V turun qarşılaşmalarına start veriləcək.Azərtac xəbər verir ki, Azərbaycan klublarından “Telekom” komandası Polşada “Ximik”in qonağı olacaq.Liqadakı digər komandamız “Azərreyl” isə fevralın 22-də İstanbulun “Fənərbağça” klubunu qəbul edəcək.xeber100.com

Fevral 21, 2017 11:52

Formula-1 Qran-prisi akkreditasiya prosesinə start verilib

Formula-1 Azərbaycan Qran-prisinə mətbuat nümayəndələrinin akkreditasiya prosesinə fevralın 20-də start verilib.Bu sözləri Azərtac-a müsahibəsində “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.N.Arpadarai bildirib ki, akkreditasiya prosesi ilə bağlı təşkil olunmuş tədbirdə media nümayəndələrinə qeydiyyat barədə ətraflı məlumat verilir. Həmçinin mətbuat nümayəndələrinə xüsusi media bələdçiləri paylanılıb.Akkreditasiya prosesinə martın 31-də yekun vurulacağını diqqətə çatdıran N.Arpadarai ötən mövsüm ilə müqayisədə builki yarışa qeydiyyat müddətinin daha uzun olduğunu deyib.xeber100.com

Fevral 20, 2017 10:32

Həndbol Federasiyasının məlumatına əsasən…

Həndbol üzrə respublika çempionatında birinci dövrəyə yekun vurulub.Azərtac Azərbaycan Həndbol Federasiyasına istinadla xəbər verir ki, ilk dövrənin sonuncu günündə iki matç baş tutub. Kişilər arasında oynanılan qarşılaşmalarda Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası “Nəsimi”yə 26:23, “Məhsul” klubu isə “Təhsil”ə 32:16 hesabı ilə qalib gəlib.İlk dövrənin nəticələrinə əsasən, qadın komandalar arasında “Azəryol” 6 xalla turnir cədvəlinə liderlik edir. “Nur” 4 xalla ikinci, “Qarabağ” 2 xalla üçüncüdür. Xal toplamayan “Gənclər Birliyi” sonuncu pillədə qərarlaşıb. Kişi həndbol komandalarından isə aktivində 6 xal olan “Məhsul” klubu turnir cədvəlinin birincisidir. “Təhsil” 4 xalla ikinci, 2 xala malik RİOEUGİM üçüncü pillədədir. Sonuncu yerdə qərarlaşan “Nəsimi” komandasının isə aktivində xal yoxdur.Həndbol üzrə ölkə çempionatının ikinci dövrəsinə martda start veriləcək.xeber100.com

Fevral 20, 2017 9:41

Türkiyə millisi dünya çempionatının seçmə mərhələsində…

Futbol üzrə Türkiyə millisi dünya çempionatının seçmə mərhələsində Kosovo ilə səfər oyununu neytral meydanda keçirəcək.Azərtac xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytında məlumat yerləşdirilib.Məlumatda bildirilir ki, yayda keçiriləcək qarşılaşma Albaniyada oynanılacaq. Buna səbəb isə Kosovoda UEFA-nın tələblərinə cavab verən stadionun olmamasıdır.Qeyd edək ki, Kosovo–Türkiyə oyunu iyunun 11-də keçiriləcək.xeber100.com

Fevral 20, 2017 9:29

Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçirilir

İspaniyanın Sevilya şəhərində eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçirilir.Azərtac AFFA-ya istinadla xəbər verir ki, turnirdə eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çempionatının qalibi “Ulduz” futzal komandası iştirak edir.Püşkün nəticəsinə görə, ilkin qrup mərhələsində təmsilçimizin rəqibləri İsveçin “Stokholm”, Fransanın “Reims” və Almaniyanın “Ausburg” komandaları olacaq.Təmsilçimiz fevralın 21-də “Stokholm” və “Ausburg”, fevralın 22-də isə “Reims” komandası ilə qarşılaşacaq.xeber100.com

Fevral 20, 2017 9:14
    Page 745 of 830« First«...102030...743744745746747...750760770...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az