05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Çempionlar Liqasının “Dördlər finalı”nı keçirəcək ölkə müəyyənləşib

Qadın voleybol komandaları arasında Çempionlar Liqasının “Dördlər finalı”nı keçirəcək ölkə müəyyənləşib.Azərtac xəbər verir ki, həlledici mərhələnin oyunları İtaliyada təşkil olunacaq.Bu dəfə “Dördlər finalı”nın təşkilatçılığını Bakının “Telekom” klubu ilə “A” qrupunda yer alan “Konegliano” öz üzərinə götürüb. Aprelin 22-23-də keçiriləcək matçlar Trevizo şəhərində oynanılacaq.Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycanın iki klubu - “Azərreyl” və “Telekom” mübarizə aparır. “Telekom”dan fərqli olaraq, “Azərreyl” növbəti mərhələyə adlamaq şansını davam etdirir.Qeyd edək ki, ötən mövsüm də İtaliya “Dördlər finalı”na ev sahibliyi etmişdi.xeber100.com

Fevral 17, 2017 11:11

Qılıncoynatma üzrə Azərbaycan birinciliyi sona yetib

Qılıncoynatma üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi sona yetib. Qılıncoynatma Federasiyasının zalında təşkil olunan yarışda 64 idmançı (36 oğlan, 28 qız) şpaqa və sablya növlərində bacarıqlarını nümayiş etdiriblər.Azərtac xəbər verir ki, “Neftçi İdman Klubu”nun təmsilçiləri də birincilikdə mübarizə aparıblar.Klubun sablyaçıları 2-si gümüş və 3-ü bürünc olmaqla yarışın 5 medalına yiyələniblər. Oğlanlar arasında Murad Hüseynov gümüş, Murad Əkbərov isə bürünc medala layiq görülüblər.Xanım sablyaçıların yarışında Ayla Muradzadə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sara Aydəmirova və Ləman Əhmədova isə ölkə birinciliyini üçüncü yerdə başa vurublar.xeber100.com

Fevral 17, 2017 11:07

“ABU-Arena”da ölkə çempionatı davam edir

“ABU-Arena”da qadınlar və kişilər arasında həndbol üzrə ölkə çempionatı davam edir.Azərtac xəbər verir ki, ilk yarış günündə birinci dövrənin 3 görüşü keçirilib. Qadınlar arasında keçirilən qarşılaşmalarda “Qarabağ” “Gənclər Birliyi”nə 34:20, “Azəryol” klubu “Nur” komandasına 24:21 hesabı ilə qalib gəlib. Kişilər arasında baş tutan yeganə matçda isə 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası “Təhsil” klubuna 21:27 hesabı ilə məğlub olub.Fevralın 17-də “Gənclər Birliyi”–“Nur”, “Azəryol”–“Qarabağ”, “Məhsul”-“Nəsimi” qarşılaşmaları keçiriləcək.Xatırladaq ki, həndbol üzrə ölkə çempionatının birinci dövrəsi fevralın 19-dək davam edəcək.xeber100.com

Fevral 17, 2017 11:03

“Fransa Open” beynəlxalq turniri başa çatıb

Fransanın Metz şəhərində gənclər arasında stolüstü tennis üzrə “Fransa Open” beynəlxalq turnirində şəxsi yarışlar başa çatıb.Azərtac xəbər verir ki, 27 ölkədən 205 idmançının iştirak etdiyi turnirdə Azərbaycan tennisçisi finalda yaponiyalı idmançı ilə qarşılaşıb. Görüşdə qalib gələn tennisçimiz qızıl medal qazanıb.Çempionat komanda yarışları ilə davam edir.xeber100.com

Fevral 17, 2017 10:58

Şahmat üzrə 3-cü turun oyunları keçirilib

İranın Məşhəd şəhərində şahmat üzrə VII Firdovsi Kuboku yarışlarının 3-cü turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, beynəlxalq yarışda 18 ölkədən 324 şahmatçı, o cümlədən 13 qrossmeyster iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. Yarışda Azərbaycanı beynəlxalq dərəcəli şahmat ustası Loğman Quliyev təmsil edir.Üç turdan sonra hərəyə 3 xal toplayan 32 oyunçu, o cümlədən Loğman Quliyev liderlik edirlər. Azərbaycan şahmatçısı növbə ilə yerli şahmatçılar Reza Abdollahisaber, Mehdi Binai Tavallayei və Hivi Şahroh üzərində qələbə qazanıb.xeber100.com

Fevral 16, 2017 11:00

Cüdo üzrə Avropa Kuboku yarışları keçiriləcək

Cüdo üzrə Azərbaycan yığması fevralın 18-19-da Romada Avropa Kuboku yarışlarında iştirak edəcək.Azərtac xəbər verir ki, İtaliyaya Oruc Vəlizadə, Mehman Sadiqov, Sahib Əsgərov (hər üçü 60 kiloqram çəki dərəcəsi), İlqar Muşkiyev, Telman Vəliyev, Emil Həsənov, İlkin Babazadə (hamısı 66 kq), Elvin Mustafayev, Zülfüqar Quliyev (hər ikisi 73 kq), Afiq Səfərli, Rüfət İsmayılov, Ziya Namazov (hər üçü 81 kq), Abdulhaqq Rəsullu, Tural Səfquliyev (hər ikisi 90 kq), Kənan Abdullaxanlı və Sənan Əhmədov (hər ikisi 100 kq) yola düşəcəklər.Yarışa 37 ölkədən 275 idmançı qatılacaq.xeber100.com

Fevral 16, 2017 10:58

Voleybolçular arasında növbəti oyunlar keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, Super Liqanın lideri “Telekom” komandası “Lokomativ”i 3:0 hesabı ilə məğlub edib.Çempionatın daha bir maraqlı oyunu isə “Azərreyl” ilə “Azəryol” voleybolçuları arasında olub. Görüşdə “Azərreyl” hər üç setdə qalib gələrək Super Liqada onuncu qələbəsini qazanıb.Hazırda Super Liqaya 29 xalla “Telekom” başçılıq edir. Xallarının sayını 23-ə çatdıran “Azərreyl” ikinci sıradakı yerini möhkəmləndirib. “Azəryol” isə 16 xalla üçüncü yerdə qərarlaşıb.xeber100.com

Fevral 16, 2017 10:53

Tennis üzrə beynəlxalq turnirə start verilib

Fevralın 15-də Fransanın Metz şəhərində yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnirə start verilib.Azərtac xəbər verir ki, fevralın 19-dək keçiriləcək “Fransa Open” turnirində Azərbaycanı 7 idmançı təmsil edir.Çempionatda 27 ölkədən 205 idmançı mübarizə aparır.xeber100.com

Fevral 16, 2017 10:50

Ağır Atletika Federasiyasının məlumatı

Ağır atletika üzrə yeniyetmə idmançıların biliklərinin artırılması istiqamətində “Zirvə” liseyində tədbirlər davam etdirilir.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildirilib ki, yığma komandanın həkimləri Fuad Qasımov və Rizvan Əkbərov Liseydə təhsil alan idmançı və şagirdlərə “İdmanda şəxsi gigiyenanın əhəmiyyəti” haqqında xüsusi dərs keçiblər. Dərsdə idmançıların şəxsi gigiyenaya diqqət yetirmələrinin vacibliyi qeyd edilib.Həkimlər bildiriblər ki, gigiyenaya diqqət etməməklə, idmançıların şəxsi nəticələrində geriləmə baş verir. Bu da onların yarışlarda yüksək nəticə əldə etmələrinə mənfi təsir göstərir.Liseydə təhsil alan atletlərin və onların məşqçilərinin sualları həkimlər tərəfindən ətraflı cavablandırılıb.Ağır atletika yığmasının mərkəzi bazası olan AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” liseyi humanitar və texniki fənlərlə yanaşı, həm də idman təmayüllüdür. Burada 42 idmançı təhsil alır.xeber100.com

Fevral 16, 2017 10:32

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə…

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə Milli Paralimpiya Komitəsinin paralimpiyaçı cüdoçuları 13 günlük Batumiyə təlim-məşq toplanışına yola düşüblər.Milli Paralimpiya Komitəsindən Azərtac-a bildiriblər ki, IV İslam Həmrəylik Oyunlarına cüdo və atletika olmaqla iki paralimpiya idman növü əlavə edilib. Ölkəmizi təmsil edəcək paralimpiyaçıların adları yaxın günlərdə açıqlanacaq.xeber100.com

Fevral 15, 2017 10:52
    Page 747 of 830« First«...102030...745746747748749...760770780...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az