“Grassroots” proqramı çərçivəsində təqdimat mərasimi keçirilib

Fevralın 8-də Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) “Grassroots” proqramı çərçivəsində təqdimat mərasimi keçirib. Mərasimdə IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirləri təqdim olunub.Azərtac xəbər verir ki, AİHOƏK-in korporativ direktoru E.Səfərov IV İslam Həmrəyliyi Oyunlarına 100 gündən az bir vaxt qaldığı dövrdə idmançı və ulduz səfirlərin ictimaiyyətə təqdim olunmasını əlamətdar hadisə kimi qiymətləndirib.Qeyd olunub ki, IV İslam Həmrəyliyi Oyunlarının sıralarına bu gündən etibarən ulduz və idmançı səfirlər qismində qatılacaq məşhurlarımız idmanın yeniyetmə və gənclər arasında daha da kütləviləşməsinə, ictimaiyyətin IV İslam Həmrəyliyi Oyunlarına marağının artırılmasına mühüm töhfə verəcəklər.“Grassroots” proqramı idmançı və ulduz səfirlər vasitəsilə ictimaiyyətə təqdim olunub. IV İslam Həmrəyliyi Oyunlarının səfiri olaraq seçilmiş ulduzlar və idmançılar Oyunların təbliğində fəallıq göstərəcək, gerisayım tədbirlərində iştirak edəcək, müxtəlif sosial kampaniyaları dəstəkləyəcək və özlərinin sosial media kanallarından istifadə edərək bu mühüm idman yarışının təbliğinə dəstək göstərəcəklər.AİHOƏK rəsmilərinin çıxışlarından sonra idmançı və ulduz səfirlər ictimaiyyətə təqdim edilib.xeber100.com          

Fevral 8, 2017 11:19