AFFA-nın inzibati binasında “UEFA GROW” əməkdaşlıq proqramı çərçivəsində kütləvi futbol mövzusunda növbəti seminar keçirilir.Azərtac xəbər verir ki, seminarda UEFA-nın baş marketinq meneceri Noel Mooney və kütləvi futbol üzrə mütəxəssislər Polli Fildes və James Houçen, AFFA-nın Texniki, Uşaq və Gənclər liqalarının təşkili, Qeydiyyat, Lisenziyalaşdırma, Beynəlxalq Əlaqələr, Könüllülük, Qadın liqalarının təşkili, Marketinq və sponsorluq departamentinin mütəxəssisləri və “Grassroots” əlaqələndiricisi iştirak edirlər.“UEFA GROW” əməkdaşlıq proqramı artıq 26 ölkədə tətbiq edilir və Azərbaycan proqramın pilot şəkildə tətbiq edildiyi ilk 6 ölkədən biridir. Əməkdaşlıq proqramı çərçivəsində kütləvi futbol, rəqəmsal, FRM və kommersiya sahələrində UEFA-nın mütəxəssisləri və müxtəlif beynəlxalq agentliklər tərəfindən dəstək göstərilir.Seminar bu gün yekunlaşacaq.xeber100.com