08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Avropa çempionatının təqvimi açıqlanıb

Sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının təqvimi açıqlanıb.Azərtac Avropa Voleybol Konfederasiyasına (CEV) istinadla xəbər verir ki, çempionata sentyabrın 22-də Bakıda Rusiya-Ukrayna oyunu ilə start veriləcək. Həmin gün paytaxtımızda Azərbaycan millisi Macarıstan yığmasını qəbul edəcək. “A” qrupunda yer alan millimiz növbəti oyununu sentyabrın 24-də Polşa, bir gün sonra isə Almaniya voleybolçularına qarşı keçirəcək.Çempionatın qrup mərhələsinin oyunları dörd gün ərzində baş tutacaq. Sentyabrın 26-27-də play-off mərhələsinin, 28-29-da dörddəbir, bir gün sonra isə yarımfinal mərhələsinin görüşləri təşkil olunacaq. Oktyabrın 1-də final qarşılaşması Bakıda Milli Gimnastika Arenasında oynanılacaq.xeber100.com

Yanvar 20, 2017 5:53

Taekvando Federasiyasının təşkilatçılığı ilə…

Taekvando Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən respublika birinciliyi davam edir.Azərtac xəbər verir ki, turnirin birinci günündə qızların yarışında 42 kiloqram çəki dərəcəsində birinci yeri Mirvari Qənbərli tutub. Oğlanların yarışında isə Bəhruz Quluzadə (45 kq), Əbülfət Zülfüqarov (55 kq) və Mehdi Tağıyev (78 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Yarışın ikinci günündə oğlanlar 48, 51, 63, 73 kiloqram, qızlar isə 44, 49, 68 və 68 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizəyə aparacaqlar.Turnirdə Bakıda və bölgələrdə fəaliyyət göstərən komandaların təmsilçiləri medallar uğrunda yarışırlar.xeber100.com

Yanvar 19, 2017 12:18

“Böyük dəbilqə” turnirinin heyəti açıqlanıb

Cüdo üzrə Azərbaycan millisi 2017-ci ilin ilk “Böyük dəbilqə” turnirinə 7 idmançı ilə yollanacaq.Azərtac xəbər verir ki, fevralın 11-12-də Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) tatamiyə çıxacaqlar.Yarışda, ümumilikdə 49 ölkədən 345 (215 kişi, 130 qadın) cüdoçu mübarizə aparacaq.xeber100.com

Yanvar 19, 2017 12:16

XV Xəzər kuboku beynəlxalq turniri keçiriləcək

Yanvarın 20-28-də İranın Rəşt şəhərində şahmat üzrə XV Xəzər kuboku beynəlxalq turniri keçiriləcək.Azərtac xəbər verir ki, yarışda ölkəmizi Qədir Hüseynov və Ülvi Bacarani təmsil edəcəklər.İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda 13 ölkədən 88 şahmatçı birincilik uğrunda mübarizə aparacaq.xeber100.com

Yanvar 19, 2017 12:06

Stolüstü tennisin 2015-2020-ci illərdə inkişaf planı…

Stolüstü Tennis Federasiyasının Ümumi Yığıncağında ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə edilib.Federasiyadan Azərtac-a bildiriblər ki, tədbirdə stolüstü tennisin 2015-2020-ci illərdə inkişaf planına müvafiq olaraq görülmüş və nəzərdə tutulan işlər ətraflı müzakirə edilib.İclasda Azərbaycanda stolüstü tennisin tarixində ilk dəfə ötən ilin fevralında Fransanın Metz şəhərində keçirilmiş turnirdə yeniyetmə oğlanlarımızın gümüş, iyulda Zaqrebdə gənclərin Avropa çempionatından idmançılarımızın 1 gümüş və 3 bürünc ilə qayıtmaları idmanın bu növünün ölkəmizdə uğurlu gələcəyindən xəbər verdiyi vurğulanıb.İclasda, həmçinin Federasiyanın qarşısında duran ən mühüm vəzifə - IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məsələləri də fəal müzakirə olunub.xeber100.com

Yanvar 19, 2017 12:02

“İnter” futbol klubu ikinci yoxlama oyununu keçirib

Antalyada təlim-məşq toplanışında olan Bakının “İnter” futbol klubu ikinci yoxlama oyununda gücünü sınayıb.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Rumıniyanın “Botoşani” komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.“İnter”in heyətində Mirsahib Abbasov fərqlənib.Qeyd edək ki, “İnter” ilk yoxlama oyununda Qazaxıstanın “Ordubaşı” komandası ilə üz-üzə gəlib və görüşdə hesab açılmayıb.xeber100.com

Yanvar 19, 2017 11:53

“Bavariya” futbol klubu müqavilə müddətini uzadacaq

Münxenin “Bavariya” futbol klubu yarımmüdafiəçisi Aryen Robbenlə müqavilə müddətini uzatmağa qərar verib.Azərtac Almaniya təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, 32 yaşlı hollandiyalı ilə yeni sazış 2018-ci il iyunun 30-dək qüvvədə olacaq. Klubun idarə heyətinin sədri Karl-Haynç Rummeniqe imzalanma mərasimindən sonra futbolçu haqda fikirlərini bölüşüb: “Robben öz mövqeyində dünyada ən yaxşı futbolçulardan biridir. Komandanın əsas üzvünə çevrilən A.Robben artıq səkkiz ildir “Bavariya”nın heyətində yer alır”.Hollandiyalı oyunçu 2009-cu ildən “Real”dan “Bavariya”ya transfer olunub. Almaniya çempionunun heyətində, ümumilikdə 219 oyun keçirən hollandiyalı 115 qolun sahibidir. Bundesliqanın cari mövsümdə 10 dəfə meydana çıxan Robbenin aktivində 5 qol və 4 məhsuldar ötürmə var.O, “Bavariya” ilə beş dəfə ölkə çempionu, dörd dəfə Almaniya kuboku, Superkubok, Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionu titulunu qazanıb.xeber100.com

Yanvar 18, 2017 1:34

Kütləvi futbol mövzusunda növbəti seminar keçirilir

AFFA-nın inzibati binasında “UEFA GROW” əməkdaşlıq proqramı çərçivəsində kütləvi futbol mövzusunda növbəti seminar keçirilir.Azərtac xəbər verir ki, seminarda UEFA-nın baş marketinq meneceri Noel Mooney və kütləvi futbol üzrə mütəxəssislər Polli Fildes və James Houçen, AFFA-nın Texniki, Uşaq və Gənclər liqalarının təşkili, Qeydiyyat, Lisenziyalaşdırma, Beynəlxalq Əlaqələr, Könüllülük, Qadın liqalarının təşkili, Marketinq və sponsorluq departamentinin mütəxəssisləri və “Grassroots” əlaqələndiricisi iştirak edirlər.“UEFA GROW” əməkdaşlıq proqramı artıq 26 ölkədə tətbiq edilir və Azərbaycan proqramın pilot şəkildə tətbiq edildiyi ilk 6 ölkədən biridir. Əməkdaşlıq proqramı çərçivəsində kütləvi futbol, rəqəmsal, FRM və kommersiya sahələrində UEFA-nın mütəxəssisləri və müxtəlif beynəlxalq agentliklər tərəfindən dəstək göstərilir.Seminar bu gün yekunlaşacaq.xeber100.com

Yanvar 18, 2017 1:22

“Neftçi” futbol klubu dördüncü yoxlama oyununu keçirib

Bakının “Neftçi” futbol klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində dördüncü yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Rusiyanın “Tosno” klubu ilə qarşılaşıb.“Bellis Deluxe” otelinin meydançasında keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.“Neftçi”nin qollarını Ramon Kardozo və Murad Ağayev vurublar.Bakı təmsilçisi daha əvvəl yerli “Sivasspor” komandası (0:0) ilə heç-heçə oynayıb, “Nasaf”a (Özbəkistan) 0:1 və “Kukesi”yə (Albaniya) 2:4 hesabı ilə məğlub olub.xeber100.com

Yanvar 18, 2017 1:13

Güləş Federasiyasının təşkilatçılığı ilə…

Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə növbəti Azərbaycan çempionatı keçirilib.Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının (AGF) təşkilatçılığı ilə keçirilən yarışda 18 yaşı tamam olan və yuxarı yaşlı idmançılar iştirak ediblər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyət, klub və təşkilatlarının, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan güləşçilər mübarizə aparıblar.Azərtac xəbər verir ki, Azərbaycan çempionatında Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları da mübarizə aparıblar. Yarışlara 18 idmançı ilə qatılan “hərbçilər”dən 10-u medal qazanıb. Olduqca yüksək nəticə əldə edən MOİK idmançıları həm sərbəst, həm də yunan-Roma güləşində medallar əldə ediblər.xeber100.com

Yanvar 18, 2017 12:36
    Page 761 of 831« First«...102030...759760761762763...770780790...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az