08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

XXIX ənənəvi beynəlxalq turnirdə qarşılaşma…

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması 9-12-ci yerlər uğrunda görüşdə Estoniya komandası ilə qarşılaşıb.Azərtac xəbər verir ki, Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun futbolçularımızın böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. Yığmamızın heyətində Pilağa Mehdiyev, Doğukan Öksüz və İbrahim Əliyev fərqləniblər.Yığmamız turnirdə növbəti oyununu yanvarın 20-də Belarus komandasına qarşı keçirəcək. Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.xeber100.com

Yanvar 18, 2017 12:28

Avropa çempionatının ilkin seçmə mərhələsində…

Futzal üzrə FIFA referisi Y.Nurullayev Avropa çempionatının ilkin seçmə mərhələsinin “A” qrupunda keçiriləcək oyunlara təyinat alıb.AFFA-dan Azərtac-a bildiriblər ki, Gürcüstan, Şotlandiya, İsveçrə və İsrail yığma komandalarının mübarizə aparacağı bu qrupun oyunları yanvarın 23-dən 28-dək Tbilisidə təşkil ediləcək.xeber100.com

Yanvar 17, 2017 10:35

İtaliya mətbuatının məlumatına görə…

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona məşqçilik karyerasını bərpa edir. Argentinalı idman ustası bir vaxtlar futbolçu kimi çıxış etdiyi İtaliyanın “Napoli” klubunun baş məşqçisi olacaq.Azərtac xəbər verir ki, bu barədə D.Maradona İtaliya mətbuatına açıqlamasında bildirib. O deyib: “Neapollularla aramda ata-oğul münasibəti var. Otuz illik fasilədən sonra bu şəhərə ilk dəfə gəldiyim günün həyəcanını yaşayıram. Məqsədim komandanı “Yuventus”, “Milan”, “İnter” və “Roma” kimi klublarla başabaş mübarizə apara biləcək güclü bir kluba çevirməkdir”.Qeyd edək ki, D.Maradona 1984-1991-ci illərdə “Napoli”də çıxış edib. Beş ildir ki, işsiz olan 56 yaşlı məşqçi son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” klubunu çalışdırıb.xeber100.com

Yanvar 17, 2017 10:30

Taekvando Federasiyasının təşkilatçılığı ilə…

Azərbaycan Taekvando Federasiyasının (ATF) təşkilatçılığı ilə “Sərhədçi” Olimpiya İdman Mərkəzində gənclər arasında respublika birinciliyi start götürüb.Azərtac xəbər verir ki, 2000-2002-ci il təvəllüdlü taekvandoçular arasında keçirilən yarışda 10 çəki dərəcəsində 300 oğlan və 65 qız mübarizə aparır.Yarışda Bakıda və bölgələrdə fəaliyyət göstərən komandalar təmsil olunurlar. Turnirin birinci günündə oğlanların yarışında 45, 55, 78, qızların mübarizəsində isə 42 kiloqram çəki dərəcələrində yarışlar keçirilir.xeber100.com

Yanvar 17, 2017 10:23

Qitələrarası hakimlik kursu start götürüb

Yanvarın 17-də Bakıda ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qitələrarası hakimlik kursu start götürüb.Azərtac xəbər verir ki, bədii gimnastika üzrə təşkil edilən kurslar yanvarın 21-dək davam edəcək.Tədbirin açılışında çıxış edən FIG-in birinci vitse-prezidenti Slava Korn kurs iştirakçılarını salamlayaraq, Azərbaycan Gimnastika Federasiyasının Təşkilat Komitəsini təqdim etdikdən sonra quruma tədbirin hazırlığına görə xüsusi minnətdarlığını ifadə edib: “Bu seminar status baxımından bütün Olimpiya mərhələsini əhatə edir. Yaxın 3 gündə hakimlər öz biliklərini nümayiş etdirməyə çalışmalıdırlar”.xeber100.com

Yanvar 17, 2017 10:18

Azərbaycan yığması yoxlama oyunu keçirib

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.AFFA-dan Azərtac-a bildiriblər ki, Almaniyanın “Egestorf” komandası ilə qarşılaşan yığmamız 2:4 hesabı ilə məğlub olub. Komandamızın qollarını Əli Nuri və Sertan Taşkın vurublar.xeber100.com

Yanvar 17, 2017 10:13

İspaniya La Liqasında 18-ci turun oyunları keçirilib

Yanvarın 15-də İspaniya La Liqasında 18-ci turun oyunları keçirilib.Azərtac xəbər verir ki, turun ən gərgin və maraqlı qarşılaşması “Sevilya” ilə Madridin “Real” klubları arasında oynanılıb. Bu görüşdə meydan sahibləri “Kral” klubuna 2:1 hesabı ilə qalib gələrək paytaxt təmsilçisinin 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyublar.Qeyd edək ki, “Kral” klubu sonuncu məğlubiyyətini ötən il aprelin 6-da Çempionlar Liqasının dörddəbir finalının ilk matçında səfərdə Almaniyanın “Volfsburq” klubu qarşısında almışdı (0:2).xeber100.com

Yanvar 16, 2017 11:01

“Neftçi” futbol klubu üçüncü yoxlama oyununu keçirib

Bakının “Neftçi” futbol klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Albaniyanın “Kukesi” klubu ilə qarşılaşıb.“Bellis Deluxe” otelinin meydançasında keçirilən görüşdə “Neftçi” komandası 2:4 hesabı ilə məğlub olub.“Neftçi”nin qollarını Zdenek Folprext və Cavid İmamverdiyev vurublar.Qeyd edək ki, Bakı təmsilçisi hazırlıq prosesi çərçivəsində yerli “Sivasspor” komandası ilə heç-heçə (0:0) oynayıb, Özbəkistanın “Nasaf” klubuna məğlub olub – 0:1.xeber100.com

Yanvar 16, 2017 10:58

Döyüş Növləri Assosiasiyalarının təşkilatçılığı ilə…

Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Muay-Tay və Alpaqut federasiyaları, Döyüş Növləri Assosiasiyalarının təşkilatçılığı ilə festival keçirilib.Azərtac xəbər verir ki, döyüş növləri üzrə festivalda Azərbaycan, Türkiyə, Rusiya, İran, İraq, Gürcüstan və Pakistandan 500-dək idmançı iştirak edib. Festival çərçivəsində idmançılar alpaqut, sərbəst döyüş, muay-tay və ciu-citsu üzrə yarışlarda 13 çəki dərəcəsində qüvvələrini sınayıblar.Uşaqlar, yeniyetmələr və gənclər arasında təşkil olunan festivalın qalibləri Suraxanı Rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılıb.xeber100.com

Yanvar 16, 2017 10:52

Voleybol Konfederasiyasından yeni təyinat…

Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.Azərtac xəbər verir ki, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev kişi voleybol komandaları arasında CEV kuboku yarışlarının onaltıdabir final mərhələsi çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Hapoel” (İsrail) görüşünün baş hakimi olacaq. Ona yunanıstanlı həmkarı Emmanuel Qeorqiadis kömək edəcək.Görüş yanvarın 18-də İstanbulda təşkil olunacaq.Komandalar arasında keçirilən ilk oyunda İstanbul təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.xeber100.com

Yanvar 16, 2017 10:48
    Page 762 of 831« First«...102030...760761762763764...770780790...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az