05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“İnter” futbol klubu ikinci yoxlama oyununu keçirib

Antalyada təlim-məşq toplanışında olan Bakının “İnter” futbol klubu ikinci yoxlama oyununda gücünü sınayıb.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Rumıniyanın “Botoşani” komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.“İnter”in heyətində Mirsahib Abbasov fərqlənib.Qeyd edək ki, “İnter” ilk yoxlama oyununda Qazaxıstanın “Ordubaşı” komandası ilə üz-üzə gəlib və görüşdə hesab açılmayıb.xeber100.com

Yanvar 19, 2017 11:53

“Bavariya” futbol klubu müqavilə müddətini uzadacaq

Münxenin “Bavariya” futbol klubu yarımmüdafiəçisi Aryen Robbenlə müqavilə müddətini uzatmağa qərar verib.Azərtac Almaniya təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, 32 yaşlı hollandiyalı ilə yeni sazış 2018-ci il iyunun 30-dək qüvvədə olacaq. Klubun idarə heyətinin sədri Karl-Haynç Rummeniqe imzalanma mərasimindən sonra futbolçu haqda fikirlərini bölüşüb: “Robben öz mövqeyində dünyada ən yaxşı futbolçulardan biridir. Komandanın əsas üzvünə çevrilən A.Robben artıq səkkiz ildir “Bavariya”nın heyətində yer alır”.Hollandiyalı oyunçu 2009-cu ildən “Real”dan “Bavariya”ya transfer olunub. Almaniya çempionunun heyətində, ümumilikdə 219 oyun keçirən hollandiyalı 115 qolun sahibidir. Bundesliqanın cari mövsümdə 10 dəfə meydana çıxan Robbenin aktivində 5 qol və 4 məhsuldar ötürmə var.O, “Bavariya” ilə beş dəfə ölkə çempionu, dörd dəfə Almaniya kuboku, Superkubok, Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionu titulunu qazanıb.xeber100.com

Yanvar 18, 2017 1:34

Kütləvi futbol mövzusunda növbəti seminar keçirilir

AFFA-nın inzibati binasında “UEFA GROW” əməkdaşlıq proqramı çərçivəsində kütləvi futbol mövzusunda növbəti seminar keçirilir.Azərtac xəbər verir ki, seminarda UEFA-nın baş marketinq meneceri Noel Mooney və kütləvi futbol üzrə mütəxəssislər Polli Fildes və James Houçen, AFFA-nın Texniki, Uşaq və Gənclər liqalarının təşkili, Qeydiyyat, Lisenziyalaşdırma, Beynəlxalq Əlaqələr, Könüllülük, Qadın liqalarının təşkili, Marketinq və sponsorluq departamentinin mütəxəssisləri və “Grassroots” əlaqələndiricisi iştirak edirlər.“UEFA GROW” əməkdaşlıq proqramı artıq 26 ölkədə tətbiq edilir və Azərbaycan proqramın pilot şəkildə tətbiq edildiyi ilk 6 ölkədən biridir. Əməkdaşlıq proqramı çərçivəsində kütləvi futbol, rəqəmsal, FRM və kommersiya sahələrində UEFA-nın mütəxəssisləri və müxtəlif beynəlxalq agentliklər tərəfindən dəstək göstərilir.Seminar bu gün yekunlaşacaq.xeber100.com

Yanvar 18, 2017 1:22

“Neftçi” futbol klubu dördüncü yoxlama oyununu keçirib

Bakının “Neftçi” futbol klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində dördüncü yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Rusiyanın “Tosno” klubu ilə qarşılaşıb.“Bellis Deluxe” otelinin meydançasında keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.“Neftçi”nin qollarını Ramon Kardozo və Murad Ağayev vurublar.Bakı təmsilçisi daha əvvəl yerli “Sivasspor” komandası (0:0) ilə heç-heçə oynayıb, “Nasaf”a (Özbəkistan) 0:1 və “Kukesi”yə (Albaniya) 2:4 hesabı ilə məğlub olub.xeber100.com

Yanvar 18, 2017 1:13

Güləş Federasiyasının təşkilatçılığı ilə…

Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə növbəti Azərbaycan çempionatı keçirilib.Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının (AGF) təşkilatçılığı ilə keçirilən yarışda 18 yaşı tamam olan və yuxarı yaşlı idmançılar iştirak ediblər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyət, klub və təşkilatlarının, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan güləşçilər mübarizə aparıblar.Azərtac xəbər verir ki, Azərbaycan çempionatında Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları da mübarizə aparıblar. Yarışlara 18 idmançı ilə qatılan “hərbçilər”dən 10-u medal qazanıb. Olduqca yüksək nəticə əldə edən MOİK idmançıları həm sərbəst, həm də yunan-Roma güləşində medallar əldə ediblər.xeber100.com

Yanvar 18, 2017 12:36

XXIX ənənəvi beynəlxalq turnirdə qarşılaşma…

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması 9-12-ci yerlər uğrunda görüşdə Estoniya komandası ilə qarşılaşıb.Azərtac xəbər verir ki, Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun futbolçularımızın böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. Yığmamızın heyətində Pilağa Mehdiyev, Doğukan Öksüz və İbrahim Əliyev fərqləniblər.Yığmamız turnirdə növbəti oyununu yanvarın 20-də Belarus komandasına qarşı keçirəcək. Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.xeber100.com

Yanvar 18, 2017 12:28

Avropa çempionatının ilkin seçmə mərhələsində…

Futzal üzrə FIFA referisi Y.Nurullayev Avropa çempionatının ilkin seçmə mərhələsinin “A” qrupunda keçiriləcək oyunlara təyinat alıb.AFFA-dan Azərtac-a bildiriblər ki, Gürcüstan, Şotlandiya, İsveçrə və İsrail yığma komandalarının mübarizə aparacağı bu qrupun oyunları yanvarın 23-dən 28-dək Tbilisidə təşkil ediləcək.xeber100.com

Yanvar 17, 2017 10:35

İtaliya mətbuatının məlumatına görə…

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona məşqçilik karyerasını bərpa edir. Argentinalı idman ustası bir vaxtlar futbolçu kimi çıxış etdiyi İtaliyanın “Napoli” klubunun baş məşqçisi olacaq.Azərtac xəbər verir ki, bu barədə D.Maradona İtaliya mətbuatına açıqlamasında bildirib. O deyib: “Neapollularla aramda ata-oğul münasibəti var. Otuz illik fasilədən sonra bu şəhərə ilk dəfə gəldiyim günün həyəcanını yaşayıram. Məqsədim komandanı “Yuventus”, “Milan”, “İnter” və “Roma” kimi klublarla başabaş mübarizə apara biləcək güclü bir kluba çevirməkdir”.Qeyd edək ki, D.Maradona 1984-1991-ci illərdə “Napoli”də çıxış edib. Beş ildir ki, işsiz olan 56 yaşlı məşqçi son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” klubunu çalışdırıb.xeber100.com

Yanvar 17, 2017 10:30

Taekvando Federasiyasının təşkilatçılığı ilə…

Azərbaycan Taekvando Federasiyasının (ATF) təşkilatçılığı ilə “Sərhədçi” Olimpiya İdman Mərkəzində gənclər arasında respublika birinciliyi start götürüb.Azərtac xəbər verir ki, 2000-2002-ci il təvəllüdlü taekvandoçular arasında keçirilən yarışda 10 çəki dərəcəsində 300 oğlan və 65 qız mübarizə aparır.Yarışda Bakıda və bölgələrdə fəaliyyət göstərən komandalar təmsil olunurlar. Turnirin birinci günündə oğlanların yarışında 45, 55, 78, qızların mübarizəsində isə 42 kiloqram çəki dərəcələrində yarışlar keçirilir.xeber100.com

Yanvar 17, 2017 10:23

Qitələrarası hakimlik kursu start götürüb

Yanvarın 17-də Bakıda ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qitələrarası hakimlik kursu start götürüb.Azərtac xəbər verir ki, bədii gimnastika üzrə təşkil edilən kurslar yanvarın 21-dək davam edəcək.Tədbirin açılışında çıxış edən FIG-in birinci vitse-prezidenti Slava Korn kurs iştirakçılarını salamlayaraq, Azərbaycan Gimnastika Federasiyasının Təşkilat Komitəsini təqdim etdikdən sonra quruma tədbirin hazırlığına görə xüsusi minnətdarlığını ifadə edib: “Bu seminar status baxımından bütün Olimpiya mərhələsini əhatə edir. Yaxın 3 gündə hakimlər öz biliklərini nümayiş etdirməyə çalışmalıdırlar”.xeber100.com

Yanvar 17, 2017 10:18
    Page 761 of 830« First«...102030...759760761762763...770780790...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az