05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Neftçi” futbol klubu ikinci yoxlama oyununu keçirib

Bakının “Neftçi” futbol klubu Antalya təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Özbəkistanın “Nasaf” klubu ilə qarşılaşıb.“Bellis Deluxe” otelinin meydançasında keçirilən görüşdə “Neftçi” komandası 0:1 hesabı ilə məğlub olub. Çoxsaylı hücumları boşa vermiş komandamız 82-ci dəqiqədə qapısında qol görüb.Qeyd edək ki, hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununda yerli “Sivasspor” komandası ilə qarşılaşan Bakı təmsilçisi meydandan qolsuz bərabərliklə ayrılmışdı.xeber100.com

Yanvar 12, 2017 11:44

Kəpəz” futbol klubu hazırlığa başlayıb

Gəncənin “Kəpəz” futbol klubu çempionatın ikinci yarısı üçün hazırlığa başlayıb.Klubdan Azərtac-a bildiriblər ki, futbolçu heyəti və məşqçilər korpusu Bakıda bir araya gəlib.“Sarı-göylər”in ilk məşqi Mərdəkanda dəniz kənarında olub. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan hazırlıq yüngül qaçışla davam edib.2017-ci ilin ilk məşqində legionerlərdən Tadas Simaitis və Serjio Kosta iştirak ediblər. Julien Ebah, Dario Frederiko və Renan Alves isə bu gün düşərgəyə qoşulacaqlar. Son üç futbolçunun gecikməsi Türkiyədəki qarlı hava şəraitinə görə İstanbula uçuşların ləğvi ilə bağlıdır.xeber100.com

Yanvar 12, 2017 11:25

Sərbəst güləş üzrə çempionat davam edir

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir.Azərtac xəbər verir ki, ikinci yarış günündə 86, 97 və 125 kiloqram çəki dərəcələrində 50 sərbəst, 59, 66 və 71 kiloqram çəkidə 114 yunan-Roma güləşçisi, ümumilikdə 164 pəhləvan öz aralarında ən güclüləri müəyyənləşdirir.Çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaqlar. Həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb olunacaq və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.xeber100.com

Yanvar 12, 2017 11:06

Media akkreditasiyası prosesinə start veriləcək

Yanvarın 16-dan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının media akkreditasiyası prosesinə start veriləcək.Azərtac “Bakı-2017”nin saytına istinadla xəbər verir ki, Oyunları işıqlandırmaq üçün təxminən 650 jurnalist, fotoqraf və rəsmi yayım hüququ olmayan televiziya şirkətlərinin nümayəndələrinin akkreditasiyadan keçməsi nəzərdə tutulur. Media nümayəndələri üçün yaradılan şərait və təklif olunan xidmətlərin təfərrüatları “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Media Bələdçisi kitabçasında qeyd olunacaq və mətbuat nümayəndələrinə paylanacaq.Qeydiyyatla bağlı müraciətlər martın 31-dək qəbul ediləcək. “Bakı-2017”ni işıqlandırmaq istəyən media nümayəndələri bu tarixdən gec olmayaraq akkreditasiya üçün müraciət etməlidirlər.xeber100.com  

Yanvar 12, 2017 11:00

Meqaçempionat keçirmək barədə qərar qəbul edilib

FIFA İcraiyyə Şurası dünya futbol tarixində ilk dəfə meqaçempionat keçirmək barədə qərar qəbul edib. İlk dəfə 2026-cı ildə keçiriləcək geniş tərkibli dünya çempionatında 48 yığma komanda iştirak edəcək. Çempionat hər birində 3 komanda olmaqla 16 qrupda təşkil olunacaq.Almaniya başda olmaqla bir sıra ölkələr hazırkı formatın dəyişdirilməsinə qarşı ciddi müqavimət göstərir. Lakin FIFA-nın yeni rəhbəri Cianni İnfantino öz vədlərindən birini yerinə yetirməyə nail oldu.xeber100.com

Yanvar 11, 2017 11:02

“Səbail” futbol klubu transfer çalışmalarına başlayıb

İkinci dövrənin hazırlıqlarını davam etdirən “Səbail” futbol klubu transfer çalışmalarına başlayıb.Azərtac xəbər verir ki, birinci divizion təmsilçisi heyətini iki oyunçu ilə gücləndirib.“Rəvan”ın müdafiəçisi Aslan Hüseynovun keçidini həll edən komanda 22 yaşlı futbolçu ilə birillik müqavilə imzalayıb. “Neftçala”nın da formasını geyinmiş A.Hüseynov, eyni zamanda dəfələrlə U-17 millimizin heyətində də çıxış edib.Aşağı dəstə təmsilçisinin ikinci transferi isə son mövsümü “Zaqatala”da keçirmiş Ruslan Tağızadə olub. İyirmi üç yaşlı sağ cinah müdafiəçisi ilə isə 1,5 illik anlaşmaya imza atılıb.U-17, U-19 və U-21 millilərimizin də şərəfini qorumuş Ruslan Tağızadə karyerası ərzində “Neftçi”, “Abşeron”, “Sumqayıt”, AZAL, “Qəbələ” və “Zaqatala”da çıxış edib.xeber100.com

Yanvar 11, 2017 10:58

“Marca” qəzeti yazır…

Ötən axşam “Barselona” futbolçularının FIFA-nın mükafatlandırma mərasiminə qatılmaması üzrxahlıqla nəticələnib.“Marca” qəzeti xəbər verir ki, Kataloniya təmsilçisinin kapitanı Andres İnyesta madridli futbolçulardan bunun üçün üzr istəməli olub. O, şəxsən “Real”ın futbolçularına zəng edərək özü və kollektivi adından qala-gecəyə gəlmədikləri üçün üzr istəyib. İnyesta onları inandırmağa çalışıb ki, “Barsa” futbolçuları bilərəkdən deyil, sadəcə rəhbərliyin qərarından kənara çıxa bilmədikləri üçün mərasimə qatıla bilməyiblər.FIFA Sürixdə keçirilən qala-mərasimə Lionel Messi, Luis Suares, Jerard Pike və İnyestanın özünü dəvət etmişdi. Onların arasında ancaq argentinalı Messi ilin ən yaxşı futbolçusu adına namizədlər arasında yer alıb. Digərləri FIFA versiyası üzrə rəmzi yığmaya daxil edilib. “Barselona” klub kimi həmin tədbirdə sadəcə rəhbərlik səviyyəsində təmsil olunub.xeber100.com

Yanvar 11, 2017 10:55

Güləş Federasiyasının birgə təşkilatçılığı ilə…

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı başlayıb.Azərtac xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının (AGF)  təşkilatçılığı ilə keçirilən yarışda 18 yaşı tamamlamış, 1998-ci il və yuxarı yaşlı idmançılar iştirak edirlər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparırlar.Yarışın ilk günündə 57, 61, 65, 70 və 74 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər birincilik uğrunda mübarizə aparırlar.Yanvarın 13-dək davam edəcək çempionatda çəki dərəcələri üzrə ilk 3 yeri tutan idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığmasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.xeber100.com

Yanvar 11, 2017 10:52

Milli komandaların məşqçilərinin adları açıqlanıb

Boks üzrə Azərbaycan milli komandalarının baş məşqçilərinin adları açıqlanıb.Federasiyadan Azərtac-a bildiriblər ki, kişilərdən ibarət əsas yığma komanda Leonid Layinskiyə tapşırılıb. Nəriman Abdullayev komandada böyük məşqçi funksiyasını davam etdirəcək.Gənclərdən ibarət yığma komanda Vaqif Şirinova həvalə edilib. Yeniyetmə boksçularımızı isə yenə Vaqif Kazımov çalışdıracaq.Qadınlardan ibarət milli komandamız sonuncu Avropa çempionatında olduğu kimi, Elbrus Rzayevin rəhbərliyi ilə hazırlıq keçəcək.xeber100.com

Yanvar 11, 2017 10:49

“Best FIFA Football Awards 2016” çərçivəsində…

FİFA-nın mənzil-qərargahının yerləşdiyi Sürix şəhərində “Best FIFA Football Awards 2016” çərçivəsində ötən il üçün planetin ən yaxşı futbolçusunun adı açıqlanıb.FİFA versiyası üzrə “2016-cı ilin ən yaxşı futbolçusu” adına əsas favoritlər sırasında “Real Madrid“ klubunun hücumçusu Kriştiano Ronaldo, “Barselona“ klubunun yarımmüdafiəçisi Lionel Messi və “Atletiko Madrid“ klubunun şərəfini qoruyan Antuan Qrizmannın adı öndə olub. Ötən il “Real Madrid“ klubu ilə Çempionlar Liqasını qazanan və futbol üzrə Avropa çempionu olan Kriştiano Ronaldo “2016-cı ilin ən yaxşı futbolçusu” adına layiq görülüb.xeber100.com

Yanvar 10, 2017 3:49
    Page 764 of 830« First«...102030...762763764765766...770780790...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az