05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə…

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə qol güləşi üzrə respublika kuboku yarışı keçirilib.Azərtac xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun əməkdaşı Rəşad Kəsəmənli 65 kiloqram çəki dərəcəsində sol qol üzrə yarışda birinci yeri tutub.Həm sağ, həm də sol qol üzrə birincilik uğrunda mübarizədə respublikamızın müxtəlif bölgələrindən 200-ə yaxın idmançı 11 çəki dərəcəsində gücünü sınayıb.xeber100.com

Dekabr 21, 2016 11:24

Voleybol komandaları arasında VI tura start verilib

Dekabrın 20-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqasında VI tura start verilib.Azərtac xəbər verir ki, turun ilk qarşılaşması Voleybol Mərkəzində “Azərreyl” və “Azəryol” komandaları arasında oynanılıb.Görüşün hər üç seti “Azərreyl”in xeyrinə yekunlaşıb - 25:22, 29:27, 25:20.Turun digər oyunu - “Lokomotiv”-“Telekom” isə dekabrın 28-də keçiriləcək.Hesabında 16 xal olan “Azərreyl” turnir cədvəlində birinci pilləyə yüksəlib. “Telekom” 15 xalla ikinci, “Azəryol” isə 10 xalla üçüncü yerdədir.xeber100.com

Dekabr 21, 2016 11:19

“Bakı Şəhər Halqası” xeyriyyə aksiyası keçirir

Dekabrın 20-də Formula-1 yarışının Azərbaycandakı promouteri - “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Fəvvarələr meydanında təşkil olunan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında ehtiyac içində olanlara dəstək vermək məqsədilə xeyriyyə guşəsi açıb.BŞH-dən Azərtac-a bildiriblər ki, şirniyyatlar, şallar, papaqlar, corablar və digər əl işlərinin satışa çıxarıldığı aksiyadan əldə olunan vəsait ağır xəstəlikdən əziyyət çəkən azyaşlıların müalicəsinə sərf olunacaq. Aksiya dekabrın 26-dək davam edəcək.xeber100.com

Dekabr 20, 2016 3:33

“Neftçi” futbol klubu təlim-məşq toplanışı keçəcək

“Neftçi” futbol klubu yanvarın 4-dən 21-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, hazırlıq prosesi çərçivəsində beş yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.“Flaqman”ın ilk rəqibi Türkiyənin I Liqa təmsilçisi "Sivasspor” komandası olacaq.Qarşılaşma yanvarın 8-də keçiriləcək.xeber100.com

Dekabr 20, 2016 12:06

FAIREX-in məlumatına görə…

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə keçirilən draytulinq üzrə ölkə çempionatına yekun vurulub.FAIREX-dən Azərtac-a bildiriblər ki, ölkə birinciliyinin keçirilməsində məqsəd ən güclü idmançıları müəyyən etmək və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək milli komanda formalaşdırmaqdır. Çempionatda iştirak üçün əvvəlcədən elan verilib, seçim müddətində daxil olan müraciətlər FAIREX-in dağ komissiyası tərəfindən araşdırılaraq qiymətləndirilib və yarışa qatılacaq şəxslər müəyyənləşdirilib.xeber100.com  

Dekabr 20, 2016 12:04

Tbilisidə növbəti yoldaşlıq oyunu keçirilib

Tbilisidə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə növbəti yoldaşlıq oyununu keçirib.Azərtac xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə yekunlaşıb. Qolu Rəvan Məmmədov vurub.Komandalar arasında təşkil olunan ilk oyunda yığmamız 2:3 hesabı ilə məğlub olmuşdu.xeber100.com

Dekabr 20, 2016 11:59

“Yuventus” klubu yeni müqavilə imzalayıb

İtaliyanın “Yuventus” klubu futbolçusu Leonardo Bonuççi ilə yeni müqavilə imzalayıb.Azərtac xəbər verir ki, 29 yaşlı italiyalı müdafiəçinin müqavilə müddəti 2021-ci il iyunun 30-dək uzadılıb. Yeni sözləşməyə əsasən, L.Bonuççi ilinə 4,5 milyon avro qazanacaq.Xatırladaq ki, İtaliya millisinin üzvü 2010-cu ildə B seriyasının “Bari” klubundan Turin təmsilçisinə transfer edilib.xeber100.com

Dekabr 20, 2016 11:55

Futbol turnirinin təqvimi məlum olub

Gələn ilin yanvarında Rusiyada keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi futbol turnirinin təqvimi məlum olub.Azərtac xəbər verir ki, Azərbaycanın U-17 millisi turnirdə ilk görüşünü yanvarın 9-da Litvaya qarşı keçirəcək. “C” qrupunda yer alan yığmamız yanvarın 11-də Qazaxıstan, iki gün sonra isə Slovakiya ilə üz-üzə gələcək.Turnirin dörddəbir final matçları yanvarın 16-da, yarımfinal görüşləri 18-də, final matçı isə 21-də keçiriləcək.xeber100.com

Dekabr 20, 2016 11:53

“İlin parlayan ulduz hakimi” mükafatının qalibi müəyyənləşib

Avropada ilin ən yaxşı hakimləri bəlli olub.Azərtac xəbər verir ki, UEFA-da beynəlxalq futbol hakimliyi sahəsində ixtisaslaşmış “The3rdTeam” bloqu tərəfindən aparılan seçimlərdə ingiltərəli Mark Klattenburq 110 xalla qitənin ən yaxşısı adına layiq örülüb.Polşalı Şimon Marçinyak 86 xalla ikinci, 70 xal toplayan sloveniyalı Damir Skomina isə üçüncü yeri tutub.Bu ildən etibarən hakimlərlə bağlı yeni mükafat da təsis olunub. 2016-cı il ərzində ən böyük inkişafa nail olan Avropa referisi üçün müəyyənləşdirilən “İlin parlayan ulduz hakimi” mükafatının da qalibi açıqlanıb. Azərbaycan hakimi Əliyar Ağayev bu mükafatın qalibi olub. İyirmi doqquz yaşlı hakim 2016-cı ildəki irəliləyiş üçün bu ada layiq görülüb. O, son bir ildəki inkişafına görə, Avropada ən yaxşı hesab edilib.xeber100.com

Dekabr 19, 2016 11:47

“Espanyol”la oyunda (4:1) fərqlənməklə…

İspaniyanın “Barselona” futbol klubunun argentinalı forvardı Lionel Messi ölkə çempionatının 16-cı turunda “Espanyol”la oyunda (4:1) fərqlənməklə ilin ən yaxşı bombardiri olub.Azərtac xəbər verir ki, 90-cı dəqiqədə komandasının dördüncü qolunu vuran argentinalı cari ildə 51-ci dəfə rəqibləri məyus edib. Beləliklə də Messi “Top-5” liqalarında çıxış edən futbolçular arasında bütün turnirlərdə vurulan qollara görə birinci olub.2016-cı ildə İspaniya La Liqasında isə “Barselona”nın digər üzvü Luis Suares ən məhsuldar futbolçu olub. Uruqvaylı hücumçu Premyer Liqada 12 dəfə fərqlənib.xeber100.com

Dekabr 19, 2016 11:44
    Page 773 of 830« First«...102030...771772773774775...780790800...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az