“Caspian Agro 2018” sərgisi keçiriləcək

Mayın 16-dan 18-dək Bakı Ekspo Mərkəzində kənd təsərrüfatı və qida məhsullarının nəhəng regional forumu – XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” sərgisi keçiriləcək.Bu barədə Azərtac-a sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətindən açıqlama verilib.Məlumata əsasən, sərgi aqrar sektorun ən müxtəlif sahələrini təmsil edən şirkətlər üçün nəzərdə tutulmuş kənd təsərrüfatı texnikasının, habelə avadanlıq və texnoloji həll variantlarının tematik nümayişini təmin edən ən iri regional platforma statusunu bir daha təsdiq edəcək.Həmçinin tərəvəzçilik, sənaye təyinatlı bağçılıq və üzümçülük sahələri üçün müasir kənd təsərrüfatı texnologiyalarını təqdim edən bu sərgi layihəsinin məqsədi meyvə-tərəvəz biznesinin sahə və bağlardan tutmuş istehlakçılara qədər bütün prosesi çərçivəsində həm yerli, həm də qlobal müstəvidə mövcud olan ən yaxşı məhsul və xidmətləri nümayiş etdirməkdir.Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Caspian Agro” sərgisinə yaxından dəstək göstərir. Həmçinin sərgi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.Bu il “Caspian Agro 2018” sərgisində Azərbaycan, Almaniya, ABŞ, Belarus, Çin, Gürcüstan, Niderland, İtaliya, İspaniya, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçı və distribütorları iştirak edəcəklər. İlk dəfə sərgidə Vyetnamın da məhsulları nümayiş olunacaq.xeber100.com

Mart 14, 2018 3:03

Azərbaycan-Hindistan məhsullarının sərgisi açılıb

Martın 13-də “Amay” Ticarət Mərkəzində Hindistanın PHD Ticarət və Sənaye Palatasının (PHDCCI) eksklüziv Hindistan məhsullarının nümayişi və sərgisi açılıb.Azərtac xəbər verir ki, Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana jurnalistlərə müsahibəsində bildirib ki, PHD Ticarət və Sənaye Palatası Azərbaycanda yeni partnyorlar axtarışındadır.Səfir qeyd edib ki, “Hindistanın Ən Yaxşıları – Eksklüziv Hindistan Məhsulları” sərgisində 95 şirkət müxtəlif məhsullar təqdim edirlər. Bu məhsullara elektrik və elektronik məhsullar, velosiped, düyü, çay, ədviyyat, qablaşdırma, əczaçılıq, hədiyyə və əl işləri, dəftərxana ləvazimatları, ev mebelləri, tekstil və geyim, zərgərlik məhsulları, kosmetika daxildir.“Azərbaycan və Hindistan arasında iqtisadi və ticarət əlaqələrinin, biznes əməkdaşlığının genişləndirilməsi və daha da möhkəmləndirilməsi məqsədilə Hindistan-Azərbaycan biznes-forumu çərçivəsində PHD Ticarət Palatası ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası və Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında Anlaşma Memorandumu imzalanacaq”, - deyə Sanjay Rana söyləyib.Xatırladaq ki, bu tədbirlər Hindistan Hökumətinin Ticarət və Sənaye Nazirliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının və Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Azərbaycan və Hindistan arasında ikitərəfli biznes əməkdaşlığı çərçivəsində keçirilir.Sərgi martın 16-dək davam edəcək.xeber100.com

Mart 13, 2018 3:41

“Azərişıq” ASC ehtiyat tədbirlərini gücləndirəcək

Novruz bayram günlərində istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.“Azərişıq” ASC Novruz bayramı günlərində ehtiyat tədbirlərini gücləndirəcək. Bayram və qeyri-iş günlərində enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə Bakı şəhərində və regionlarda təşkilatı və texniki tədbirlər görülüb. Eyni zamanda, martın 20-dən 27-dək “Azərişıq” ASC-nin Mərkəzi Aparatı və Rayon Enerji Təchizatı və Satışı idarələri üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib.ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bayram günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Bayram tədbirlərinin keçirildiyi günlərdə Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək, zəruri mal-materialların ehtiyatı yaradılacaq.Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılacaq.xeber100.com

Mart 13, 2018 3:29

“Bakcell” şirkəti əmək yarmarkasına qatılıb

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” Qərbi Kaspi Universitetinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib.Şirkətdən Azərtac-a bildirilib ki, özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən “Bakcell” şirkəti Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır. Bu fəaliyyətin davamı olaraq “Bakcell” martın 10-da Qərbi Kaspi Universitetinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib. Müxtəlif sahələri təmsil edən 50-dən artıq nüfuzlu şirkətin qatıldığı əmək yarmarkasında universitetin tələbə və məzunlarına “Bakcell” şirkətinin satış və marketinq departamentlərində mövcud vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Həmçinin gənclər “Bakcell” şirkətinin öz müştərilərinə və xidmətlərinə innovativ yanaşma üsulları barədə geniş məlumatla tanış olublar. Karyera sərgisindəki “Bakcell” stendi iştirakçıların böyük marağına səbəb olub.Qeyd edək ki, “Bakcell” və Qərbi Kaspi Universiteti arasında 2017-ci il dekabrın 14-də Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə töhfə verəcək.“Bakcell” şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərir və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verir.xeber100.com

Mart 12, 2018 3:29