İqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Hindistanın maliyyə naziri Arun Jaitley Nyu-Dehli şəhərində Azərbaycanın maliyyə naziri Samir Şərifovla görüşüb.Hindistanın Azərbaycandakı səfirliyindən Azərtac-a bildiriblər ki, nazirlər iki ölkə arasında əməkdaşlığın, xüsusilə də ticarət və investisiya, ticarət və biznes nümayəndə heyətlərinin mübadiləsinin genişləndirilməsi yollarını müzakirə ediblər. Tərəflər, həmçinin üzərində danışıqlar aparılan ikitərəfli sazişlər, ikitərəfli investisiya Sazişi və ikiqat vergitutmanın aradan qaldırılması Sazişi ilə bağlı da müzakirələr aparıblar.Görüşdə bildirilib ki, Hindistan ilə Azərbaycan arasında tarixi əlaqələrə əsaslanan yaxın dostluq münasibətləri və inkişaf edən ikitərəfli əməkdaşlıq mövcuddur. Hindistanın “ONGC Videsh” şirkəti Azərbaycanın neft-qaz sektorunda paya malik tərəfdaşdır. 2017-ci ildə Hindistanın Azərbaycana ixracı 60 faizdən çox artıb. Hindistan və Azərbaycan arasında ümumi ikitərəfli ticarət 460 milyon ABŞ dollarına çatıb. Azərbaycanlı peşəkarlara və tələbələrə Hindistanın müəssisələrində xərclərin tam qarşılandığı təlim proqramları təklif edən Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq Proqramı (ITEC) üzrə Hindistan və Azərbaycan arasında bilik və bacarıqların artırılması sahəsində inkişaf edən əməkdaşlıq mövcuddur.xeber100.com

Fevral 23, 2018 4:09

“Azərsu” ASC-nin məlumatı əsasında…

Babək prospektində su xətlərinin çəkilişinin may ayında başa çatması planlaşdırılır.“Azərsu” ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, ASC Bakı sakinlərinin içməli su təminatının daha da yaxşılaşdırılması, fasiləsiz su təchizatı rejiminin təmin olunması istiqamətində layihələrin icrasını davam etdirir. Paytaxtın əsas magistral yollarından sayılan Babək prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində ərazidən keçən mövcud magistral su xətləri yenilənir.Babək prospektində icra olunan layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması üzrə Master Plan çərçivəsində həyata keçirilir. Layihəyə əsasən, Babək prospekti boyunca 1000 və 800 millimetr polad borularla 7 kilometr uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 kilometr uzunluğunda paylayıcı kəmərlər çəkilir. Bu kəmərlərdən ətraf küçələrə çıxışlar veriləcək, bütün evlər və obyektlər yeni şəbəkəyə qoşulacaq.Layihə çərçivəsində +41 Şərq anbarında əsaslı yenidən qurma işləri görüləcək. Su ehtiyatlarının optimal idarə edilməsi məqsədilə + 41 Şərq anbarı ilə + 82 Şərq su anbarını əlaqələndirən 700 millimetr diametrli yeni magistral xəttin inşası da nəzərdə tutulur. Prospektdə görüləcək işlər çərçivəsində yolu bir neçə yerdə kəsib keçən mövcud xətlər ləğv ediləcək və onların yeni tikilən kəmərlərə qoşulması təmin ediləcək.Babək prospekti boyunca istismar müddətini başa vurmuş və tez-tez qəzaların baş verdiyi 2 çuqun və 1 polad magistral su xəttinin fəaliyyəti dayandırılacaq. Prospekt boyunca qurulacaq yeni sistem Bakı buxtasının şimal və şərq hissəsində böyük bir ərazini, eyni zamanda, yeni salınan “Ağ şəhər”də və ona yaxın ərazilərdə əhalinin dayanıqlı və fasiləsiz su təchizatına, eləcə də istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq.Prospektdə nəqliyyatın intensiv hərəkəti nəzərə alınaraq hazırda 5 nöqtədə tikinti-quraşdırma işləri davam etdirilir. İndiyə qədər 5 kilometrdən çox boru qaynaq edilərək torpağa basdırılıb. Su xətlərinin çəkilişinin cari ilin may ayında başa çatdırılması planlaşdırılır.xeber100.com

Fevral 23, 2018 4:04