Bakı Nəqliyyat Agentliyinin məlumatı əsasında…

52 nömrəli marşrut xətti ilə hərəkət edən avtobuslar "BakıKart" sisteminə keçib.Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.Bildirilib ki, müntəzəm marşrut xətləri üzrə gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə görülən işlər nəticəsində daha bir müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsilə həyata keçiriləcək. Belə ki, fevralın 17-dən 52 nömrəli müntəzəm marşrut xəttindən (Binəqədi rayonu, M.Kazımovski küçəsi-Səbail rayonu, Ə.Cavad küçəsi) istifadə edən sərnişinlər gediş haqqını “BakıKart” vasitəsilə ödəyəcəklər. Nağdsız ödəniş sisteminə keçidlə əlaqədar 52 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC tərəfindən avtobuslarda xüsusi kart oxuma cihazları quraşdırılıb.52 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə edən sərnişinlərin “BakıKart” əldə etməsi, eyni zamanda, balanslarını rahat şəkildə artıra bilməsi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri işlərin görülməsi təmin edilib.Məlumat üçün bildirək ki, hazırda paytaxtda 21 marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada “BakıKart” vasitəsilə həyata keçirilir.xeber100.com

Fevral 14, 2018 2:43

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankerinin təmiri başa çatıb.“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb.Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi təmizlənərək rənglənib. Yük anbarlarında və ballast çənlərində gövdə-qaynaq işləri görülüb. Boru işləri yerinə yetirilib.Eyni zamanda, köməkçi mühərriklər təmir olunub, yeni nasoslar quraşdırılıb. Gəmidə elektrik avadanlıqları tamamilə sazlanıb.Gəmi təmirçiləri xidməti və yaşayış otaqlarının da heyətin ürəyincə olması üçün əllərindən gələni əsirgəməyiblər.Xatırladaq ki, “Prezident Heydər Əliyev” gəmisi “AXDG” QSC-nin nəqliyyat donanmasına məxsus ən nəhəng tankerlərdən biridir. Uzunluğu 149,9 metr, eni 17,3 metr olan tankerin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur. Gəmi maye yüklərin daşınmasında istismar edilir.“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Hazırda gəmiqayırmanın yeni nailiyyətləri əsasında “Bakı Gəmiqayırma Zavodu” MMC-də AXDG üçün iki yeni tanker tikilir.xeber100.com

Fevral 14, 2018 2:30