Dövlət Gömrük Komitəsinin məlumatı

Bakıda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının assambleyası və konfransı keçiriləcək.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, fevralın 1-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev DHL şirkətinin məhsul və əməliyyatlar üzrə vitse-prezidenti Zoltan Reszekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. A.Əliyev bildirib ki, Azərbaycanda gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, elektron xidmətlərinin sayının artırılması, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması istiqamətində məqsədyönlü işlər görülüb.Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verildiyini, Azərbaycan Gömrük Xidmətinin ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması naminə biznes subyektləri ilə hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu vurğulayan DGK sədri DHL Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığın buna əyani misal olduğunu söyləyib. Görüşdən sonra qonaqlar Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsində gömrük xidmətinin müasirləşdirilməsi ilə bağlı layihələrlə tanış olublar.xeber100.com

Fevral 1, 2018 3:03

Mərkəzi Bank yeni layihəyə start verib

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə yeni bir layihəyə - "Ani ödənişlər sistemi"nin yaradılmasına start verib.Mərkəzi Bankdan Azərtac-a bildiriblər ki, AMB ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində tədbirlərini davam etdirir.Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində hədəflər müəyyənləşdirilmiş və bu hədəflər üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı əsas icraçı təyin edilib. Verilmiş tapşırığın icrası məqsədilə həyata keçirilməsinə qərar verilmiş əsas tədbirlərdən biri də ölkədə "Ani ödənişlər sistemi"nin yaradılmasıdır. Bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılması göstərir ki, hazırda dünyanın qabaqcıl ölkələrində ödənişlərin 24/7/365 rejimində həyata keçirilməsi üçün "Instant Payment System" və ya "Fast Payment System" adları altında hesablaşma əməliyyatlarının vəsaiti ödəyənlə, vəsaiti alan arasında 5-10 saniyə ərzində tam başa çatdırılmasını təmin edən ani ödəniş sistemləri fəaliyyət göstərməkdədir. Belə ki, bir çox ölkələrdə (məsələn İngiltərə, Danimarka, Finlandiya, Norveç, İsveç, İsveçrə, Polşa, Koreya Respublikası, Hindistan, Sinqapur və s.) artıq bu tipli sistemlər real rejimdə tətbiq edilib, digər ölkələrdə isə tətbiqi üzrə hazırlıq işləri aparılır.xeber100.com

Fevral 1, 2018 2:57

“Kapital Bank”ın yeni filialı istifadəyə verilib

"Kapital Bank" filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində "Füzuli" filialının yenilənmiş ofisini istifadəyə verib.Bankdan Azərtac-a bildiriblər ki, yeni konsepsiya əsasında təmir edilən filial Horadiz şəhəri, 20 Yanvar küçəsi, 12 ünvanında yerləşir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.Açılış mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin və "Kapital Bank"ın baş ofisinin əməkdaşları, dövlət rəsmiləri, ictimai xadimlər və digər qonaqlar iştirak edib. "Kapital Bank"ın yeni konsepsiya əsasında təmir edilən "Füzuli" filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2015-ci ildən başlayan transformasiya layihəsi çərçivəsində paytaxt Bakıda və regionlarda 30 filial yenilənərək, müştərilərin ixtiyarına verilib. Bundan başqa həmin dövr ərzində 8 yeni struktur bölmə açılıb. Bankın yenilənmiş və yeni açılan filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. 2018-ci ildə də daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.xeber100.com

Yanvar 30, 2018 2:19