“Bakcell” şirkəti xüsusi smartfon kampaniyasına başlayıb

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti korporativ abunəçilər üçün xüsusi smartfon kampaniyasına başlayıb.Şirkətdən Azərtac-a bildirilib ki, yeni korporativ müştəriləri “Bakcell biznes” ailəsində səmimiyyətlə qarşılamaq və mövcud korporativ müştəriləri əlavə imtiyazlarla təmin etmək məqsədilə “Bakcell” onlara ən son model smartfonları hissə-hissə ödənişlə əldə etmək fürsəti verir. Belə ki, korporativ müştərilər ayda cəmi 79 manatdan başlayan (smartfonun modelindən asılı olaraq) qiymətlərlə “Bakcell”dən ən son model “Apple” (iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus və iPhone X) və “Samsung” (Galaxy S8, Galaxy S8 Plus və Galaxy Note 8) smartfonlarına sahib ola bilərlər. Smartfonların dəyərini müştərinin seçimindən asılı olaraq 12, 18 və 24 ay ərzində ödəmək mümkündür. Bunun üçün heç bir ilkin ödəniş tələb olunmur və aylıq ödənişin məbləği cihazin modeli və hissə-hissə ödənişin müddətindən asılıdır. Üstəlik, ən son model cihazları əldə etmiş korporativ abunəçilərə “Bakcell”dən şəbəkədaxili zənglər üçün 3000 dəqiqə, şəbəkəxarici zənglər üçün 1000 dəqiqə, 5 giqabayt internet və hətta beynəlxalq zənglər üçün 10 dəqiqədən ibarət xüsusi aylıq paket təqdim olunur. Bundan əlavə, bu misilsiz fürsətdən yararlanan abunəçilər “WhatsApp” əlavəsindən pulsuz istifadə edəcəklər.xeber100.com

Yanvar 26, 2018 10:31

“Ukrinform” agentliyinin məlumatı əsasında…

Martın ortalarında Kiyevdə Azərbaycan Ticarət Evinin açılması gözlənilir.Azərtac xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev "Ukrinform" agentliyinə müsahibəsində bildirib.Səfir qeyd edib ki, Azərbaycan və Ukrayna bu il ticarət dövriyyəsini 1 milyard ABŞ dollarınadək artırmaq niyyətindədir. Bu məqsədlə martın ortalarında Kiyevdə Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır. Ticarətin Evinin binası Kiyevin mərkəzində yerləşir və müvafiq təmir işləri aparılır. Ticarət Evində Azərbaycan istehsalı olan məhsulların sərgisi təşkil olunacaq və satışı həyata keçiriləcək. Eyni zamanda, biz bazarın təhlilini aparmağı, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirməyi və Azərbaycan şirkətləri üçün hüquqi əsası təmin etməyi planlaşdırırıq. Ümumiyyətlə, burada həm özəl, həm də dövlət sektorunda bütün Azərbaycan biznesinin əlaqələndirilməsi aparılacaq. Düşünürəm ki, bu, bizim yeni investorlar üçün də yaxşı platforma olacaq, burada kiçik, orta və böyük həcmli investisiya layihələri müzakirə olunacaq və qərarlar qəbul ediləcək."Əminəm ki, bu, nəinki Azərbaycan biznesi, Ukrayna biznesinin inkişafı üçün də yaxşı platforma olacaq. Ukraynanın bir çox maraqlı məhsulları və layihələri var ki, Mərkəzi Asiya və İran bazarlarına idxal və ixracına ehtiyacı var. Lakin bu, bir sıra səbəblər üzündən mümkün deyil. Düşünürəm ki, Azərbaycan və yeni açılmış Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə bu imkanların həyata keçirilməsi mümkündür", - deyə diplomat qeyd edib.xeber100.com

Yanvar 25, 2018 3:43