“Azərenerji” ASC-də xüsusi növbətçilik rejiminə keçilib

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində “Azərenerji” ASC-də xüsusi növbətçilik rejiminə keçilib və hazırlıq səviyyəsi gücləndirilib. İstehlakçıların yaxın günlərdə elektrik enerjisi ilə təmin edilməsində fasilələr gözlənilmir. Bu istiqamətdə, görülən işlər və qabaqlayıcı tədbirlər bunu deməyə əsas verir.Bu barədə Azərtac-a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib.Bildirilib ki, son illər Azərbaycan elektrik enerjisi sisteminin mövcud infrastrukturunun müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi nəticəsində bu sahənin dayanıqlılığı daha da möhkəmlənib və müxtəlif vəziyyətlərə hazırlıq səviyyəsi yüksəlib.Bu yaxınlarda ASC-də “Enerji müəssisələrinin 2017/2018-ci ilin payız-qış mövsümünə hazırlığı haqqında” əmrin yerinə yetirilməsinin müzakirəsi, qiymətləndirilməsi və “Hazırlıq Pasportu”nun verilməsi prosesi həyata keçirilib. Məhz məqsədyönlü tədbirlər nəticəsində enerji sisteminin dayanıqlılığı yoxlanılıb və xidmət keyfiyyəti bir daha nəzərdən keçirilib. Bütün bunlar, ilin sonunda, qış fəslində və əlamətdar günlərdə “Azərenerji” ASC-nin elektrik enerjisinin fasiləsiz və təhlükəsiz təmin olunması funksiyasının öhdəsindən gəlməsinə şübhə doğurmur.Hazırda enerji sistemi dispetçer qrafikinə uyğun işləyir. Dəyişən mövsüm, hava şəraiti, küləyin sürətinin artması nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb. Belə vaxtlarda, qeyri-iş günlərində istehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumlarında hər hansı ciddi səbəb olmadan problemin yaranması gözlənilmir.xeber100.com

Dekabr 29, 2017 3:26

“Global Energy Solutions” fəaliyyətə başlayıb

Azərbaycanda fəaliyyət göstərən, neft-qaz, enerji, su, kimya sənayelərinə kompleks texniki xidmətlər sahəsində aparıcı təchizatçılardan biri “Global Energy Solutions” (“Glensol”) şirkəti bu ay Qazaxıstana öz biznesini genişləndirərək ölkənin neft-qaz sənayesinin mərkəzi olan Aktau şəhərində yeni ofis və xidmət mərkəzini açıb.Şirkətdən Azərtac-a bildirilib ki, yeni xidmət mərkəzi ofis və anbar daxil olmaqla ümumilikdə 2000 kvadratmetr sahəni əhatə edir. Aktaudakı müəssisə şirkətə bölgədəki müştərilərə yüksək səviyyədə texniki xidmətlər göstərməyə və Qazaxıstanın neft-qaz bazarında fəaliyyətini genişlənməyə imkan verəcək.“Aktauda yeni ofis və xidmət mərkəzinin açılışı inkişafımızın yeni bir mərhələsi olaraq “Glensol” şirkətinin yerli və beynəlxalq səviyyədə artan imkanlarını və təcrübəsini nümayiş etdirir. Aktau şəhərinin strateji mövqeyindən faydalanaraq Qazaxıstanda fəaliyyətimizin genişlənməsini gözləyirik”, - deyə şirkətin baş direktoru Tamerlan Əliyev bildirib.2012-ci ildə “Nobel Oil Services” şirkətinin törəməsi kimi yaradılan “Glensol” neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşıb. “Glensol” avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, BP və digər böyük şirkətlər onun müştəriləri sırasındadır.xeber100.com

Dekabr 28, 2017 2:29