“Moody’s” beynəlxalq reytinq agentliyinin məlumatı

Bu il neftin qiyməti 40-60 dollar/barrel arasında dəyişəcək.Azərtac xəbər verir ki, bu barədə “Moody's” beynəlxalq reytinq agentliyi məlumat yayıb.“Moody's”ə görə, bu il qlobal neft sənayesində yüksəliş davam edəcək və neft istehsalında artım olacaq. Neft İxrac edən Ölkələr Təşkilatına üzv (OPEC) və qeyri-OPEC ölkələri ilə əldə edilən xam neft istehsalının azaldılması üzrə sazişin müddətinin cari ilin sonunadək uzadılmasına baxmayaraq, bu il “qara qızıl”ın bir barrelinin qiymətinin 40-60 dollar arasında dəyişməsi təxmin edilir. Neftin qiymətinin qeyd edilən qiymət aralığında olması və ya daha da bahalaşması vəziyyətində isə bu il neft istehsalçısı ölkələrin hasilatı artıracağı da gözlənilir. ABŞ-ın şist nefti istehsalının bu il yüksəlməyə davam etməsi nəzərdə tutulur.Agentlik Şimali Amerikadakı neft axtarış və istehsal şirkətlərinin sərmayə yatırımlarının keçən il güclü olduğunu qeyd edib, bu il həmin şirkətlərin neft hasilatını artırmağa davam edəcəyini bildirib.Qlobal neft sənayesi üzrə xidmətlər təklif edən şirkətləri də cari ildə böyüyəcək. Həmin şirkətlər bu il artan iş gücü xərcləri və istehlakçıların tələbləri səbəbi ilə təzyiq altında qala bilərlər.“Moody's” qlobal neft tələbatının artmağa davam edəcəyini proqnozlaşdırır. Qlobal neft tələbatının 2040-cı ildə maksimuma çatacağı təxmin edilir.Həmçinin bu il beynəlxalq neft şirkətlərinin bərpaolunan və alternativ enerji mənbələri üzrə texnologiyaları ilə uzun dövrdə təbii qaza keçidlərini təmin etmək üçün investisiyalar yatıracaqları gözlənilir.xeber100.com

Yanvar 4, 2018 3:28

“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası çərçivəsində

Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası çərçivəsində 612 kilometr borunun qaynağı tamamlanıb.Azərtac xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb.Bildirilir ki, qaynaq işləri yerin üstündə aparılır və hər bir qaynaqdan sonra “x-ray” və ultrasəs sınağı keçirilir. Həmçinin boru basdırılmadan öncə xüsusi qoruyucu örtüklə örtülür.Bundan başqa, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində 683 kilometrlik ərazi tamamilə təmizlənib.Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 60 faizdən çoxu tamamlanıb. Bu irəliləyiş TAP-ın keçdiyi hər üç ölkəni - Yunanıstan, Albaniya və İtaliyanı əhatə edir. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. Boru kəmərinin təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır.TAP boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanın şərqində - Kipoidə, digəri isə Albaniyanın qərbində - Fierdə olmaqla ümumilikdə iki kompressor stansiyasının tikintisi qrafikə uyğun davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionuna yaxın ərazidə bir ölçmə stansiyasının inşası aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək.xeber100.com

Yanvar 4, 2018 3:22

“Azərenerji” ASC-də xüsusi növbətçilik rejiminə keçilib

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində “Azərenerji” ASC-də xüsusi növbətçilik rejiminə keçilib və hazırlıq səviyyəsi gücləndirilib. İstehlakçıların yaxın günlərdə elektrik enerjisi ilə təmin edilməsində fasilələr gözlənilmir. Bu istiqamətdə, görülən işlər və qabaqlayıcı tədbirlər bunu deməyə əsas verir.Bu barədə Azərtac-a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib.Bildirilib ki, son illər Azərbaycan elektrik enerjisi sisteminin mövcud infrastrukturunun müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi nəticəsində bu sahənin dayanıqlılığı daha da möhkəmlənib və müxtəlif vəziyyətlərə hazırlıq səviyyəsi yüksəlib.Bu yaxınlarda ASC-də “Enerji müəssisələrinin 2017/2018-ci ilin payız-qış mövsümünə hazırlığı haqqında” əmrin yerinə yetirilməsinin müzakirəsi, qiymətləndirilməsi və “Hazırlıq Pasportu”nun verilməsi prosesi həyata keçirilib. Məhz məqsədyönlü tədbirlər nəticəsində enerji sisteminin dayanıqlılığı yoxlanılıb və xidmət keyfiyyəti bir daha nəzərdən keçirilib. Bütün bunlar, ilin sonunda, qış fəslində və əlamətdar günlərdə “Azərenerji” ASC-nin elektrik enerjisinin fasiləsiz və təhlükəsiz təmin olunması funksiyasının öhdəsindən gəlməsinə şübhə doğurmur.Hazırda enerji sistemi dispetçer qrafikinə uyğun işləyir. Dəyişən mövsüm, hava şəraiti, küləyin sürətinin artması nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb. Belə vaxtlarda, qeyri-iş günlərində istehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumlarında hər hansı ciddi səbəb olmadan problemin yaranması gözlənilmir.xeber100.com

Dekabr 29, 2017 3:26