“Bank of Baku” pul köçürmələri sahəsində bir ilkə imza atıb

Azərbaycanın bank sektorunun innovatoru hesab edilən "Bank of Baku" təcili pul köçürmələri sahəsində bir ilkə imza atıb.Bankdan Azərtac-a bildiriblər ki, "Bank of Baku" xidmət və məhsullarının inkişafına gətirdiyi yenilikləri ilə ilklərin bankı adını qazanan bank ölkədə ilk dəfə olaraq Contact təcili pul köçürmə sistemindən onlayn istifadə imkanı yaradıb. Tətbiq edilən yenilik sayəsində "Bank of Baku"nun internet bankçılıq xidmətindən istifadə edən fiziki şəxslər, ölkəxarici pul köçürmələrini vaxtlarına qənaət edərək tamamilə rahat və təhlükəsiz şəraitdə həyata keçirə biləcəklər.İnternet bankçılıqdan istifadə etməklə Contact təcili pul köçürmə sistemi vasitəsilə bankın müştəriləri öz kart hesablarından vəsaitlərini filiala gəlmədən və olduqları məkandan asılı olmayaraq onlayn rejimdə Rusiya, Belarusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistana sürətli göndərmək imkanı əldə edəcəklər. Contact təcili pul köçürmə sistemi ilə onlayn rejimdə vəsaitin göndəriləcəyi ölkələrin siyahısının yaxın gələcəkdə artırılması nəzərdə tutulub.Qeyd edək ki, internet bankçılıq vasitəsilə köçürmə məbləğinin gündəlik limiti 300 dollar və köçürmə komissiyası isə sadəcə 1 faiz təşkil edir.Xatırladaq ki, internet bankçılıq xidməti müştərilərə olduqları məkanı tərk etmədən günün istənilən saatı birbaşa olaraq internet vasitəsilə öz hesablarına nəzarət etmə və bir çox bank əməliyyatlarının icrasına imkan verən elektron xidmətdir. Müştərilər internet bankçılıq xidməti vasitəsilə cari, kredit, kredit kartlar, debet kartlar və depozit hesablarına nəzarət edə, kredit ödənişi həyata keçirə, həyata keçirdikləri əməliyyatların SWIFT çıxarışın onlayn əldə edə, hesablarına aid rekvizitləri ala və bu kimi digər onlayn əməliyyatlar icra edə bilərlər."Bank of Baku"nun internet bankçılıq xidmətinə 145 Məlumat Mərkəzinə zəng etməklə və ya filiala müraciət etməklə qoşulmaq olar.xeber100.com

Avqust 16, 2017 1:37

Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 25 il ötür

Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 25 il ötür.Azərtac xəbər verir ki, milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb. Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.Ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 15 iyul tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub.Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb. Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əsginaslar həmin şirkətdə istehsal olunub.1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. Həmin dövrdə Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilmişdi. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1993-cü il 11 dekabr tarixli "Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" Fərmanı mühüm rol oynadı. Bu fərmanla manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi və Azərbaycanın rubl zonasından çıxması təmin edildi.Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 manatlıq əsginaslar çap etdirilərək dövriyyəyə buraxılıb.1994-cü ildə Almaniyada "Giesecke & Devrient" şirkəti tərəfindən istehsal edilən 10.000 manatlıq əsginasın üzərində "Şirvanşahlar" kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə həm rəqəmlə, həm də söz ilə nominal verilmişdi.İngiltərənin "De La Rue" şirkəti tərəfindən çap edilən 50.000 manat dəyərində əsginaslar 1996-cı ildən dövriyyəyə buraxılıb və bu pul vahidinin üzərində orjinal üslubda Naxçıvanda olan memarlıq abidəsi – "Mömünə Xatun türbəsi", arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə verilib.İngiltərədə 2001-ci ildə "De La Rue" şirkəti tərəfindən yeni dizaynla 1000 manat dəyərində əsginas buraxılıb. Bu əsginas Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilib. Əsginasın dizaynında ənənəvi çərçivələr və ornamentlər istifadə edilib.Ümumilikdə, Azərbaycan Respublikasının Milli Bankı tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əsginas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən geri yığılıb.Azərbaycan Respublikası Prezidenti tərəfindən 2005-ci il 7 fevral tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərman imzalanıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN-in birgə 1 il ərzində – 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmadı və hazırda da bu proses xırda həcmdə olsa da davam edir.Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət olub.Yeni manatın dizaynı ilə bağlı müsabiqənin qalibi Avstriyanın "OeBS" şirkətinin dizayneri, avronun müəllifi Robert Kalina olub. Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.xeber100.com

Avqust 15, 2017 12:47

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib

Avqustun 15-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib.Komitədən Azərtac-a bildiriblər ki, hərracda 17 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 6-sı kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Bakı şəhəri üzrə 4 kiçik dövlət müəssisəsi, 10 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və bir qeyri-yaşayış sahəsi sahibini tapıb.Paytaxt üzrə özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü Qaradağ rayonunda digəri isə Səbail rayonunda yerləşir. Özəlləşdirilən əmlaklar pambıqçılıq, quşçuluq, tikinti, xidmət, nəqliyyat və müxtəlif iqtisadi sahələrə aid olur.Regionlarda da hərraclar baş tutub. Hərracların gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Regionlarda keçirilmiş hərraclarda 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib. Bunlar müvafiq olaraq Gəncə şəhərində və İsmayıllı rayonunda yerləşir. Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak İsmayıllı rayonunda yerləşən “Toxucu sexi” olub. Həmin əmlakın torpaq sahəsi 11 min 145 kvadratmetr, ümumi faydalı sahəsi isə 3 min kvadratmetrə yaxındır.Özəlləşdirilən 11 istifadəsiz qeyri-yaşayış sahəsindən 3-ü Nəsimidə, hər birində 2 ədəd olmaqla Binəqədi, Yasamal rayonlarında, qalanları isə müvafiq olaraq Nərimanov, Nizami, Suraxanı rayonlarında, bölgə üzrə isə Göygöl rayonunda yerləşir. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir.xeber100.com

Avqust 15, 2017 12:43