“Azneft” İstehsalat Birliyində (İB) yeni texnologiya tətbiq olunacaq.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, İB-də quyu məhsulunun ölçülməsində innovativ "Vx" çoxfazalı ölçü texnologiyasının öyrənilməsinə dair seminar keçirilib. Bildirilib ki, “Günəşli” yatağının 7 nömrəli dərin dəniz özülündə həmin texnologiyanın tətbiqi ilə bağlı quraşdırma işləri başa çatmaq üzrədir. Texnologiya quyuların axtarış-qiymətləndirmə işlərində, kəşfiyyat və istismarında, quyu məhsulunun ölçülməsi və hesabatında, məhsulun dinamiki çıxışının təyin edilməsində, hasilatın mexanikləşdirilmiş prosesinin optimallaşdırılmasında, yüksək qaz faktorlu, emulsiya və köpüklü quyunun debitinin ölçülməsində geniş istifadə olunur.Qeyd olunub ki, çoxfazalı sərfölçənlər xam və susuzlaşdırılmış neftin kütləsinin, səmt qazının, həcminin xam neftin orta kütlə sərfinin, səmt qazının orta həcm sərfinin ölçülməsində də tətbiq edilir. Bu cihazlar axının separasiya olunmadan, real vaxt ərzində faza miqdarının, habelə geniş diapazonda quyu debitinin dəqiqliklə ölçülməsini, quyu və axınının rejiminə təsir etmədən birbaşa ölçmənin aparılmasını həyata keçirir.Qurğu təhlükəsiz istismar üzrə ALARA, ISO-2919-C65343, ANSI-N542 və IATA beynəlxalq standartların tələblərinə tam cavab verir.xeber100.com