Aprelin 28-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə iclasın gündəliyi barədə məlumat verib. İclasda “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.Komitə sədri Ziyad Səmədzadə bildirib ki, birinci oxunuşda layihə ilə bağlı səslənən fikir və təkliflər qısa zaman kəsiyində qanun layihəsində yer alıb. Milli Məclisin iqtisadi qanunvericilik şöbəsi, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə qanun layihəsinə xüsusilə də sadələşdirilmə, texniki, eləcə də mahiyyət baxımından bir sıra dəyişikliklər edilib.Qanun layihəsində daşınar əmlakın yüklülük sahiblərinin tələblərinin ödənilməsi, yüklülük predmetinin özgəninkiləşdirilməsi, yüklülük predmetinin satış üsulları, əldə olunan gəlirin bölüşdürülməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestri və yüklülüyün qeydə alınması qaydaları əksini tapıb.Müzakirələr zamanı deputatlar qanun layihəsi ilə bağlı təkliflərini bildiriblər.Sonda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.xeber100.com