Sahibkarlar və işgüzar dairələr mayın 22-25-də Türkiyədə təşkil olunacaq IV "Domotex Turkey" xalça sərgisinə dəvət olunurlar.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Azərtac-a bildiriblər ki, sərgi çərçivəsində yun, ipək, kəşmir, bambuk və digər müxtəlif materiallardan hazırlanmış müasir və ya ənənəvi xalçalar nümayiş etdiriləcək.Qeyd edək ki, ötən il sərgiyə Belçika, Çin, Fransa, Almaniya, İran, Hindistan, İordaniya, Hollandiya və Özbəkistandan maraq göstərilib.xeber100.com