Beynəlxalq Telekommunikasiya İttifaqı memarlıq müsabiqəsi keçirir

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Cenevrədə yerləşən mənzil-qərargahının yeni binasının yaradılması üzrə memarlıq müsabiqəsi keçirir.Azərtac xəbər verir ki, “ITU” resursunun yaydığı məlumata görə, BTİ-nin mənzil-qərargahı 1962-ci ildən Cenevrədə “Millətlər meydanı”nda (Place des Nations) yerləşir. Yeni layihə sayəsində “ağıllı” mənzil-qərargahın inşası təşkilatın Cenevrədə beynəlxalq təsisatların diqqət mərkəzində olmaqla üzv dövlətlərə, özəl sektorun nümayəndələrinə, assosiativ üzvlərə və akademik təşkilatlara xidmətlərin göstərilməsini gücləndirəcək.Müsabiqədə təşkilata üzv 193 dövlətdən birində tələb olunan qaydada qeydiyyatdan keçən bütün peşəkar memarlar iştirak edə bilər. İki mərhələdən ibarət olacaq müsabiqədə iştirak üçün ərizələr münsiflər heyətinə anonimliyə riayət edilməklə və İsveçrə Mühəndis və Arxitektorlar Cəmiyyətinin (SIA) “SIA-142” standartına uyğun təqdim edilməlidir.Müsabiqədə iştirak etmək istəyənlər BTİ-nin saytında yerləşdirilən məlumatla tanış ola, layihə və müsabiqədə iştiraka dəvətlə bağlı daha ətraflı informasiyanın verildiyi İsveçrə dövlət satınalmaları platformasında qeydiyyatdan keçə bilərlər.Qeydiyyat 2017-ci il 5 may tarixinədək aparılır.xeber100.com

Aprel 17, 2017 2:45

Anlaşma Memorandumu imzalanıb

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ilə İtaliyanın “IDROMECCANICA LUCCHINI SpA” şirkəti arasında Azərbaycanda tərəvəz məhsulları istehsal edəcək müasir istixanaların tikintisi üzrə Anlaşma Memorandumu imzalanıb.ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Memorandumu Cəmiyyətin İdarə Heyətinin sədri Əbülfət Qocayev və İtaliya şirkətinin satış meneceri Cesare Ghizzi imzalayıblar.İmzalanmış Memoranduma əsasən, İtaliya şirkəti Azərbaycanda istixanaların tikintisi, birgə idarəedilməsi, işçi potensialının formalaşdırılması, işçilərə zəruri texniki biliklərin verilməsini həyata keçirəcək.İtaliya tərəfi “Lucchini-Az” şirkəti təsis edəcək və layihənin həyata keçirilməsi üçün “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə “Lucchini-Az” şirkəti arasında birgə müəssisə yaradılacaq.Cəmiyyət layihənin icrası üçün lazım olan bütün zəruri işləri - su, elektrik, yol üçün əlverişli olan bütün məsələlərin həllini öz üzərinə götürüb.İnfrastrukturun yaradılması üçün xərclər, razılaşdırmalar, müqavilə imzalandıqdan sonra nəzərə alınacaq. İlkin mərhələdə istixana komplekslərinin qurulmasına 30 milyon avro dəyərində sərmayə qoyulması nəzərdə tutulub.İmzalanma mərasimindən sonra ASC rəhbərliyi və İtaliya şirkətinin nümayəndələri istixanaların qurulacağı ərazilərə baxış keçirərək məsləhətləşmələr aparıblar. Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən ərazi xarici qonaqlar tərəfindən istixana kompleksinin qurulması üçün uğurlu seçim kimi qiymətləndirilib.Qeyd olunub ki, İtaliyanın “ IDROMECCANICA LUCCHINI SpA” şirkəti bir sıra ölkələrdə kənd təsərrüfatı məhsullarının innovasiyalı texnologiyalara əsaslanaraq yetişdirən istixana komplekslərinin qurulması işlərini icra edir.xeber100.com

Aprel 15, 2017 3:01