19 Mart 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Bakı Şopinq Festivalına İçərişəhərdən start veriləcək

Təkcə Azərbaycanda və Qafqazda deyil, bütün regionda və hətta dünyada böyük marağa səbəb olacaq Bakı Şopinq Festivalının proqramı geniş və rəngarəngdir. İlk dəfə təşkil ediləcək Bakı Şopinq Festivalı artıq start ərəfəsindədir.Azərbaycan Konqreslər Bürosundan Azərtac-a verilən məlumata görə, Bakı Şopinq Festivalına İçərişəhərin Qoşa qala qapısı tərəfindən girişində möhtəşəm şou-proqramla start veriləcək.“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaxından dəstəyi ilə təşkil edilən, paytaxt sakinləri və şəhərimizin qonaqları üçün maraqlı və unudulmaz anların yaşanacağı proqramda respublikanın bir sıra tanınmış incəsənət ustaları çıxış edəcəklər.xeber100.com

Aprel 10, 2017 1:52

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə…

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mayın 10-da yeni hərrac keçirəcək. Komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində təşkil olunacaq hərraca ümumilikdə 99 əmlak çıxarılıb . Bunlardan 21-i səhmdar cəmiyyət, 38-i kiçik dövlət müəssisə və obyekti, 29-u istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir.ƏMDK-dan Azərtac-a bildirilib ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər Sabirabad, Ağsu, Bərdə, Şirvan, Lənkəran, Tərtər və Kürdəmirdə yerləşir və əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. Nizamnamə kapitalı isə 69 min manatla 851 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan və ilkin start qiyməti ən yüksək olan əmlak “Sabirabad Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyətidir. Onun səhminin 30 faizi 127 min 552 manata təklif olunur. Bundan başqa, qiymətinə görə digərlərindən fərqlənən daha bir əmlak “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın səhmi isə hərrac iştirakçılarına 125 min 992 manata təklif edilir.xeber100.com

Aprel 10, 2017 1:44

Neft-qaz layihələrində SOCAR-ın iştirakı müzakirə edilib

İranda həyata keçirilən neft-qaz layihələrində SOCAR-ın iştirakı məsələsi nəzərdən keçirilib.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, müzakirələr aprelin 8-də İrana səfər edən şirkətin prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasının neft naziri Bijən Namidar Zəncənə ilə keçirdiyi görüşdə aparılıb. Görüşdə Azərbaycan və İran arasında neft-qaz sektorunda əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə edilib, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar olduğu bildirilib.Tərəflər İranda həyata keçirilən neft-qaz layihələrində SOCAR-ın iştirakı, qaz ticarəti sahəsində əməkdaşlıq, üçüncü ölkələrdə birgə layihələrin mümkünlüyü məsələlərini nəzərdən keçirib, ətraflı fikri mübadiləsi aparılıb.Yekunda müzakirə olunan mövzular üzrə araşdırma və təmasların işçi qaydada davam etdirilməsi qərara alınıb.xeber100.com

Aprel 9, 2017 11:26

Texnologiya sahəsi üzrə müsabiqə elan edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədilə 5 prioritet istiqamətlər üzrə kiçikhəcmli qrant   müsabiqəsi elan edir .Nazirlikdən Azərtac-a bildirilib ki, müsabiqə mütərəqqi proqram təminatının hazırlanması, innovativ İKT məhsulları nümunələrinin hazırlanması, innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması və İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı istiqamətlərini əhatə edir.Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan hüquqi şəxslər iştirak edə bilərlər.xeber100.com

Aprel 8, 2017 3:36

Mərkəzi Bank depozit hərracı keçirəcək

Aprelin 10-da Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.Azərtac Mərkəzi Banka istinadla xəbər verir ki, dolayı hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99 faiz təşkil edir.xeber100.com

Aprel 8, 2017 2:15

“AzəriLayt” markalı neftin qiyməti…

Azərbaycan neftinin qiyməti bahalaşıb.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,34 dollar bahalaşaraq 55,31 dollar təşkil edib.xeber100.com

Aprel 8, 2017 2:08

Dövlət Gömrük Komitəsinin məlumatı

2017-ci ilin mart ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 202 milyon 177,30 min manat təşkil edib.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, 2016-cı ilin eyni ayı ilə müqayisədə daxilolmalar 28 milyon 523,82 min manat və ya 16,4 faiz artıb. Bu ilin fevral ayı ilə müqayisədə isə DGK xətti ilə martda dövlət büdcəsinə köçürülən məbləğ 7 milyon 238,4 min manat və ya 3,7 faiz çoxdur.Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 55 milyon 49,40 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 139 milyon 414,20 min manat, aksizlər üzrə 5 milyon 20,50 min manat, yol vergisi üzrə isə 2 milyon 693,20 min manat təşkil edib.xeber100.com

Aprel 8, 2017 2:05

Təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakının Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində diametri 325 millimetrlik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi məqsədilə qeyd olunan ərazidə nəqliyyatın və əhalinin intensiv hərəkət etdiyi bir sahə olduğu nəzərə alınaraq, təmir işlərinin axşam saatlarında görülməsi zəruriyyəti ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar aprelin 8-də saat 21:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun, Ağadadaş Qurbanov, Bakıxanov, Nəcəfbəy Vəzirov, Hüseynqulu Sarabski və Cəlil Məmmədquluzadə küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, görüləcək təmir-bərpa işləri gecə saatlarında bitəcəyi təqdirdə texniki təhlükəsizlik qaydaları nəzərə alınaraq, təbii qazın verilişi ertəsi gün səhər saatlarında bərpa ediləcək.“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.xeber100.com

Aprel 8, 2017 2:02

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,74 dollar bahalaşaraq 52,44 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,70 dollar artaraq 55,59 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,26 dollar bahalaşaraq 54,97 dollar təşkil edib.xeber100.com

Aprel 7, 2017 1:33

İqtisadi əməkdaşlıq üzrə müzakirələr aparılıb

Azərbaycan ilə Estoniya arasında sənaye və energetika, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları (İKT), maliyyə, gömrük, vergi, kənd təsərrüfatı, ətraf mühit, gənclər siyasəti, təhsil və elmi tədqiqatlar, sosial təminat və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.Azərtac xəbər verir ki, müzakirələr aprelin 7-də Bakıda keçirilən Azərbaycan ilə Estoniya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 3-cü iclası zamanı aparılıb.Komissiyaya Azərbaycan Respublikası tərəfindən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Estoniya tərəfindən isə Estoniya Respublikasının dövlət idarəçiliyi naziri Mixail Korb rəhbərlik edir.Hər iki tərəfdən nümayəndə heyətlərinin tərkibinə müxtəlif dövlət qurumlarının təmsilçiləri daxildir.Hökumətlərarası komissiyanın iclası iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə yönəlib.Sonda iclasın yekunlarına dair protokol imzalanıb.xeber100.com

Aprel 7, 2017 1:26
    Page 282 of 380« First«...102030...280281282283284...290300310...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az