04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,36 dollar bahalaşaraq 51,39 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar artaraq 54,52 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,68 dollar bahalaşaraq 54,40 dollar təşkil edib.xeber100.com

Aprel 5, 2017 1:37

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı

Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarının hərəkət cədvəlindən çıxma halları baş verir. Belə hallar isə sözügedən qatarın mənzil başına çatmasında gecikmələr yaradır. Bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur.Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə aprelin 7-dən etibarən Bakıdan, aprelin 8-dən etibarən isə Gəncədən 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir.xeber100.com  

Aprel 5, 2017 1:34

Beynəlxalq forum keçiriləcək

Mayın 16-20-də Gürcüstanın Borjomi şəhərində “Rabitə və Kontent. Qafqaz 2017” mövzusunda #TIM Beynəlxalq forumu keçiriləcək, Azərbaycan şirkətləri tədbirdə iştirak edəcək.Azərbaycanın Kabel Operatorları Assosiasiyasından Azərtac-a bildirilib ki, forumun keçirilməsində əsas məqsəd regionda telekommunikasiya, informasiya texnologiyalar, media kimi sahələrin müzakirəsidir.Forumun Azərbaycandakı tərəfdaşı Azərbaycanın Kabel Operatorları Assosiasiyasıdır.“Son illər ərzində telekommunikasiya, informasiya texnologiyaları və kontent kimi sahələr ciddi şəkildə transformasiya edilib. Həmin sahələrdə fəaliyyət göstərən şirkətlər daim öz imkanlarını genişləndirir, davamlı inkişaf üçün yeni yanaşmalar axtarışındadır. Forumda iştirak həmin sahələrin gələcəyini daha aydın şəkildə görməyə və diqqəti daha uğurlu biznes-strategiyalara yönəltməyə imkan verəcək”, - deyə assosiasiya nümayəndələri bildiriblər.xeber100.com

Aprel 5, 2017 1:31

“Açıq qapı” günləri təşkil olunacaq

İstehlak Mallarının Ekspertizası Mərkəzində “Açıq qapı” günləri təşkil olunacaq.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, sahibkarlara dəstək məqsədilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi üçün İstehlak Mallarının Ekspertizası Mərkəzinin və onun regional bölmələrinin inzibati binalarında hər həftənin 3-cü günü saat 10:00-dan 17:00-dək, regional bölmələrin fəaliyyəti ilə bağlı yaranan məsələlərin həlli məqsədilə Abşeron və Lənkəran regional bölmələri üzrə Mərkəzin inzibati binasında hər ayın son 5-ci günü, Quba-Xaçmaz regional bölməsi üzrə Xaçmaz şəhərində yerləşən İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində hər ayın son 2-ci günü, Gəncə-Qazax, Aran və Şəki-Zaqatala regional bölmələri üzrə Yevlax şəhərində yerləşən İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzində hər ayın son 4-cü günü saat 11:00-dan 15:00-dək “Açıq qapı” günləri keçiriləcək.xeber100.com  

Aprel 5, 2017 1:26

Vergilər Nazirliyinin məlumatına görə…

Hazırda Azərbaycan ikiqat vergitutmanın aradan qaldırılması haqqında 53 dövlətlə saziş imzalayıb. Onlardan 49-u qüvvəyə minib və tətbiq edilməkdədir.Vergilər Nazirliyinin mətbuat xidmətindən Azərtac –a bildirilib ki, bu barədə nazirliyin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə məlumat verib.Qeyd olunub ki, bu sazişlər ölkəmizin bütün əsas iqtisadi və ticarət tərəfdaşlarını, o cümlədən Azərbaycanda əhəmiyyətli investisiyalara malik olan dövlətləri əhatə edir.Bundan əlavə, 5 dövlətlə (Sinqapur, İrlandiya, Slovakiya, Malayziya və Mərakeş) müvafiq sazişlər imzalanmaya hazırdır, 8 dövlətlə (Albaniya, Qırğızıstan, Banqladeş, Hindistan, Suriya, Türkmənistan, Portuqaliya və Oman) müzakirələr davam etdirilir, 10-dan artıq dövlətə isə müvafiq layihə təqdim edilib.xeber100.com

Aprel 5, 2017 1:23

“Azəravtoyol” ASC-nin məlumatı

Paytaxtın 3 ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.Bununla əlaqədar olaraq aprelin 4-də saat 11:00-dan axşam saatlarınadək Səbail rayonu, Bayıl dairəsi–Bibiheybət yolu, həmçinin Heydər Əliyev prospektinin Böyük Şor və Sabunçu yol qovşaqlarında avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən və ya tam məhdudlaşdırılacaq.Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri və aparılan işlərə anlayışla yanaşmaqları xahiş olunur.xeber100.com

Aprel 4, 2017 12:47

Əməkdaşlıq ilə bağlı müzakirələr aparılıb

Dövlət Statistika Komitəsi ilə Niderland Statistika Bürosu və Almaniya Federal Statistika İdarəsi arasında bu sahədə əməkdaşlıq ilə bağlı müzakirələr aparılıb.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, müzakirələr komitə sədrinin birinci müavini Vahab Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Niderland Krallığı və Almaniya Federativ Respublikasına səfəri çərçivəsində aparılıb. Səfərin məqsədi “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi çərçivəsində milli statistika sisteminin inkişafı, o cümlədən turizm statistikasının Avropa standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin müzakirəsi, nəticələrin qiymətləndirilməsi və statistika təşkilatları arasında gələcək ikitərəfli əməkdaşlıq prioritetlərinin müəyyən edilməsi olub.xeber100.com  

Aprel 4, 2017 12:30

Neft Fondunun da iştirakı ilə hərrac keçirilib

Aprelin 4-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Mərkəzi Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7145 səviyyəsində formalaşıb.xeber100.com

Aprel 4, 2017 12:24

“Kapital Bank”ın səhmdarlarının növbəti yığıncağı keçirilib

Aprelin 4-də "Kapital Bank"ın səhmdarlarının növbəti yığıncağı keçirilib.Bankdan Azərtac-a bildiriblər ki, yığıncaqda bir sıra qərarlar qəbul olunub: "Kapital Bank"ın nizamnaməsi yeni redaksiyada təsdiq edilib, "Səhmdarların ümumi yığıncağının çağrılması və keçirilməsi Qaydaları", "Hesablama Komissiyası haqqında Əsasnamə" və 2016-cı ilin yekunlarına dair maliyyə hesabatları təsdiqlənib, Müşahidə Şurasının əsasnaməsinə əlavə və dəyişikliklər olunub, 2016-cı ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividendlərin ödənilməsi barədə qərar qəbul edilib.Eyni zamanda, "PAŞA Holdinq"in biznes qrupu üzrə direktoru və holdinqin icraçı direktorunun müavini Fərid Məmmədov Müşahidə Şurasının üzvü təyin edilib.xeber100.com

Aprel 4, 2017 12:22

“Brent” markalı xam neftin bir barrelinin qiyməti…

“Brent” markalı xam neftin bir barrelinin qiyməti 53 dolları ötüb.Azərtac xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 53,45 dollara, “Layt” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 50,59 dollara alıcı axtarır.Analitiklərin fikrincə ötən həftə ABŞ-da neft ehtiyatlarında az səviyyədə artıma, həmçinin də benzin ehtiyatlarının azalmasına, eləcə də ölkədə qazma quyularının sayındakı artıma baxmayaraq Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) inamın artması neftin qiymətinin bahalaşmasını dəstəkləyir.Bundan başqa, bu həftə ərzində OPEC tərəfindən neft hasilatının azaldılmasını nəzərdə tutan sazişə dair bəyanatların olması gözlənilir.xeber100.com  

Aprel 3, 2017 12:28
    Page 283 of 380« First«...102030...281282283284285...290300310...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az