2017-ci ildə görüləcək işlərə həsr olunmuş müşavirədə…

“Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” neft və qazçıxarma idarəsində (NQÇİ) gündəlik hasilat artırılacaq.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu barədə NQÇİ-də 2016-cı ilin yekunlarına və 2017-ci ildə görüləcək işlərə həsr olunmuş müşavirədə məlumat verilib.Birliyin baş direktoru Daşqın İskəndərov NQÇİ üzrə hasilatın artırılması, eləcə də ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, idarənin ötənilki göstəricilərini müsbət qiymətləndirib. Bildirib ki, 2016-cı ildə NQÇİ üzrə təqribən 118 min ton neft, 17,1 milyon kubmetr qaz hasil edilib, proqnoza müvafiq olaraq 104,4 və 127,3 faiz əməl edilib.Hazırki qiymətləndirmələrə əsasən, “Bibiheybət” yatağında 8 milyon ton neft ehtiyatı mövcuddur. Qalıq ehtiyatın yüksək hasilat göstəricisinə malik olduğu nəzərə alınaraq, daha dərin laylarda yeni tədqiqat-kəşfiyyat quyusunun qazılması qərara alınıb. Bu il 4 quyunun yan lülə kəsilişi ilə qazılması, fəaliyyətsiz fonddakı 8 quyunun istismara qaytarılması, eləcə də mərkəzi neftyığma məntəqəsinin yenidən qurulması, 10 obyektdə əsaslı təmir aparılması, ekoloji vəziyyətin sağlamlaşdırılması üçün 2 hektar ərazidə torpaqların təmizlənməsi nəzərdə tutulur.xeber100.com

Mart 22, 2017 1:50

Vergi Məcəlləsinə əsasən…

2017-ci il yanvarın 1-dən qüvvədə olan Vergi Məcəlləsinə əsasən, mallar yalnız hesabat blankları vasitəsilə alınmalıdır. Əks halda bu, sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərin vergidən yayınmasına səbəb ola bilər. Bununla bağlı vergiödəyicilərinin üzərinə hansı vəzifələr düşür və qanunu pozanlara qarşı sanksiyaların tətbiqi nəzərdə tutulubmu?Azərtac xəbər verir ki, Vergilər Nazirliyinin vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru Toğrul Quliyev qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərin və vergitutma obyektlərinin uçotunu aparmağın hər bir vergiödəyicisinin vəzifəsi olduğunu bildirib.Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə bu məsələlərə də aydınlıq gətirilib. Eyni zamanda, qanunun tələbini pozan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi də Vergi Məcəlləsində nəzərdə tutulub. “Belə ki, hər bir vergiödəyicisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı qaimə-faktura və ya elektron qaimə-faktura verməyə borcludur. Məlum olduğu kimi, gəlir və xərclərin, həmçinin vergitutma obyektlərinin uçotunun aparılmaması vergidən yayınmaya gətirib çıxarır. Bu cür halların qarşısının alınması məqsədilə Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərlə məsuliyyət tədbirləri planlaşdırılıb”.xeber100.com

Mart 20, 2017 6:27