19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Energy Aspects”nin məlumatı

Neftin bir barrelinin qiyməti bu ilin sonunadək 60 dollaradək bahalaşacaq.Azərtac “CNBC”yə istinadla xəbər verir ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələr neft hasilatının azaldılmasını nəzərdə tutan sazişin müddətini uzadarlarsa xam neftin bir barrelinin qiyməti bu ilin sonuna qədər 60 dollara yüksələcək.“Energy Aspects” analitiki Riçard Mallinson isə deyib ki, son günlərdə “Layt” markalı neftin bir barrelinin qiymətinin ucuzlaşmasına baxmayaraq qiymətlərdə yenidən tarazlıq olacaq. Bu ucuzlaşma neftin qiymətindəki əsas balansı pozmayıb.xeber100.com

Mart 12, 2017 1:14

Bakı Fond Birjasında növbəti hərrac keçirilib

Martın 10-da Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin faizli, adlı, sənədsiz, təmin edilmiş ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.BFB-dən Azərtac-a bildiriblər ki, hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2011008681) nominal qiymətlə həcmi 20 milyon manat təşkil edib. Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilib.İstiqrazların buraxılış şərtlərinə əsasən, hərrac qiyməti 1003.5000 manat təyin edilib. İstiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 20 milyon manat təşkil edib. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib.Yerləşdirmənin anderrayteri qismində birja üzvü “Paşa Kapital” İnvestisiya Şirkəti QSC çıxış edir. İstiqrazlar 2026-cı il dekabrın 6-da ödəniləcək.xeber100.com

Mart 11, 2017 3:14

Ukrayna-Azərbaycan biznes-forumunda müzakirə

Azərbaycan nümayəndə heyətinin Kiyevə səfəri çərçivəsində martın 13-də keçiriləcək Ukrayna-Azərbaycan biznes-forumunda birgə müəssisələrin yaradılması məsələləri müzakirə ediləcək. Biznes-forumun işində iştirak etmək üçün Ukraynaya Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti gedəcək. Ukraynanın Baş naziri Vladimir Qroysmanın tapşırığına əsasən bu ölkənin Ticarət və Sənaye Palatası biznes-forumun keçirilməsinə hazırlıq işləri aparır.Azərtac Ukraynanın Ticarət və Sənaye Palatasının saytına istinadla xəbər verir ki, forumun mövzuları sırasında qarşılıqlı səmərəli əməkdaşlığın vəziyyəti və perspektivləri də yer alıb. Əsas diqqət aqrar sektor, qida sənayesi, tikinti sahəsi və turizm istiqamətlərində cəmlənəcək.xeber100.com

Mart 11, 2017 2:55

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,79 dollar ucuzlaşaraq 48,49 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,82 dollar azalaraq 51,37 dollar olub.xeber100.com

Mart 11, 2017 2:50

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 52,98 dollar təşkil edib.xeber100.com

Mart 11, 2017 2:48

“Odessa-Kremençuq” neft kəməri işə salınıb

“Ukrtatnafta” və “Ukrtransnafta” Kremençuq neft emalı zavoduna Azərbaycan neftinin daxil olması üçün “Odessa-Kremençuq” neft kəmərini işə salıb.Azərtac “Ukrtatnafta”nın mətbuat xidmətinə istinadla xəbər verir ki, şirkət “Odessa-Kremençuq” boru kəməri ilə Azərbaycan neftinin ilk partiyasını qəbul edib. Məlumatda deyilir: “Ukrtatnafta” martın 10-da “Odessa-Kremençuq” boru kəməri ilə Azərbaycan neftinin ilk partiyasını alıb. Ümumiyyətlə, “Ukrtatnafta” “Azeri Light” markalı nefti ötən ilin dekabrından emal edir. Amma indiyədək neft zavoda dəmir yolu nəqliyyatı ilə daşınırdı. “Odessa-Kremençuq” boru kəmərinin bu qolu bir neçə il işləməyib, amma neft təchizatının şaxələndirilməsi sayəsində yenidən işə salınıb”.Bildirilir ki, Ukraynaya xam neftin idxalının şaxələndirilməsi bu ölkənin neft emalı zavodlarının birbaşa təchizatı ilə bağlı Azərbaycan ilə dövlətlərarası razılaşmalar sayəsində mümkün olub.xeber100.com

Mart 11, 2017 2:24

İxracın və İnvestisiyaların Təşviqi Fondunun məlumatı

Martın 27-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM (Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat) biznes-forumu keçiriləcək.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Azərtac-a bildiriblər ki, tədbir GUAM üzvü olan ölkələrin hökumət başçılarının görüşü çərçivəsində təşkil olunacaq. Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.xeber100.com

Mart 10, 2017 3:00

İstiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Martın 14-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildiriblər ki, istiqrazların ümumi həcmi 25 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün, ödəmə tarixi 2018-ci il martın 13-dür. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.xeber100.com

Mart 10, 2017 2:56

Ümumdünya Ticarət Təşkilatı ilə saziş imzalanacaq

Azərbaycan bir çox beynəlxalq qanunlara və konvensiyalara qoşulub. Eyni zamanda, bəzi təşkilatlarla, o cümlədən Ümumdünya Ticarət Təşkilatı ilə müvafiq saziş imzalamağa hazırlaşır.Azərtac xəbər verir ki, bu sözləri martın 10-da Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi "Şəffaflığa doğru birlikdə" mövzusunda keçirilən konfransda vergilər naziri Fazil Məmmədov deyib.Nazir qeyd edib ki, Ümumdünya Ticarət Təşkilatının tələbinə görə, idxal olunan məhsullarla yerli məhsullar arasında vergi dərəcələrinin fərqli olması, yəni, dempinqin tətbiqi düzgün deyil. Çünki, bazar hamı üçün birdir.F.Məmmədov elektron ticarətə vergi tətbiq edilməsinin də zəruri olduğunu söyləyib. Bildirib ki, idxal bir yolla olmalıdır. Amma artıq elektron ticarət adi idxalı üstələyir. Ona görə də elektron ticarət nəzarətə götürülməli və bazarda tam rəqabət yaradılmalıdır. Odur ki, bu sahəyə verginin tətbiqi qanunauyğundur.xeber100.com

Mart 10, 2017 2:52

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı

Dəmir yolunun Bərgüşad-Ucar mənzilində 10 kilometr yolun əsaslı təmirinə start verilib.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərov bildirib ki, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.Xatırladaq ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 245 kilometr dəmir yolu əsaslı təmir olunub.xeber100.com

Mart 9, 2017 2:43
    Page 292 of 381« First«...102030...290291292293294...300310320...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az