“Snam”ın 2017-2021-ci illəri əhatə edən sərmayə planında…

İtaliyanın “Snam S.p.A.” təbii qaz infrastruktur şirkəti səhmdarı olduğu və Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinə 270 milyon avro sərmayə yatıracaq.Azərtac şirkətə istinadən xəbər verir ki, bu barədə “Snam”ın 2017-2021-ci illəri əhatə edən sərmayə planında deyilir.Bildirilir ki, 2017-2021-ci illəri əhatə edən dövr ərzində “Snam” İtaliyanın qaz şəbəkəsini və Avropa infrastruktur sistemini daha da inkişaf etdirmək məqsədilə 4,7 milyard avro, TAP layihəsinə isə 270 milyon avro sərmayə yatıracaq.Xatırladaq ki, TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi üzrə işlərin təxminən 35 faizdən çoxu icra olunub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.xeber100.com

Mart 7, 2017 1:51

“Bank of Baku” yeni kampaniyaya start verib

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində "Bank of Baku" xanımlara səkkiz gün davam edəcək 8 kampaniyaya start verib.Bankdan Azərtac-a bildiriblər ki, hər bir xanım müştərinin sevincinə səbəb olacaq bu kampaniyalardan "Bank of Baku"nun həm cari, həm də yeni müştəriləri faydalana bilər.Səkkiz kampaniyaya aşağıdakılar daxildir: 1. Gənc xanımlara "Bolkart Gənc" debet hədiyyə – yaşı 27-dək olan, "Bolkart Gənc" debet əldə etmək istəyən xanımlar kartı emissiya və 2 illik xidmət haqqı pulsuz olaraq əldə edə bilərlər; 2. "Bolkart Ailə" debet pulsuz – yaşı 27-dən yuxarı olan xanımlar "Bolkart Ailə" debet kartını emissiya və 2 illik xidmət haqqı pulsuz olaraq rəsmiləşdirəcəklər. "Bolkart Ailə" debet kartına sahib olan bəylər isə öz kartlarına bağlı ikinci kart əldə edərək xanımlarına hədiyyə edə bilərlər; 3. "İŞKART" debet pulsuz – xanım sahibkarlar və ya VÖEN hesabına malik vergi ödəyicisi olan hər bir xanıma kart 1 və ya 2 illik hədiyyə edilir; 4. Nağd pul kreditlərinə 0 faiz komissiya – 5 min manatadək nağd pul krediti üçün müraciət edən xanım müştərilərə komissiya faizi hədiyyə; 5. Xanım sahibkarlar üçün əməkhaqqı layihəsi üzrə ayrılan plastik kartlar pulsuz; 6. "Bolkart Gənc" və "Bolkart Ailə" kredit kartlarının 1-ci il xidmət haqqı pulsuz; 7. "Bolkart" kredit kartları ilə 3 və ya 6 aya ödəmə tərəfdaşlarında 8 aya ödəmək imkanı – 8 taksit kampaniyası yalnız geyim, parfümeriya, aksesuar, telefon və məişət avadanlıqları satılan mağazalarda keçərlidir; 8. "Lider" və "Monex" təcili pul köçürmələri üzrə 50 faiz endirim. Bayram ərəfəsində xanımları təbrik etmək istəyən bəylər də bu kampaniyalardan bəhrələnərək xanımlarına sərfəli şərtlərlə hədiyyə əldə edə biləcəklər.xeber100.com  

Mart 6, 2017 3:26