19 Mart 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,72 dollar ucuzlaşaraq 57,52 dollar təşkil edib.xeber100.com

Fevral 25, 2017 6:28

Dövlət Statistika komitəsinin məlumatına görə…

2016-cı ildə Azərbaycana gəlmiş əcnəbilərin sayı əvvəlki illə müqayisədə 12,1 faiz artaraq 2 milyon 248,8 min nəfər olub.Dövlət Statistika komitəsindən Azərtac-a bildirilib ki, Azərbaycana səfər etmiş şəxslərin ümumi sayında qonşu ölkələrdən gələnlərin xüsusi çəkisi daha çox olub. Belə ki, ölkəmizə səfər edənlərin 33,1 faizi Rusiya Federasiyası, 22,5 faizi Gürcüstan, 14 faizi Türkiyə, 11,1 faizi İran, 19,3 faizi isə digər ölkələrin vətəndaşları olub.2015-ci illə müqayisədə 2016-cı ildə ölkəmizə gələn bir sıra xarici ölkə vətəndaşlarının sayında daha çox artım müşahidə edilib. Belə ki, İraq vətəndaşlarının sayı 30 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 22 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 10,2 dəfə, Qətər vətəndaşlarının sayı 5,5 dəfə, İran vətəndaşlarının sayı 66,2 faiz, Misir vətəndaşlarının sayı 51,8 faiz, Çin vətəndaşlarının sayı 44,5 faiz artıb.Ötən il Avropa İttifaqına üzv ölkələrdən gəlmiş vətəndaşların sayı 16,6 faiz azalaraq 91,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,1 faiz artaraq 868 min nəfər olub.xeber100.com

Fevral 25, 2017 4:22

“Bakı Metropoliteni” QSC-nin məlumatı

Fevralın 26-da Bakı Metropoliteninin “Xətai” stansiyası saat 12:00-dək bağlı olacaq.Azərtac xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.O bildirib ki, fevralın 26-da metronun “Xətai” stansiyası saat 12:00-a qədər bağlı olacaq. Saat 12:00-dan etibarən stansiyaya giriş açıq olsa da, “Cəfər Cabbarlı” stansiyasından bu istiqamətə gediş olmayacaq. Saat 15:00-dan sonra hər iki stansiya normal qrafik üzrə işləyəcək.xeber100.com

Fevral 25, 2017 4:18

“Maliyyə sektorunun müasirləşdirilməsi layihəsi”…

Azərbaycanda “Maliyyə sektorunun müasirləşdirilməsi layihəsi"nin ikinci fazası (FSMP2) İsveçrə Hökumətindən ayrılmış 3 milyon dollar məbləğində qrant hesabına Dünya Bankı tərəfindən 2017-2020 –ci illər ərzində icra ediləcək.Azərtac xəbər verir ki, bu fikirlər fevralın 24-də Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının (WB) təşkilatçılığı ilə “Maliyyə sektorunun müasirləşdirilməsi layihəsi"nin ikinci fazasının (FSMP) rəsmi təqdimatında bildirilib.Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının (DŞ) sədri Rüfət Aslanlı qeyd edib ki, Azərbaycan hazırda tənzimləyici baza və institutlarını gücləndirməklə maliyyə sektorunun transformasiyası məqsədilə hərtərəfli islahatlar həyata keçirir. SECO və Dünya Bankı ilə davamlı əməkdaşlıq bizə qabaqcıl beynəlxalq təcrübə və ekspertizadan faydalanmaq imkanı verəcək.xeber100.com

Fevral 24, 2017 12:56

Azərbaycan-İran biznes-forumu keçirilib

Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində Ərdəbildə biznes-forum keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Azərbaycan tərəfi yüngül və qida sənayesi, kənd təsərrüfatı, maliyyə, İKT, tikinti və sair sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub.İqtisadiyyat naziri Ş.ahin Mustafayev bildirib ki, dövlət başçılarının siyasi iradəsi nəticəsində son illərdə Azərbaycan-İran əlaqələri strateji səviyyəyə yüksəlib. Son 3 ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb, Azərbaycan və İran nümayəndə heyətləri 100-ə yaxın qarşılıqlı səfər həyata keçirib, 40 sənəd imzalanıb, Dövlət Komissiyasının 3 iclası təşkil olunub. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 500-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir və İran tərəfdən Azərbaycan iqtisadiyyatına 2,7 milyard ABŞ dolları investisiya yatırılıb. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və 2016-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 70 faizə yaxın artıb.xeber100.com

Fevral 24, 2017 12:53

Strateji yol xəritələrinin icrası üzrə işçi qrupu yaradılıb

Vergilər Nazirliyində fevralın 24-də iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ilə bağlı təqdimat keçirilib.Nazir müavini İlkin Vəliyev bildirib ki, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə 12 istiqamətdə strateji yol xəritəsi təsdiq olunub.“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmandan irəli gələn tapşırıqların icrası məqsədilə Vergilər Nazirliyinin kollegiyası tərəfindən 2017-ci il fevralın 9-da qərar qəbul edilib, iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nazirliyin əsas icraçısı olduğu 4 tədbir üzrə məsul şəxslər təyin edilib. Məsul şəxslərin hər birinə müvafiq tədbirlər üzrə digər qurumlardan nümayəndələr ayrıldıqdan sonra işçi qrupun yaradılması, işçi qrupun illik iş proqramının hazırlanması, hər rüb üzrə görülmüş işlərə dair hesabatın koordinasiya qurumuna təqdim edilməsi və digər zəruri işlərin görülməsi tapşırılıb.xeber100.com

Fevral 24, 2017 12:48

Bakı Nəqliyyat Agentliyinin məlumatı

Bakıda 14 avtobusun hərəkəti müvəqqəti dəyişdiriləcək.Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.O bildirib ki, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından, 14 marşrut xəttinin (1,2,4,5,8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1) hərəkət trayektoriyası da dəyişdiriləcək.xeber100.com

Fevral 24, 2017 12:45

İtaliya nümayəndəliyi yaradılıb

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İtaliya nümayəndəliyi yaradılıb.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, nümayəndəlik iş adamları arasında əlaqələrin, Azərbaycan məhsullarının İtaliya bazarına ixracının genişləndirilməsinə, İtaliyanın aparıcı investisiya fondlarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına dəstək göstərəcək.Qeyd edək ki, AZPROMO Azərbaycanın biznes və investisiya mühitinin təbliği, yerli və xarici iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə 2003-cü ildə yaradılıb. AZPROMO Azərbaycanın ixrac imkanlarının genişləndirilməsində, rəqabətqabiliyyətli məhsullarımızın xarici bazarlarda tanıdılmasında və qeyri-neft sektoruna investisiyaların cəlb edilməsində də əhəmiyyətli rol oynayır.xeber100.com

Fevral 23, 2017 12:37

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,48 dollar bahalaşaraq 54,07 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,47 dollar artaraq 56,31 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,23 dollar ucuzlaşaraq 57,16 dollar təşkil edib.xeber100.com

Fevral 23, 2017 12:23

Azərbaycan-İtaliya biznes-forumunda…

“Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi İtaliya üçün çox böyük əhəmiyyət kəsb edir.Azərtac xəbər verir ki, bunu İtaliya Respublikasının iqtisadi inkişaf naziri Karlo Kalenda fevralın 23-də Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda deyib.Keçirilən biznes-forumda hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, enerji, sənaye, İKT, maliyyə, səhiyyə, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən 140-a yaxın iş adamı iştirak edib.Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən iqtisadiyyat nazirinin müavini N.Səfərov iqtisadiyyatın diversifikasiyasının və qeyri-neft sektorunun inkişafının prioritet istiqamətlərdən olduğunu qeyd edib, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə gəlincə, nazir müavini bildirib ki, qarşılıqlı səfərlər və keçirilən görüşlər, iş adamlarının iştirakı ilə təşkil olunan işgüzar tədbirlər ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verir.xeber100.com

Fevral 23, 2017 12:20
    Page 296 of 380« First«...102030...294295296297298...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az