Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin hüquqi əsas olmadan istifadəsinin qarşısının alınması, bağlanmış icarə müqavilələrinin şərtlərinə əməl edilməsi, eləcə də icarəyə verilmiş dövlət əmlakından dövlət büdcəsinə daxilolmaların artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirir. Bu işlərin davamı kimi, komitə tərəfindən bir sıra qeyri yaşayış sahələrinin müsabiqə vasitəsi ilə icarəyə verilməsi ilə bağlı tədbirlər görülür.Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na əsasən Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 65 ünvanında yerləşən, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun balansındakı 5 mərtəbəli inzibati binanın yarımzirzəmi və zirzəmi hissəsində olan 61,4 kvadratmetr, 67,1 kvadratmetr, 88,2 kvadratmetr, 31,6 kvadratmetr və 32,6 kvadratmetr qeyri-yaşayış sahələrinin (daşınmaz dövlət əmlakı obyektlərinin) icarəyə verilməsi üzrə müsabiqə elan edilib.xeber100.com

Fevral 13, 2017 12:09