“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin məlumatı

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən 2017-ci ildə paylayıcı elektrik şəbəkələrində 15 ədəd 110 kilovoltluq və 46 ədəd 35 kilovoltluq yarımstansiyaların, minlərlə kilometr hava və kabel xətlərinin əsaslı təmiri və tikintisi nəzərdə tutulur.Bu barədə Azərtac-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri T.Mustafayev deyib.T.Mustafayev vurğulayıb ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev “Azərişıq” ASC-nin qarşısında bir sıra vəzifələr qoyub. Dövlət başçısının tapşırığına əsasən, “Azərişıq” tərəfindən bütün bölgələrdə elektrik təsərrüfatının təkmilləşdirilməsi, yeni xətlərin çəkilməsi, bütün regionların dayanıqlı enerji ilə təmin edilməsi üçün əlavə tədbirlər görülməli, yeni yarımstansiyalar, transformatorlar quraşdırılmalıdır.Bakı şəhəri və ətraf qəsəbələrin, o cümlədən regionların elektrik şəbəkələrində görüləcək işlər barədə məlumat verən T.Mustafayev bildirib ki, cari ildə “Azərişıq” ASC tərəfindən 15 ədəd 110 kilovoltluq (kV) yarımstansiyanın tikintisi planlaşdırılır ki, onlardan 12-si əsaslı təmir ediləcək, 3-ü isə yenidən inşa olunacaq. On beş yarımstansiyadan 4-ü Bakı, 1-i Gəncə şəhərlərində, qalanları isə müvafiq olaraq Salyan, Cəlilabad, Biləsuvar, Ağcabədi, Sabirabad, Göygöl, Goranboy, Qax və Neftçala rayonları ərazisindədir.xeber100.com

Fevral 2, 2017 1:05