Şimali Qafqazın İnkişafı Korporasiyasının məlumatı

Həştərxan vilayəti Xəzər Nəqliyyat-Logistika kompleksi layihəsinin hazırlanmasında iştirak etmək üçün RF-nin Şimali Qafqaz Məsələləri üzrə Nazirliyi nəzdində işçi qrupun tərkibinə daxil olacaq.Azərtac Şimali Qafqazın İnkişafı Korporasiyasının (ŞQİK) rəsmi saytına istinadla xəbər verir ki, bu barədə RF-nin Şimali Qafqaz Məsələləri üzrə nazirinin birinci müavini, “ŞQİK” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Odes Baysultanovla Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin görüşündə razılaşma əldə edilib.O.Baysultanov deyib: “Hazırda Xəzər hövzəsindəki dəniz limanlarının inkişafı strategiyası üzərində iş gedir. Biz həmin strategiyanı Rusiya hökumətinə təqdim etməliyik. Həştərxan vilayətinin bu layihədə iştirak etməsi ölkə üçün çox vacibdir. Həştərxan limanlarının öz üstünlükləri var. Həştərxan həm də Rusiyanın cənub darvazası deməkdir”.A.Jilkin də öz növbəsində, Yaxın Şərqdən, Afrikadan və Cənub-Şərqi Asiyadan olan ticarət tərəfdaşları ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə fəaliyyətin zəruri olduğunu vurğulayıb.Qubernator deyib: “Biz “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına ümid bəsləyirik. Xəzər dənizi boyunca qonşularımızın və Hindistanın fəallaşacağını gözləyirik. Perspektivdə 25-30 milyon ton yük aşırılacağını proqnozlaşdırırıq. Həştərxan limanları təkbaşına bu işin öhdəsindən gələ bilməzlər. Buna görə də Xəzərdəki bütün Rusiya limanlarının fəaliyyətinin ölkə səviyyəsində əlaqələndirilməsi zəruridir”.xeber100.com

Yanvar 27, 2017 12:30

Beynəlxalq Gömrükçülər Günü”nə həsr olunmuş konfrans keçirilib

Yanvarın 26-da Tbilisidə “Beynəlxalq Gömrükçülər Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirilib.“Gömrük nəzarətində səmərəli fəaliyyəti təmin etmək üçün məlumatların analizi” devizi altında keçirilən tədbirdə Dünya Gömrük Təşkilatından, Azərbaycan, Gürcüstan, Türkiyə, Moldova, Ukrayna və İtaliyadan 180-dək nümayəndə iştirak edib.Konfransda Gürcüstan Baş nazirinin müavini, maliyyə naziri Dmitri Kumsişvili, Dövlət Gəlirləri Xidmətinin rəisi Qeorqi Tabuaşvili, həmçinin Azərbaycan, Ukrayna, Türkiyə və digər ölkələrin gömrük administrasiyalarının məsul işçiləri çıxış edib, təbriklərini çatdırıb, gömrük xidməti orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıblar.Bildirilib ki, beynəlxalq terrorizm, silah qaçaqmalçılığı, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində gömrük orqanları arasında birgə əməkdaşlıq çox böyük fayda gətirir. Bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.Konfransda gömrük nəzarəti sistemlərinin təkmilləşdirilməsi, gömrük orqanları işçilərinin fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlıq, informasiya, təcrübə mübadiləsi və s. məsələlər geniş müzakirə olunub.Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirilib.xeber100.com

Yanvar 26, 2017 2:04