05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Azərikimya” müsabiqə elan edib

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi iki aylıq ödənişli istehsalat təcrübəsi keçməklə aşağıdakı ixtisaslar üzrə müsabiqə elan edib.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlərin minimum bakalavr təhsili olmalı, göndərilən şəxsi işlər təqdim edilən ixtisaslara uyğun gəlməlidir. İş təcrübəsi tələb olunmur. İş yerləri Sumqayıt şəhərində olduğu üçün Sumqayıt qeydiyyatında olanlara, həmçinin ingilis dili bilənlərə üstünlük verilir.Müsabiqədə iştirak üçün ali təhsil haqqında diplomun surəti, şəxsiyyət vəsiqəsinin surəti, CV (şəxsi məlumat) forması tələb olunur. Müsabiqəyə son müraciət tarixi yanvarın 31-idir.İlkin seçim müsabiqəsini adlayan gənclər “Azərikimya”da iki aylıq ödənişli (əməkhaqqı almaqla) təcrübə keçəcəklər. Sonra elan ediləcək vakansiyalar üzrə işlə təmin olunmaq imkanı əldə etmək üçün növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.xeber100.com

Yanvar 24, 2017 2:15

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatı

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin hər birinin nominal dəyəri 1000 manat olan 10 min ədəd faizli, təmin edilmiş istiqrazların buraxılışı AZ2010008681 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.Maliyyə Bazarlarına Nəzarət Palatasından Azərtac-a bildiriblər ki, istiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Sözügedən istiqrazlar üzrə gəlirlilik 3 faiz, tədavül müddəti 3600 gündür.xeber100.com

Yanvar 24, 2017 2:07

Əmlak Məsələləri Dövlət Komitəsi hərrac keçirib

Yanvarın 24-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib. Bu hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin 2-si paytaxtın Nəsimi və Nizami rayonlarında yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak Bakının Nəsimi rayonunda yerləşən binanın zirzəmi sahəsi olub. Belə ki, adıçəkilən əmlak 85 min manata özəlləşdirilib.ƏMDK-dan Azərtac-a bildirilib ki, hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Yəni, buraya nəhəng müəssisələrdən, səhmdar cəmiyyətlərdən tutmuş kiçik obyektlərə və nəqliyyat vasitələrinə kimi müxtəlif əmlaklar daxildir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.xeber100.com

Yanvar 24, 2017 1:55

Energetika Nazirliyinin məlumatı

Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının keçirilmə vaxtı fevralın 23-ü tarixinə təyin edilib.Energetika Nazirliyindən Azərtac-a bildirilib ki, Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının təşkili ilə əlaqədar nazirlikdə bir sıra görüşlər keçirilib və müzakirələr aparılıb. Məşvərət Şurasında iştirakçıların siyahısı müəyyənləşdirilərək, toplantıda iştirak məqsədilə “Cənub Qaz Dəhlizi” layihəsinə daxil olan ölkələrin (Azərbaycan, Gürcüstan, Türkiyə, İtaliya, Yunanıstan, Albaniya və Bolqarıstan), eləcə də Balkan ölkələrinin energetika nazirlərinə, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç, beynəlxalq maliyyə təşkilatlarının rəhbərlərinə və digər maraqlı ölkələrin nümayəndələrinə dəvət məktubları göndərilib.xeber100.com

Yanvar 24, 2017 1:47

Trans-Anadolu qaz boru kəməri layihəsi üzrə işlər tamamlanır

Azərbaycan təbii qazının Türkiyəyə və bu ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə işlərin 60 faizi tamamlanıb.Azərtac xəbər verir ki, bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib. O qeyd edib ki, TANAP-a investisiya qoyuluşunun 2020-ci ildə bitməsini gözləyirik. İlk qaz 2018-ci ilin iyununda Türkiyəyə çatdırılacaq. 11,7 milyard dollara həyata keçirilməsi planlaşdırılan layihənin kapital xərcləri 8,5 milyard dollara düşüb və 3,2 milyard dollara qənaət edilib.“Türk axını” layihəsi bizə təsir etməz. Azərbaycanın təbii qaz satışı məsələsində çətinliyi yoxdur. 2046-cı ilə qədər müqavilələrimiz var. Türkiyə təbii qazın qiyməti ilə bağlı tədarükçü ölkələrlə bəzi danışıqlar aparır. Hələ ki, bizimlə belə bir danışıq olmayıb. Amma belə bir istək olarsa, əlbəttə, biz də danışıqlar apararıq. İsrail qazı ilə bağlı da bir narahatlığımız yoxdur. Hazırda danışıqlar aparılır. Türkiyə razılıq verərsə, TANAP-la İsrail qazı da nəql edilə bilər”, - deyə Z.Qəhrəmanov bildirib.xeber100.com

Yanvar 23, 2017 1:43

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən fevralın 21-də keçiriləcək yeni hərracda fiziki və hüquqi şəxslərə ümumilikdə 79 dövlət əmlakını özəlləşdirmək təklif olunur. Artıq hərraca sifariş vermək üçün komitənin “privatization.az” portalında elektron keçid aktivdir. Vətəndaşlar hərraca çıxarılan 22 səhmdar cəmiyyəti, 19 kiçik dövlət müəssisəsi, 35 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsindən bir və ya bir neçəsinə sifariş verə bilərlər.Komitədən Azərtac-a bildirilib ki, təklif olunan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtın Sabunçu və Qaradağ rayonları, Siyəzən, Bərdə, Samux, Beyləqan, Goranboy rayonlarında yerləşir. Sabunçuda yerləşən əmlak 60 min manata, Samuxda yerləşən “Seyidlər” üzüm emalı zavodu 77 min 200 manata, Bərdə şəhərindəki Texniklər evi isə 60 min manata təklif olunur.xeber100.com

Yanvar 23, 2017 1:40

Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib

Yanvarın 23-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Mərkəzi Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın orta çəkili məzənnəsi 1.8559 səviyyəsində formalaşıb.xeber100.com

Yanvar 23, 2017 1:38

Gömrük infrastrukturu yaradılır

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Astarada salınan dəmir yolunda gömrük infrastrukturu yaradılır.Azərtac xəbər verir ki, bu sözləri yanvarın 23-də keçirilən Dövlət Gömrük Komitəsinin kollegiya iclasında komitənin sədr müavini Səfər Mehdiyev deyib.S.Mehdiyev qeyd edib ki, 2016-cı ildə görülən işlərə Azərbaycanın sərhəd-keçid məntəqələrində GMO laboratoriyalarının yaradılması, elektron bəyannaməyə keçid, büdcə proqnozlarının artıqlaması ilə yerinə yetirilməsi daxildir.xeber100.com

Yanvar 23, 2017 1:36

“2020-ci ilə qədər neft təklifində çətinliklər olacaq”…

Neftin qiyməti hazırda yaxşı səviyyədədir. Lakin yaxın gələcəkdə investisiya qoyuluşu ilə bağlı narahatlıq var. Belə getsə 2020-ci ilə qədər neft təklifində çətinliklər olacaq.Azərtac xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Xalid al-Falih deyib.“Son bir neçə ildir ki, neftin qiymətinin hazırkı səviyyəsı və aşağı qiymətə olması kifayət qədər investisiya cəlb etmir. Lakin tələbatın artdığını görürük. Tələbat artımı və investisiya azlığı ilə əlaqədar neft sarıdan korluq yarana bilər. İnvestisiya qoyuluşu labüddür”, - deyə nazir qeyd edib.xeber100.com

Yanvar 23, 2017 1:32

Dünya İqtisadi Forumunda ikitərəfli görüşlər keçirilib

SOCAR-ın prezidenti R.Abdullayev və şirkətin vitse-prezidenti E.Nəsirov Azərbaycan nümayəndə heyətinin tərkibində Davosda keçirilən Dünya İqtisadi Forumunda beynəlxalq enerji və maliyyə şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.Şirkətin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, SOCAR-ın rəhbərliyi forum çərçivəsində “dəyirmi masa” müzakirələrinə qatılıb, ikitərəfli görüşlər keçirib, digər tədbirlərdə də təmsil olunub. SOCAR-ın prezidenti R.Abdullayev BP-nin baş icraçı direktoru Robert Dadlinin vasitəçiliyi ilə böyük neft və qaz şirkətlərinin rəhbərləri üçün təşkil olunmuş işgüzar nahar müzakirəsində fəal iştirak edib.xeber100.com

Yanvar 22, 2017 3:21
    Page 307 of 380« First«...102030...305306307308309...320330340...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az