19 Mart 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən fevralın 21-də keçiriləcək yeni hərracda fiziki və hüquqi şəxslərə ümumilikdə 79 dövlət əmlakını özəlləşdirmək təklif olunur. Artıq hərraca sifariş vermək üçün komitənin “privatization.az” portalında elektron keçid aktivdir. Vətəndaşlar hərraca çıxarılan 22 səhmdar cəmiyyəti, 19 kiçik dövlət müəssisəsi, 35 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsindən bir və ya bir neçəsinə sifariş verə bilərlər.Komitədən Azərtac-a bildirilib ki, təklif olunan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtın Sabunçu və Qaradağ rayonları, Siyəzən, Bərdə, Samux, Beyləqan, Goranboy rayonlarında yerləşir. Sabunçuda yerləşən əmlak 60 min manata, Samuxda yerləşən “Seyidlər” üzüm emalı zavodu 77 min 200 manata, Bərdə şəhərindəki Texniklər evi isə 60 min manata təklif olunur.xeber100.com

Yanvar 23, 2017 1:40

Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib

Yanvarın 23-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Mərkəzi Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın orta çəkili məzənnəsi 1.8559 səviyyəsində formalaşıb.xeber100.com

Yanvar 23, 2017 1:38

Gömrük infrastrukturu yaradılır

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Astarada salınan dəmir yolunda gömrük infrastrukturu yaradılır.Azərtac xəbər verir ki, bu sözləri yanvarın 23-də keçirilən Dövlət Gömrük Komitəsinin kollegiya iclasında komitənin sədr müavini Səfər Mehdiyev deyib.S.Mehdiyev qeyd edib ki, 2016-cı ildə görülən işlərə Azərbaycanın sərhəd-keçid məntəqələrində GMO laboratoriyalarının yaradılması, elektron bəyannaməyə keçid, büdcə proqnozlarının artıqlaması ilə yerinə yetirilməsi daxildir.xeber100.com

Yanvar 23, 2017 1:36

“2020-ci ilə qədər neft təklifində çətinliklər olacaq”…

Neftin qiyməti hazırda yaxşı səviyyədədir. Lakin yaxın gələcəkdə investisiya qoyuluşu ilə bağlı narahatlıq var. Belə getsə 2020-ci ilə qədər neft təklifində çətinliklər olacaq.Azərtac xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Xalid al-Falih deyib.“Son bir neçə ildir ki, neftin qiymətinin hazırkı səviyyəsı və aşağı qiymətə olması kifayət qədər investisiya cəlb etmir. Lakin tələbatın artdığını görürük. Tələbat artımı və investisiya azlığı ilə əlaqədar neft sarıdan korluq yarana bilər. İnvestisiya qoyuluşu labüddür”, - deyə nazir qeyd edib.xeber100.com

Yanvar 23, 2017 1:32

Dünya İqtisadi Forumunda ikitərəfli görüşlər keçirilib

SOCAR-ın prezidenti R.Abdullayev və şirkətin vitse-prezidenti E.Nəsirov Azərbaycan nümayəndə heyətinin tərkibində Davosda keçirilən Dünya İqtisadi Forumunda beynəlxalq enerji və maliyyə şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.Şirkətin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, SOCAR-ın rəhbərliyi forum çərçivəsində “dəyirmi masa” müzakirələrinə qatılıb, ikitərəfli görüşlər keçirib, digər tədbirlərdə də təmsil olunub. SOCAR-ın prezidenti R.Abdullayev BP-nin baş icraçı direktoru Robert Dadlinin vasitəçiliyi ilə böyük neft və qaz şirkətlərinin rəhbərləri üçün təşkil olunmuş işgüzar nahar müzakirəsində fəal iştirak edib.xeber100.com

Yanvar 22, 2017 3:21

Enerji Bazarını Tənzimləmə Təşkilatının məlumatı

Ötən ilin noyabrında Türkiyə Azərbaycandan 576,76 milyon kubmetr təbii qaz idxal edib.Azərtac xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Keçən ilin oktyabrında isə Azərbaycandan Türkiyəyə 463,91 milyon kubmetr təbii qaz ixrac olunub.xeber100.com

Yanvar 21, 2017 12:25

Vergilər Nazirliyinin məlumatı

2016-cı il ərzində vergi orqanlarına 87 min 438 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faiz azdır. Müraciətlərdən 95,7 faizi ərizə, 4,1 faizi şikayət, 0,2 faizi təklifdir.Bu barədə Azərtac-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib.Müraciətlərin 45,3 faizi müxtəlif arayışların alınması, 23,7 faizi kameral vergi yoxlamaları, 7,2 faizi vergi borcları, 3,6 faizi vergidən yayınma, dividendlərin verilməsi, nağd hesablaşmaların aparılması qaydalarının pozulması və qanunsuz sahibkarlıq fəaliyyəti, 1,9 faizi səyyar vergi yoxlamaları, 0,5 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), qalanları isə digər məsələlərlə bağlı olub.Bütün müraciətlərə vaxtında baxılıb, onların 71,9 faizi müsbət həll olunub.Hesabat dövründə vergi orqanlarında ümumilikdə 4630 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.xeber100.com

Yanvar 21, 2017 12:20

“AzəriLayt” markalı neftin qiyməti bahalaşıb

Azərbaycan neftinin qiyməti 1 dollardan çox bahalaşıb.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1,28 dollar bahalaşaraq 56,07 dollar təşkil edib.xeber100.com

Yanvar 21, 2017 12:16

Dünya birjalarında neftin qiyməti

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,05 dollar bahalaşaraq 52,42 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 1,33 dollar artaraq 55,49 dollar olub.xeber100.com

Yanvar 21, 2017 12:13

İqtisadiyyat Nazirliyinin məlumatı

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədrisi Mərkəzi "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində sahibkarların və menecerlərin 2017-ci ildə Almaniyada "İqtisadi kooperasiya" üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədilə müsabiqə elan edir.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, proqramın məqsədi Azərbaycandan olan şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşünün genişlənməsinə şərait yaratmaqdır.İxtisasartırma kurslarının iqtisadi kooperasiya (bütün sahələr üzrə, ingilis dilində olan bu proqramın müddəti may-iyun aylarını əhatə edir), kənd təsərrüfatında iqtisadi kooperasiya mövzularında keçirilməsi nəzərdə tutulur. Proqramın müddəti 2017-ci ilin noyabr-dekabr aylarını əhatə edir.xeber100.com

Yanvar 20, 2017 12:17
    Page 308 of 380« First«...102030...306307308309310...320330340...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az