19 Mart 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Bakı-Naxçıvan-Bakı aviareysi təxirə salınıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan-Bakı aviareysini təxirə salıb.Azərtac xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, bu gün saat 10:00-da, 14:50-də həyata keçirilməli olan Bakı-Naxçıvan və 13:30-da, 18:20-də baş tutacaq olan Naxçıvan-Bakı aviareysi təxirə salınıb. Reyslərin təxirə salınmasına səbəb isə sərnişinlərin az olmasıdır.xeber100.com

Yanvar 18, 2017 2:13

İqtisadiyyat Nazirliyinin məlumatı

"Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikasında İslam maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında qrant Saziş"i imzalanıb. Sənədə əsasən, Azərbaycanda bank sahəsində mövcud qanunvericiliyin təhlili, ölkəmizdə islam bankçılığının tətbiqi imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, imzalanma yanvarın 18-də iqtisadiyyat naziri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankının (İİB) vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi siyasi dialoq missiyası ilə görüşündə baş tutub.Qeyd olunub ki, İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb. Kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı və s. sahələri əhatə edən bu layihələrin 14-ü artıq başa çatıb, 4 layihənin icrası isə davam edir. İslam İnkişaf Bankı ilə fəal əməkdaşlıq davam etdiriləcək.xeber100.com

Yanvar 18, 2017 2:06

Anlaşma memorandumu imzalanıb

Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən Maliyyə Nazirliyi milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi məqsədilə peşəkar mühasib təşkilatları ilə əməkdaşlığa başlayıb. Maliyyə Nazirliyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında anlaşma memorandumu imzalanıb.Maliyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, memorandumun əsas məqsədi mühasibat uçotu sahəsində qəbul edilmiş normativ hüquqi aktların, onların tətbiqi ilə bağlı izahedici materialların, habelə bu sahədə baş vermiş yeniliklərin mətbu orqanlarda və internet səhifələrində dərc etdirilməsi də nəzərdə tutulur.xeber100.com

Yanvar 17, 2017 12:58

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatı…

2016-cı il ərzində dövlət reyestrində 1484 ədəd əmtəə nişanı qeydiyyata alınıb ki, onlardan 767-si milli, 717-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub.Bu barədə Azərtac-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.Qeyd olunub ki, coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 1 şəhadətnamə milli hüquqi şəxs adına qeydiyyata alınıb.Bundan başqa, sənaye mülkiyyəti obyektləri üzrə 125 ədəd müqavilə qeydiyyata alınıb. Onlardan 103 ədədi əmtəə nişanları, 1 ədədi ixtira üzrə hüquqların, 21 ədədi isə əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə aiddir.xeber100.com

Yanvar 17, 2017 12:53

Depozit hərracının nəticələri açıqlanıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.Bankdan Azərtac-a bildiriblər ki, yanvarın 17-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 45 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,00 faiz təşkil edib.xeber100.com

Yanvar 17, 2017 12:47

Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirilib

Yanvarın 16-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Mərkəzi Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın orta çəkili məzənnəsi 1.8045 manat səviyyəsində formalaşıb.xeber100.com

Yanvar 16, 2017 11:54

“Trans-Adriatik”qaz boru kəmərinin inşası üçün…

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası üçün İtaliyada müvafiq icazələrin alınması üzrə işlər davam edir.Bu barədə Azərtac-a eksklüziv açıqlamasında TAP-ın kommunikasiya rəhbəri Lisa Givert deyib.Qeyd edək ki, TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi üzrə işlərin təqribən 32 faizi icra olunub.TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 13 min, Adriatik dənizi hissəsində 8 min, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.xeber100.com

Yanvar 16, 2017 11:44

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı…

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən fevralın 14-də keçiriləcək yeni hərraca 71 əmlak çıxarılıb. Bu əmlaklara 20 səhmdar cəmiyyəti, 6 kiçik dövlət müəssisəsi, 34 istifadəsiz qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi aiddir.Komitədən Azərtac-a bildirilib ki, istənilən fiziki və hüquqi şəxs hərraclara qatıla bilər. Bunun üçün “privatization.az” saytına daxil olub hərraca çıxarılan əmlaklarla tanış olmaq və bəyənilən əmlaka sifariş vermək yetərlidir. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul edilir. Elektron sifariş verildikdən sonra əmlakın ilkin satış qiymətinin 10 faizi məbləğində behi elektron qaydada ödənilir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır.Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.xeber100.com

Yanvar 16, 2017 11:39

“Tax Free” sistemi tətbiq olunacaq

Xəzər Dəniz Gəmiçiliyində “Tax Free” sistemi tətbiq olunacaq.Azərtac xəbər verir ki, bu Prezidentin Fərmanı ilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”na edilən dəyişikliklərdə öz əksini tapıb.Artıq bir neçə aydır ki, ölkəmizdə tətbiqinə başlanılan “Tax Free” sistemindən bundan sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin xətti ilə səfər edən xarici vətəndaşlarda istifadə edəcək.xeber100.com

Yanvar 15, 2017 11:28

Dövlət Gömrük Komitəsinin məlumatı…

Ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 235 milyon 5,4 min manat vəsait daxil olub.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 34 milyon 199,7 min manat və ya 17,31 faiz çoxdur. Ötən ilin noyabr ayı ilə müqayisədə isə daxilolmalar 15 milyon 389,1 min manat və ya 7 faiz çoxdur.Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 53 milyon 337,8 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 158 milyon 553,2 min manat, aksizlər üzrə 5 milyon 37,7 min manat, yol vergisi üzrə isə 2 milyon 687,6 min manat təşkil edib.xeber100.com

Yanvar 14, 2017 3:12
    Page 310 of 380« First«...102030...308309310311312...320330340...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az