20 İyun 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Beynəlxalq reklam aksiyası davam edir

"AtaBank" ASC ilə "MasterCard" beynəlxalq ödəniş sisteminin birgə reklam aksiyası davam edir.Bankdan Azərtac-a bildiriblər ki, kampaniyanın şərtlərinə görə, "AtaBank"ın "MasterCard Gold" və "MasterCard Platinum" kart sahibləri üçün "UBER Select"də qeydiyyatdan keçərək 10 manata qədər olan ilk 3 gedişi pulsuz əldə edirlər."UBER Select" aksiyası fevralın 1-dək qüvvədədir. Aksiya iştirakçısı olmaq üçün mobil telefona "Uber" əlavəsini yükləmək ("AppStore", "Google Play" və "Windows Market"də yükləmək mümkündür), qeydiyyatdan keçmək, "AtaBank"ın "MasterCard" kartları vasitəsilə ödəniş etmək, "Promokodlar" bölməsində "MasterCardBaku" promo kodunu daxil edib göstərilən ünvana sifariş vermək lazımdır. Aksiyada yalnız "AtaBank"ın "MasterCard" kartları vasitəsilə "Uber"də qeydiyyatdan keçmiş yeni istifadəçilər iştirak edə bilərlər.xeber100.com

Yanvar 12, 2017 2:07

SOCAR-ın məlumatına əsasən…

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Bulla-dəniz” yatağında 2A saylı Qazyığma Məntəqəsinin inşasını uğurla davam etdirir.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, yataqda hasil olunan karbohidrogenlərin yığılaraq sahilə nəql olunması məqsədilə inşa edilən məntəqə ayrıca özül üzərində quraşdırılacaq.Hazırda tikintisi davam edən özülün ümumi sahəsi 1900 kvadratmetrdir. İstehsalat, qaz-atqı avadanlığı yerləşən və məişət sahələrindən ibarət özül dənizin 21 metr dərinliyində yerləşir. Artıq 6 dayaq bloku, 4 aralıq seksiyası, 2 piyada körpüsü, 7 minik və yanalma meydançası hazırlanaraq quraşdırılıb, 36 ədəd svay vurulub, blokların bir-biri ilə bərkidilməsi üçün suüstü əlaqələr qurulub. Metalkonstruksiyaların qaynaq-bərkidilməsi, eləcə də konsol, məhəccər və döşəmənin quraşdırılması işləri tamamlanmaq üzrədir.xeber100.com

Yanvar 12, 2017 1:53

Bakı-Gəncə aviareysi bağlanıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Gəncə aviareysini bağlayıb.Azərtac xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Bakı-Gəncə reysi kommersiya baxımından səmərəli olmadığından yanvarın 9-dan etibarən bağlanıb.Qeyd edək ki, Bakı-Gəncə reysi üzrə uçuşlar hər gün həyata keçirilirdi.xeber100.com

Yanvar 12, 2017 1:48

Tarif Şurasının məlumatına görə…

Tarif (qiymət) Şurası bildirir ki, təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyindən Azərtac-a verilən məlumata görə, yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 2016-cı il dekabrın 1-dən, əhali istehlakçı qrupu üzrə isə 2017-ci il yanvarın 1-dən etibarən istehlak olunan təbii qaza şamil edilir.xeber100.com

Yanvar 11, 2017 12:17

Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək

Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində yanvarın 17-də Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.AZPROMO-dan Azərtac-a bildiriblər ki, biznes-forumda kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sığorta, energetika, logistika, tikinti, hüquq, neft-kimya, maşınqayırma, şüşə istehsalı və digər sahələrdə fəaliyyət göstərən Çexiya şirkətlərinin iştirakı gözlənilir.xeber100.com

Yanvar 11, 2017 12:10

Vergilər Nazirliyinin məlumatına görə…

Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyatdan keçmiş lotereyalardan və dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşlar vergiyə cəlb ediləcək.Vergilər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu maddə Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minmiş fiziki şəxslərin gəlir və hüquqi şəxslərin mənfəət vergisinə edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.Eyni zamanda, keçirilən lotereya, digər yarışlar və müsabiqədən pul şəklində əldə olunan uduşun (mükafatın) ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunması təsbit olunur.Vergi ödəməni edən şəxs rezident hüquqi şəxs və fərdi sahibkar olduqda həmin şəxs tərəfindən, ödəməni edən daimi nümayəndəliyi olmayan qeyri-rezident olduqda isə uduş (mükafat) əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filial və ya poçt rabitəsinin milli operatoru olan “Azərpoçt” MMC tərəfindən tutulmalıdır.Ödəmə mənbəyində uduşları (mükafatları) ödəyən şəxs hesablanmış vergi məbləğini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq bəyan etməli və büdcəyə köçürməlidir.

Yanvar 10, 2017 1:33

Əmlak Məsələləri Dövlət Komitəsi ilk hərracını keçirib

Yanvarın 10-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi üzrə 2017-ci ilin ilk hərracını keçirib. Hərracda fiziki və hüquqi şəxslər 30 dövlət əmlakına sahib olub. Altı kiçik dövlət müəssisə və obyekti, 14 qeyri-yaşayış sahəsi, 9 nəqliyyat vasitəsi və 1 avadanlıq özəlləşdirilib. Budəfəki hərrac nəticəsində dövlət büdcəsinə 1,1 milyon manat vəsaitin köçürülməsi təmin ediləcək.Komitədən Azərtac-a bildirilib ki, belə hərraclar açıq və şəffaf şəkildə hər həftə keçirilir. İstənilən vətəndaş hərraca rahat şəkildə məhdudiyyətsiz qatıla bilir.Qeyd edək ki, qeyri-yaşayış sahələrinin 3-ü və bir çox nəqliyyat vasitəsinə bir neçə sifariş olub. Bu səbəbdən bu əmlakların satışı üzrə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif etmiş iddiaçı qalib elan olunub.xeber100.com

Yanvar 10, 2017 1:29

“The Streight Times” qəzeti” yazır…

Sinqapurun məşhur “The Streight Times” qəzeti “2017-ci ildə hara getməli” səhifəsində “Köhnə və yeni Bakı, Azərbaycan” başlıqlı məqalə dərc edib.Məqalədə Bakı Asiya və Avropa arasında yerləşən “cəvahir” adlandırılır. Qeyd edilir ki, həm Şərq, həm də Avropa mədəniyyətlərini özündə üzvi şəkildə cəmləşdirən bu şəhərə sinqapurluların səyahət səbətində az rast gəlinsə də, məşhur “TripAdvisor” turizm səhifəsi Bakının ötən ay asiyalı turistlərin seçimləri arasında ilk yeri tutduğunu elan edib.xeber100.com

Yanvar 10, 2017 1:24

İstanbul-Bakı-İstanbul aviareyslərini təxirə salınıb

Türkiyədə hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq yanvarın 10-da “Türk Hava Yolları” İstanbul-Bakı-İstanbul aviareyslərini təxirə salıb.Azərtac xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda bildirilib.Təxirə salınan aviareyslər İstanbulun Atatürk hava limanından saat 01:50-də və 05:40-da yerinə yetirilməli olan və Bakıdan İstanbula saat 04:45-də və 07:50-də həyata keçirilməsi gözlənilən aviareyslər olub.Qeyd edək ki, “Türk Hava Yolları” ümumilikdə bu günə olan 121 aviareysi təxirə salıb.xeber100.com

Yanvar 10, 2017 11:52

Depozit hərracının nəticələri açıqlanıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.Bankdan Azərtac-a bildiriblər ki, yanvarın 9-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 30 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,80 faiz təşkil edib.xeber100.com

Yanvar 9, 2017 2:20
    Page 313 of 381« First«...102030...311312313314315...320330340...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az