28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Təbriz-Bakı və Dubay-Bakı aviareysləri təxirəsalınıb

Bakıya olan üç aviareys təxirə salınıb.Azərtac xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda bildirilib.Təxirə salınan uçuşlar İstanbul, Təbriz və Dubaydan Bakıya həyata keçirilməli olan aviareyslərdir. İranın “ATA Airlines” aviaşirkəti tərəfindən saat 00:30-da yerinə yetirilməli olan Təbriz-Bakı aviareysi, “Türk Hava Yolları” aviaşirkəti tərəfindən İstanbulun Atatürk Hava Limanından saat 01:50-də yerinə yetirilməli olan aviareys və “FlyDubai” aviaşirkəti tərəfindən saat 00:42-də yerinə yetirilməli olan Dubay-Bakı aviareysi təxirə salınıb.Təbriz-Bakı və Dubay-Bakı aviareyslərinin təxirəsalınma səbəbi məlum deyil. İstanbul-Bakı aviareysinin təxirə salınması isə Türkiyədə hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədardır.xeber100.com

Yanvar 9, 2017 2:10

Tehranda biznes-forum keçiriləcək

Yanvarın 24-25-də Tehranda tikinti mövzusuna həsr olunmuş biznes-forum və sərgi keçiriləcək.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Azərtac-a bildiriblər ki, bununla əlaqədar ölkəmizdə tikinti sahəsində fəaliyyət göstərən şirkətlər biznes-forumda iştiraka və sərgini ziyarət etməyə dəvət olunurlar.xeber100.com

Yanvar 8, 2017 2:12

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edir.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar bahalaşaraq 53,99 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,21 dollar artaraq 57,10 dollar olub.xeber100.com

Yanvar 7, 2017 2:43

Fond Birjasında hərrac keçiriləcək

Yanvarın 11-də Bakı Fond Birjasında Azərbaycan Respublikası Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildiriblər ki, hərrac zamanı sifarişlərin toplanması fondun ticarət reqlamentinə uyğun olaraq, saat 11:00-dan 12:30-dək həyata keçiriləcək. Hərraca çıxarılan notların həcmi 5 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar fevralın 8-də ödəniləcək.Qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən, hərraclarda bank lisenziyasına malik hüquqi şəxslər iştirak edə bilər.xeber100.com

Yanvar 7, 2017 2:40

Nyu-Yorkun NYMEX birjasında…

“Brent” markalı xam neftin bir barrelinin qiyməti 57 dolları ötüb.Azərtac xəbər verir ki, “Brent” markalı neftin bir barreli hazırda Londonun ICE birjasında 57,30 dollara, “Layt” markalı neftin bir barrelinin qiyməti isə Nyu-Yorkun NYMEX birjasında 54,20 dollara satılır.Qeyd edək ki, neftin qiyməti ardıcıl dörd həftədir ki, bahalaşır. Həftə ərzində “Brent” markalı neftin barrel qiyməti 1 faiz, “Layt” markalı neft isə 0,9 faiz artıb.xeber100.com

Yanvar 6, 2017 4:03

“Bank of America Merrill Lynch” neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb

“Bank of America Merrill Lynch” Beynəlxalq investisiya bankı xam neftin barrel qiymətləri ilə bağlı proqnozunu açıqlayıb.Azərtac xəbər verir ki, bank “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 2017-ci ildə 61 dollar, “Layt” markalı neftin bir barrelinin orta qiymətinin isə 59 dollar olacağını proqnozlaşdırır.“Bank of America Merrill Lynch” 2018-ci ildə “Brent” neftinin orta qiymətinin 65 dollar/barrel, “Layt” neftinin isə 63 dollar/barrel olacağını nəzərdə tutur.xeber100.com

Yanvar 6, 2017 4:00

“Azəravtoyol” ASC-nin məlumatı…

Aparılan təmir işləri ilə əlaqədar yanvarın 6-dan etibarən şənbə və bazar günləri də daxil olmaqla paytaxtın prospekt və küçələrində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.Bu barədə Azərtac-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.Məlumata əsasən, hərəkətin məhdudlaşdırılması Neftçilər prospektinin Nobel prospekti ilə kəsişməsi, Cəfər Xəndan küçəsi - Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arası və Nəcəf Nərimanov küçəsində tətbiq olunacaq.Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissəsində yanvarın 6-sı günorta saatlarından etibarən dəmir yolu relslərinin sökülməsi işlərinə başlanılacaq. İşlərin yaxın 2 gün ərzində yekunlaşdırılması planlaşdırılır. Relslər hissə-hissə söküldüyündən avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Bu müddət ərzində prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək.xeber100.com

Yanvar 6, 2017 3:53

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində…

Yanvarın 19-da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində tikilən İranın ən iri dəmir yolu körpüsü istismara hazır olacaq. “Financial Tribune” saytı xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma nazirinin müavini Xeyirullah Xadəmi deyib.Onun sözlərinə görə, körpünün tikintisi iki həftəyə yekunlaşacaq. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində İran istiqamətində Astara (Azərbaycan)-Astara (İran)- Rəşt-Qəzvin dəmir yolu xəttinin bir hissəsi olan bu körpü yanvarın 19-da istismara hazır olacaq.Yerli mütəxəssislər tərəfindən icra edilən layihə barədə məlumat verən X.Xadəmi söyləyib ki, 1,43 kilometr uzunluğunda olan körpü İranın Gilan vilayətində yerləşən Məncil şəhərində Səfidrud çayının sahillərini birləşdirəcək. Bu körpü son inşaat mərhələsində olan Qəzvin-Rəşt dəmir yolunun da bir hissəsidir.Hesablamalara görə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi istismara veriləndən sonra Azərbaycan ilə İran arasında mövcud 600 min ton ticarət dövriyyəsi ildə 5 milyon tona (ildə 500 milyon dollar) yüksələcək.xeber100.com

Yanvar 5, 2017 11:52

Mərkəzi Bankda valyuta hərracı keçirilib

Yanvarın 5-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.Mərkəzi Bankdan Azərtac-a bildiriblər ki, hərrac 1 ABŞ dolları üçün 1,7707 manat məzənnəsi ilə başlayıb və 1,7742 manat məzənnəsi ilə yekunlaşıb.xeber100.com

Yanvar 5, 2017 11:46

“Goldman Sachs”ın analitiki Damien Courvalinenin fikrincə…

Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” “Brent” markalı neftin bir barrelinin qiymətinin 59 dollar olacağını nəzərdə tutur.Azərtac xəbər verir ki, “Goldman Sachs”ın analitiki Damien Courvalinenin fikrincə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrin hasilatın azaldılması sazişinə riayət etmələri tələb artımına gətirib çıxaracaq və nəticədə neft ehtiyatlarının həcmi yay aylarına qədər normallaşacaq. O, “Brent” neftinin barrel qiymətinin 3-6 aylıq müddətdə 59 dollara yüksələcəyini proqnozlaşdırır.xeber100.com

Yanvar 5, 2017 11:43
    Page 314 of 381« First«...102030...312313314315316...320330340...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az