Nəqliyyat sistemi üzrə birinci Qlobal Konfrans keçiriləcək

Noyabrın 26-27-də Aşqabadda dayanıqlı nəqliyyat sistemi üzrə birinci Qlobal Konfrans keçiriləcək. Konfrans dayanıqlı çoxtərəfli nəqliyyat-tranzit dəhlizlərinin yaradılmasına, nəqliyyatın bütün növləri arasında hərtərəfli əməkdaşlığın təmin edilməsinə yardım göstərilməsi haqqında BMT Baş Məclisinin 70-ci sessiyasının qətnaməsinə müvafiq olaraq təşkil edilir. Konfransın gündəliyində nəqliyyat və ətraf mühitin dəyişməsi, energetika və nəqliyyat, şəhər nəqliyyat sistemi və şəhərlər ilə kəndlər arasında yol-nəqliyyat kommunikasiyaları, nəqliyyat sahəsinə investisiya və onun maliyyələşdirilməsi, nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın hüquqi əsasları, çoxtərəfli nəqliyyat dəhlizlərinin inkişafı, yol hərəkətinin təhlükəsizliyi kimi aktual məsələlər yer alıb. Konfrans çərçivəsində bir sıra beynəlxalq konvensiya və sazişlərin imzalanması nəzərdə tutulur. Tədbirdə BMT-nin baş katibi Pan Gi Munun iştirakı gözlənilir.BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini U.Xunbo deyib: “Bu, BMT tarixində nəqliyyatın inkişafına həsr edilən ilk konfransdır ki, dayanıqlı inkişafın irəlilədilməsində və iqlim dəyişikliyinə qarşı mübarizədə nəqliyyatın vacib rolunun dərk olunmasına yönəlib”. BMT nümayəndəsi vurğulayıb ki, bu gün dünyada bütün istixana qazları tullantısının 25 faizi hələ də ekoloji dayanıqlı olmayan nəqliyyatın payına düşür.xeber100.com

Noyabr 14, 2016 10:51

Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb

Vergilər Nazirliyində ölkə başçısının  “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamında verilən tapşırıqların icrası istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilmiş kollegiya iclası keçirilib. İclasda çıxış edən vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi, vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində son illər ərzində mühüm addımlar atılıb, görülmüş tədbirlər nəticəsində büdcəyə vergi daxilolmaları üzrə müəyyən edilmiş proqnoz tapşırıqlarına artıqlaması ilə əməl olunub. Kollegiyanın qərarı ilə vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun olaraq daha da təkmilləşdirilməsi, büdcə gəlirləri üzrə proqnoz tapşırıqlarının tam həcmdə yerinə yetirilməsi məqsədilə Vergilər Nazirliyində bəzi struktur və kadr dəyişiklikləri aparılıb, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində bu məsələlərlə birbaşa məşğul olacaq müvafiq struktur bölmə - İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin tərkibində Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb.xeber100.com  

Noyabr 10, 2016 11:28