19 Mart 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Beynəlxalq ödəniş sisteminin reklam aksiyasına start verilib

“AtaBank” ASC ilə “MasterCard” beynəlxalq ödəniş sisteminin yeni birgə reklam aksiyasına start verilib. Bankdan Azərtac-a bildiriblər ki, kampaniyanın şərtlərinə görə, “AtaBank”ın “MasterCard” sahibləri “UBER X”də qeydiyyatdan keçərək 10 manatadək ilk 2 gedişi pulsuz əldə edirlər. “UBER X” aksiyası dekabrın 31-dək etibarlıdır. Qeyd edək ki, “AtaBank”ın “MasterCard Gold” və “MasterCard Platinum” kart sahibləri “UBER Select”də qeydiyyatdan keçib 10 manata qədər olan ilk 3 gedişi pulsuz əldə edirlər. “UBER Select” aksiyası gələn il fevralın 1-dək qüvvədədir. Aksiya iştirakçısı olmaq üçün mobil telefona “Uber” əlavəsini yükləmək (“AppStore”, “Google Play” və “Windows Market”də yükləmək mümkündür), qeydiyyatdan keçmək, “AtaBank”ın “MasterCard” kartları vasitəsilə ödəniş etmək, “Promokodlar” bölməsində “MasterCardBaku” promo kodunu daxil edib lazımi ünvana sifariş vermək lazımdır. Aksiyada yalnız “MasterCard” vasitəsilə “Uber”də qeydiyyatdan keçmiş yeni istifadəçilər iştirak edə bilərlər.xeber100.com

Oktyabr 31, 2016 11:30

“Made in Azerbaijan” möhürü ilə ixraca məhsul çıxarılıb

“SƏBA” Şirkətlər Qrupu Rusiyaya növbəti partiya quru süd məhsulunu ixrac edib. Şirkətin “Biləsuvar Aqro” MMC müəssisəsinin istehsalı olan məhsul bu dəfə “Made in Azerbaijan” brendi kimi göndərilib. Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən Azərtac-a bildirilib ki, “İnvestisiyanın təşviqi sənədi”ni ilk almış şirkətlərdən biri kimi “SƏBA” öz yüksək keyfiyyətli məhsulunu “Made in Azerbaijan” nişanı ilə istehsal etməklə fəxr edir. “Biz əminik ki, Azərbaycan fermerlərindən toplanmış süddən emal etdiyimiz quru süd məhsulu xarici bazarda rəqabətə yüksək davamlılıq nümayiş etdirəcək”. “SƏBA” nişanı ilə qatıq, xama, yağ, kəsmik və bir sıra süd məhsulları da istehsal edir.xeber100.com

Oktyabr 31, 2016 11:26

Dövlət Statistika Komitəsinin məlumatı…

Toxuculuq sənayesi, geyim, dəri və dəridən hazırlanan məmulatların, ayaqqabıların istehsalı sahələrində 90,6 milyon manat dəyərində məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 2,7 dəfə, geyim istehsalında 34,6 faiz artım, dəri və dəridən hazırlanan məmulatlar, ayaqqabı istehsalında isə 68,9 faiz azalma müşahidə olunub.

Oktyabr 30, 2016 8:26

Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına əsasən…

Bakı şəhərində razılaşdırılmış 45 ərazi planlaşdırma layihələrinin sahəsi ümumilikdə 175 hektardan çoxdur. Pilot layihə çərçivəsində paytaxtda 5 il ərzində həyata keçiriləcək yenidənqurma işləri zamanı 324 min kvadratmetr yaşayış sahəsinin söküləcəyi nəzərdə tutulub. Bu barədə Azərtac-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Həmin ərazilərin əvəzinə bütün müasir tələblərə cavab verən 1,8 milyon kvadratmetr yaşayış sahəsinin tikilməsi planlaşdırılıb. Sənədlərdə layihələndirilən binaların sayı 350-dir. Söküləcək mənzillərin yerinə isə 18 min yeni mənzilin inşası nəzərdə tutulub. Qeyd olunub ki, ərazi planlaşdırma sənədlərinin 5 hektaradək ərazilər üçün (1 hektardan az olmayaraq) hazırlanması təcrübəsi dünya şəhərsalma praktikasında sınaqdan çıxmış ən mütərəqqi yanaşma sayılır.

Oktyabr 30, 2016 8:15

“Unibank” yeni kampaniya keçirir

“Unibank” Mobil Bank istifadəçiləri üçün kampaniya keçirir. Bankdan Azərtac-a verilən məlumata görə, “Unibank Mobile” ilə bank əməliyyatı aparan müştərilər hər əməliyyatda 20 faiz endirim qazanacaqlar. İndi bu imkandan “Unibank Mobile” ilə əməliyyat aparan hər kəs istifadə edə biləcək. “Unibank”ın başladığı kampaniya çərçivəsində “Unibank Mobile” ilə aparılan “hesabdan-karta”, ”kartdan–hesaba” və “kartdan–karta” əməliyyatlarına komissiya haqlarında 20 faiz endirim edilir. “Unibank Mobile” istifadəçilərinin sayı artıq on minlərlədir. “Unibank Mobile” “Deloitte & Touche LLC” şirkəti tərəfindən 2016-cı il üçün MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub. “Unibank Mobile” İOS və Android platformalarında işləyir. Müştərilər “Unibank”ın Mobil Bank xidmətini bu linkdən http://onelink.to/ffdbwf yükləyə bilərlər.xeber100.com

Oktyabr 30, 2016 8:08

Üçtərəfli formatda növbəti biznes forumu Türkiyədə keçiriləcək

Üçtərəfli formatda növbəti Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu noyabr ayında Türkiyədə keçiriləcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Tbilisidə Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşündə deyib. Nazir qeyd edib ki, uğurla həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi həm də mövcud Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə imkan verir. 2017-ci ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsi üçün xüsusilə əhəmiyyətlidir.xeber100.com

Oktyabr 29, 2016 7:53

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb. Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,37 dollar ucuzlaşaraq 51,23 dollar təşkil edib.xeber100.com

Oktyabr 29, 2016 7:50

Nazirlər Kabinetinin Qərarına əsasən…

Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarına əsasən paytaxtda irimiqyaslı yenidənqurma işlərinə başlanılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, pilot layihə kimi dəyərləndirilən yenidənqurma işləri 5 il müddəti üçün nəzərdə tutulub və yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binasının sökülməsi, 30 mindən artıq sakinin köçürülməsi, milyonlarla kvadratmetr yaşayış sahəsinin tikilib istifadəyə verilməsi planlaşdırılır. Qeyd olunub ki, bu layihənin həyata keçirilməsi üçün vəsaitin dövlət büdcəsindən yox, yaranmış əlverişli investisiya mühitində sahibkarlar tərəfindən yatırılması nəzərdə tutulub.xeber100.com

Oktyabr 29, 2016 7:41

Nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi, 130 ünvanında yerləşən “Bakı Konqres Mərkəzi”nə məxsus ərazidə abadlaşdırılma işlərinin aparılması məqsədilə Gülarə Qədirbəyova küçəsi ilə Xətai prospektinin kəsişməsində yağış suları və kanalizasiya xətlərinin şəhər şəbəkəsinə qoşulması işləri ilə əlaqədar oktyabrın 29-da saat 22:00-dan etibarən Gülarə Qədirbəyova küçəsində (Təbriz küçəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Azərtac xəbər verir ki, bu barədə ictimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib. O bildirib ki, təmir işləri 24 saat davam edəcək. Sürücülərə alternativ olaraq Əhməd bəy Ağaoğlu və Həsənoğlu küçələrindən istifadə etmələri tövsiyə olunur.xeber100.com

Oktyabr 29, 2016 7:38

“Bolkartla qazan” adlı lotereyaya start verilib

“Bank of Baku” “Bolkart”ın 5 yaşı münasibətilə 500 bolkartlıya bal, 99 bolkartlıya pul mükafatı və bir şanslı bolkartlıya səyahət paketi və 500 manat qazandıracaq lotereyaya start verib. Bankdan Azərtac-a bildiriblər ki, “Bolkartla qazan” adı altında keçirilən tirajlı stimullaşdırıcı lotereyada bütün növ “Bolkart” kredit, həm də “Bolkart” debet kart sahibləri iştirak edə biləcəklər.Lotereyada iştirak hüququ qazanmaq üçün noyabrın 27-dək edilən alış-veriş və onlayn ödəniş məbləğlərinin cəmi dəyəri minimum 20 manat olmalı, həmçinin lotereyanın keçiriləcəyi tarixdən 1 gün əvvəl həmin “Bolkart” aktiv olmalıdır. Ümumi dəyəri 20 manat olan müxtəlif ödənişlərin cəmi kart sahibinə 1 iştirak hüququ qazandırır. Qeyd olunan tarixədək hər 20 manat həcmində olan bütün əməliyyatların sayı qədər bolkartlılar uduş şansı qazanmış olacaqlar. Lotereyanın uduş fonduna daxil olan əsas hədiyyə 1 ədəd 2 nəfərlik səyahət paketindən ibarətdir. Səyahət paketinə Avropa şəhərlərinin birinə gediş-dönüş uçuş bileti, transfer xidməti və oteldə 5 günlük istirahət daxildir.xeber100.com

Oktyabr 28, 2016 3:37
    Page 333 of 380« First«...102030...331332333334335...340350360...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az