20 İyun 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Dövlət Statistika Komitəsinin məlumatı…

Mərkəzi Bankın məlumatına görə, 2016-cı il sentyabrın 1-dək Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu milli valyuta ekvivalentində 16839,7 milyon manat təşkil edib. Kreditlərin 13211,3 milyon manatı uzunmüddətli olub. Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, kreditlərin 32,8 faizi dövlətin, 64,2 faizi qeyri-dövlət banklarının, 3,0 faizi isə bank olmayan kredit təşkilatlarının payına düşüb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,5 faizini təşkil edib.xeber100.com

Oktyabr 18, 2016 12:04

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiymətinin ucuzlaşması davam edir. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar ucuzlaşaraq 50,11 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar azalaraq 51,80 dollar olub.xeber100.com

Oktyabr 17, 2016 2:00

Mərkəzi Bankın məlumatına görə…

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb. Bankdan Azərtac-a bildiriblər ki, oktyabrın 17-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 59,0 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,67 faiz təşkil edib.xeber100.com

Oktyabr 17, 2016 1:57

Beynəlxalq inşaat sərgisi keçiriləcək

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sahəsində ən böyük tədbiri - XXII Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2016” sərgisi start götürəcək. “İteca Caspian” şirkətindən Azərtac-a bildirilib ki, “BakuBuild” sərgisi tikinti və memarlıq, layihələndirmə və təmir sahəsində bütün regionun ən mühüm peşəkar tədbiri hesab olunur. Hər il müxtəlif dünya ölkələrini təmsil edən minlərlə mütəxəssis bu sərgini ziyarət edir və burada biznes tərəfdaşları ilə əlaqə yaradır. “BakuBuild” sərgisi ilə yanaşı, IX Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji “Aquatherm Baku 2016” və IX Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securika CIPS 2016” sərgilərinin də daxil olduğu Xəzər İnşaat Həftəsi keçiriləcək.xeber100.com

Oktyabr 17, 2016 1:54

VI Baltik konfransı keçiriləcək

Oktyabrın 24-26-da Riqada Böyük Britaniyanın “Confidence Capital” şirkətinin təşkilatçılığı ilə neft-qaz ticarəti və nəqli üzrə VI Baltik konfransı keçiriləcək. Konfransın media tərəfdaşlarından biri olan Azərtac xəbər verir ki, tədbirin proqramına Baltik regionunun və Şimal-Şərqi Avropanın neft və neft məhsulları bazarlarının xülasəsi və proqnozları, əsas ixrac istiqamətlərinin konyunkturasının – Amsterdam-Rotterdam-Antverpen üçbucağının təhlili, Çin, Şimali Amerika kimi arbitraj istiqamətləri daxildir. Görüşdə regionda nəqliyyat infrastrukturunun və əməliyyat imkanlarının inkişafı – boru kəməri layihələri, dəmir yolu və dəniz daşımaları, terminallar, Şərqi Baltik ölkələrinin qaz bazarları, regionun maye qazla təchizatı haqqında aktual informasiya veriləcək. Konfrans iştirakçıları Şərqi Baltik regionunda və Şimal-Şərqi Avropada ticarət əməliyyatlarının aparılmasına dair məsələləri müzakirə edəcək, mövcud infrastrukturdan istifadənin və alternativ ticarət marşrutlarının inkişafının yeni imkanlarını dəyərləndirəcəklər.xeber100.com

Oktyabr 17, 2016 1:51

“Pulsuz danışıq dəqiqələri” aksiyası…

"Nikoyl" Bank və “Bakcell” mobil operatorunun birgə layihəsi davam edir. Beynəlxalq pul köçürmə sistemlərinin hər hansı birindən istifadə etdikdə "Nikoyl" Bank tərəfindən müştəriyə 10 dəqiqədən 50 dəqiqəyə kimi “Bakcell” danışıq dəqiqələri hədiyyə ediləcək. Bankdan Azərtac-a bildiriblər ki, müştəri 500-1000 məbləği arasında pul köçürməsi etdikdə 10 dəqiqə, 1001-5000 məbləği arasında pul köçürməsi etdikdə 20 dəqiqə, 5001-10000 məbləği arasında pul köçürməsi etdikdə 30 dəqiqə, 10001 məbləğindən artıq pul köçürməsi etdikdə 50 dəqiqə pulsuz danışıq dəqiqələri əldə edəcək. Hazırda bankda "Zolotaya Korona", "Contact", "Caspian Money Transfer", "Lider", "Western Union", "Blizko", "Monex" və "Forsaj" kimi pul köçürmə sistemləri mövcuddur.

Oktyabr 16, 2016 7:51

“Biznes fəaliyyətində keyfiyyətin idarə edilməsi” mövzusunda təlim keçiriləcək

Noyabrın 7-də "Excelsior Hotel & Spa Baku" hotelinin təşkilatçılığı ilə ali məktəb tələbələri üçün "Biznes fəaliyyətində keyfiyyətin idarə edilməsi" mövzusunda təlim keçiriləcək. Bu barədə Azərtac-a "AtaHolding" ASC-dən məlumat verilib. "AtaHolding" Şirkətlər Qrupunun müvafiq bölmələrinin mütəxəssisləri tərəfindən aparılacaq təlim tələbələrə biznesin bu mühüm sahəsində yeni biliklər əldə etməyə imkan verəcək.xeber100.com

Oktyabr 16, 2016 7:43

“AGBank”dan xüsusi təkliflər…

“AGBank” Visa Gold, Visa Platinum və Visa İnfinite kart sahiblərinə xüsusi təkliflər təqdim edir. Bankdan Azərtac-a verilən məlumata görə, dəblə geyinməyi sevən “AGBank”ın Visa Gold kart sahiblərinə United Colours of Beneton, OVS Italian Fashion mağazalarında 15 faizədək endirim təklif olunur, onları, həmçinin dünyaca məşhur olan ispan uşaq ayaqqabısı brendi Pablosky mağazasında 15 faiz endirim gözləyir. Kino həvəskarları isə Park Cinemada bütün seanslara 7,5 faiz endirim əldə edə biləcəklər. Visa İnfinite kart sahiblərinə isə Lacoste, İceberq İtalyan moda evi, Monnalisa mağazalarında 15 faiz endirim təqdim edilir. Visa İnfinite kart istifadəçiləri Xalca Restaurant & Lounge restoranında 15 faiz və həmişə gözəl görünməyə üstünlük verənlərə isə Beauttech gözəllik salonunda bütün xidmətlərə 10 faiz endirim təklif olunur.  

Oktyabr 15, 2016 7:14

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiymətində cüzi ucuzlaşma müşahidə olunub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 50,35 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,08 dollar azalaraq 51,95 dollar olub.xeber100.com

Oktyabr 15, 2016 7:09

VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Oktyabrın 31-dən noyabrın 1-dək Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Eldar Tlyabiçevin Azərtac-a verdiyi məlumata görə, Forum çərçivəsində Azərbaycan ilə Rusiya ilə arasında regionlararası və sərhəd əməkdaşlığı məsələləri, perspektivli infrastruktur layihələri, regionlararası sahədə iqtisadi və maliyyə əməkdaşlığı, Rusiya-Azərbaycan humanitar məkanının problemləri və perspektivləri, iki ölkənin qarşılıqlı strateji əlaqələri nəzərdən keçiriləcək. Eyni zamanda, müxtəlif “dəyirmi masa”lar və iki ölkənin işgüzar dairələrinin nümayəndələri üçün əlaqə birjası təşkil ediləcək. Eldar Tlyabiçevin sözlərinə görə, bu gün Rusiya Federasiyasının 17 subyekti Azərbaycandakı tərəfdaşları ilə birlikdə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişlər həyata keçirir. Rusiyanın 70-dən çox regionunun müəssisə və şirkətləri isə Azərbaycan Respublikası ilə ticarət əlaqələri saxlayır.xeber100.com

Oktyabr 14, 2016 10:26
    Page 338 of 381« First«...102030...336337338339340...350360370...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az